Orkhan Zeynalli-nın İlkin Dövlətov ilə birgə konsertdə \Sonunda Evdəyəm/Unuda Bilməzsən\ parçasının canlı ifası.
Orxan Zeynalli-ya YouTube-da abunə ol: https://mikpro.az/ozey...
Musiqi: Hamrah, Novruz Aslan
Söz: Orkhan Zeynalli, Xanım İsmayılqızı
Orkhan Zeynalli sosial şəbəkələrdə:
Facebook: https://mikpro.az/ozey...
Instagram: https://mikpro.az/ozey...
Genius: https://mikpro.az/ozey...
Orkhan Zeynalli rəqəmsal platformalarda:
Keçid: https://mikpro.az/ozey...
Sözlər:
\x5bBənd 1\x5d
Dörd divar içində tək
Yoxdur nə sevgi, nə dostluq, nə ailə
Qapanıb küncünə görə sevə bilmədiyim dairə
Musiqi, konsert, şöhrət və sairə
Sevgi cəngavərini öldürüb soyudum
‘’Sən daha yaxşılarına layiqsən’’ nağılını
Danışıb yenə doydum
Təklik, tale bir ömür boyumu?
Və sonda özümlə tək asandır
Axanda gözümlə bərk
Sıxıram bu yaşı, axı mən bu yaşa
Çatmışam yol boyu özümlə dalaşıb
İnanıram özüm öz yalanıma, aldadıram
İlk görüşlərdə bal dadıram
Gecdir, gəlmə daha imdadıma
Qapını bağla, çünki
\x5bNəqərat\x5d
Bu şəhərdən çıxıb gedə bilərsən
İlləri illərə qata bilərsən
Bir vaxt sevdiyini dana bilərsən
Sən məni unuda bilməzsən artıq
Bu şəhərdən çıxıb gedə bilərsən
İlləri illərə qata bilərsən
Bir vaxt sevdiyini dana bilərsən
Sən məni unuda bilməzsən artıq
\x5bBənd 2\x5d
Qayıtdım, ana
1 il əsgərlikdən sonra görəndə
Sevindiyin qədər sevin
İnanmıram, səni kimsə mənim qədər sevir
Amma bunu dilimə gətirmirəm, sanki
Danışsam, dinsəm, qanayar dilim
Ona görədir, yəqin, məni tanımayanlar
Daha çox sevir, nəinki tanıyan biri
Nə etsəm, gec-tez ayıb olur
Az-çox oturub əynimə dayı rolu
Çirkabdan uzaqlaşmaq üçün
Haralara getmədim, dərd yenə bitmədi
Sən demə, ürəyim kal, gözüm dəymiş
Həmin nankor, özünü bəyənmiş
Pis adam saydıqlarımın izinə düşüb
Anladım ki, səhv özümdə imiş
Nə fayda var, oturub ağla
Gizlədib səmadan otunu dağlar
Şöhrət, səhnə, qızlar, pullar
Zindanımda Orxan adlı qullar
Sən idin məni darda qoymayan
Sən idin, gəl, qorxma, qal, davam
Gəldim, gördüm, fəth eləmək alınmadı
Qorxmuram, çünki
\x5bNəqərat\x5d
Bu şəhərdən çıxıb gedə bilərsən
İlləri illərə qata bilərsən
Bir vaxt sevdiyini dana bilərsən
Sən məni unuda bilməzsən artıq
Bu şəhərdən çıxıb gedə bilərsən
İlləri illərə qata bilərsən
Bir vaxt sevdiyini dana bilərsən
Sən məni unuda bilməzsən artıq
Bu şəhərdən
Bir vaxt sevdiyini
Bu şəhərdən çıxıb gedə bilərsən
İlləri illərə qata bilərsən
Bir vaxt sevdiyini dana bilərsən
Sən məni unuda bilməzsən artıq
Bu videonun bütün hüquqları \mikpro\ tərəfindən qorunur. © 2025
Etiketlər:
#OrkhanZeynalli #SonundaEvdəyəm #UnudaBilməzsən #mikpro
Müəllif: nina.az
Nəşr tarixi:
orkhan zeynalli x ilkin dovletov sonunda evdeyem unuda bilmezsen live mp3 yukle, orkhan zeynalli x i̇lkin dövlətov — sonunda evdəyəm/unuda bilməzsən | live, mp3, musiqi, mahni, yukle, pulsuz, mahni yukle, mp3 yukle, mp3 musiqi, musiqi yukle, bass, bass, hit, xit, pop, trap, mahnı yüklə, mp3 yüklə