Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek d

Niger

  • Ana Səhifə
  • Vikipediya
  • Niger

Niger — rəsmi surətdə -Niger Respublikası — Qərbi Afrikada dövlət. Ölkə ərazisindən axan Niger çayının adı ilə adlanır. Niger tuareqlərin danışdıqları tamaşek dilində "Böyük çay" və ya "Çaylar çayı" deməkdir. Ölkə ərazisinin 80 %-i Saxara səhrasında yerləşir. Nigerin paytaxtı Niamey şəhəridir.

Niger Respublikası
République du Niger
Bayraq Gerb
Bayraq Gerb
Fraternité, Travail, Progrès, Fraternity, Work, Progress, Братство, труд, прогрес, Brawdoliaeth, Gwaith, Datblygiad
Himn: La Nigérienne
Rəsmi dili Fransız dili
Paytaxt Niamey- 1 090 min sakin
Ən böyük şəhəri Niamey, Zinder, Maradi
İdarəetmə forması Respublika
Prezident Mohamed Bazoum [ 7.IV.2021~ ]
Baş nazir Ouhoumoudou Mahamadou [ 2.IV.2021~ ]
Sahəsi Dünyada 22-ci
 • Ümumi 1267000 km²
 • Su sahəsi (%) 0,03
Əhalisi
 • Əhali (2016) 19,2 milyon nəfər (60-cı)
 • Siyahıyaalma (24.XII.2012) 17 138 707 nəf.
 • Sıxlıq 15 nəf./km²
ÜDM (AQP)
 • Ümumi (2015) 19,05 milyard dollar  (147-ci)
 • Adambaşına 1 100 dollar  (222-ci)
Valyuta frank
İnternet domeni .ne
ISO kodu NE
Telefon kodu 227
Saat qurşaqları
  • UTC+01:00
Nəqliyyatın yönü sağ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Xəritə
Niger

Niger 7 ölkə ilə həmsərhəddir — Əlcəzair, Liviya, Çad, Nigeriya, Benin, Burkina Faso və Mali ilə.

Mündəricat

Tarixi

Tarixəqədərki dövr

Müasir Saxara səhrasının ərazisində əlverişli rütubətli iqlim şəraiti olduğu dövrdə Nigerin sakinləri indikindən xeyli fərqlənirdi. E.ə. 8–6-cı minilliklərdə Higerdə Kiffiy mədəniyyəti mövcud olmuşdur. Kiffiy mədəniyyətinin nümayəndələri hündürboylu və möhkəm bədən quruluşuna malik idilər. E.ə. 5–3-cü minilliklərdə Kiffiy mədəniyyətini Teneriy mədəniyyəti əvəz etdi. Bu mədəniyyətin nümayəndələri artıq digər bir irqə- Avropoid irqinin Aralıq dənizi bölgəsinə xas olan xüsusiyyətlərə malik idilər. Saxara səhrasında yenidən quraqlıq baş verdiyi dövrdə Teneriy mədəniyyəti məhv oldu və onun nümayəndələri digər əlverişli yaşayış ərazilərinə köçdülər.

Afrika dövlətləri

VII əsrdən Niger çayı vadisindəki ərazilər Sonqay knyazlığının tərkibinə daxil oldu. XV əsrin sonlarında bu knyazlıq güclənərək imperiyaya çevrildi. Lakin 1591-ci ildə Sonqay dövlətinin ərazisi Mərakeş sultanının ordusu tərəfindən işğal olundu. Bununla yanaşı müasir Nigerin ərazisində yerləşən cənub regionlar öz müstəqilliyini saxlamağa nail oldular. Bu ərazidə hakim Lulanilər sülaləsindən olan Askiya Nuxanın başçılığı ilə Dendi knyazlığı yaradıldı. Bu dövlətin Mərakeşlə sərhədləri indiki Mali və Niger sərhədinə uyğun idi. Sonralar Dendi knyazlığı Askiya nəslindən olanların idarə etdikləri bir neçə kiçik knyazlıqlara parçalandı. XVIII əsrdə Nigerin ərazisinin xeyli hissəsi hələ VII əsrdən müasir Nigerin şimalında məskunlaşmış köçəri Tuareq tayfasının hakimiyyəti altına düşdü. Onlar burada Aqades sultanlığının əsasını qoydular və Niamey ticarət bazasını yaratdılar. Tuareqlər mərkəzləşdirilmiş dövlətə malik deyildilər, həyatları təhlükə qarşısında qalanda onlar azad konfederasiya halında birləşirdilər.

İndiki Nigerin cənubunda oturaq həyat tərzinə malik əkinçi xalqlar məskunlaşmışlar. Niger çayının vadisi Dendi və Doso knyazlıqları arasında bölüşdürülmüşdü. Nigerin şərqində xausalarin yaratdıqları Maradi və Damaqara şəhər-dövlətləri mövcud idi. XIX əsrin əvvəllərində Afriada islam bayrağı altında baş vermiş fulanilərin cihadı hərəkatı nəticəsində Sokoto xilafəti yaradıldıqdan sonra xausaların yaratdıqları şəhər-dövlətlərin əhalisi işğal olunmuş cənub şəhərlərindən qaçanların hesabına xeyli artdı.

Müstəmləkə dövrü

Niger ərazisinə gələn ilk avropalı 1805–1806-cı illərdə Niger çayını tətqiq edən şotlandiyalı Munqo Park olmuşdur. Henrix Bart və Eduard Fogel 1853–1855-ci illərdə Niger çayından Çad gölünə qədər ərazini tətqiq etmək üçün ekspedisiya təşkil etmişlər. Onlar Sey, Sokoto, Zinder, Qure və Bornu ərazilərinə də səyahət etmişlər. 1870-ci ildə Qustav Naxtiqal Saxara səhrasından keçərək Kane-Bornoya səyahəti zamanı Bilmu və Nqiqmi ərazilərində də olmuşdur. 1884-cü ildə keçirilən Berlin konfransının qərarına əsasən Niger Fransanın nüfuz dairəsinə daxil edilmişdir.

1946-cı ildə Niger Fransa İttifaqının tərkibində dənizarxası ərazi statusunu aldı. Ölkədə seçkili Baş Şura-yerli özünüidarə orqanı yaradıldı. Baş Şurada yerli tayfaların rəhbərləri əsas yer tuturdular.

Əhalisi

Əhalinin sayı — 15,3 mln. (2009-cu il iyul ayına olan məlumat).

İllik artım — 3,7 % (2009);

Doğum — 51,6 hər 1000 nəfərə;

Ölüm — 14,8 hər 1000 nəfərə;

Emiqrasiya — 0,6 hər 1000 nəfərə;

Orta yaş — 52;

Uşaq ölümü — 117 hər 1000 nəfərə (dünya üzrə dördüncü).

Həmçinin bax

 Niger ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Niger haqqında məlumat. Niger nədir? Niger nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Lionlu Blandina

  • Fevral 24, 2026

    Koreyalılar

  • Fevral 24, 2026

    Başqırd dili

  • Fevral 24, 2026

    11 iyul

  • Fevral 23, 2026

    Guillermo Lasso

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst