Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gəncənin qədim məhəllələrindən olan bu məhəllənin adının mənası haqqında yekdil fikir formalaşmayıb. Bəziləri onu peşə-sənət əlamətinə görə-zərsatan, zərgəlik m

Zərrabi məhəlləsi

  • Ana Səhifə
  • Vikipediya
  • Zərrabi məhəlləsi

Zərrabi məhəlləsi — Gəncənin qədim məhəllələrindən biri.

Mündəricat

Haqqında

Gəncənin qədim məhəllələrindən olan bu məhəllənin adının mənası haqqında yekdil fikir formalaşmayıb. Bəziləri onu peşə-sənət əlamətinə görə-zərsatan, zərgəlik məmulatları düzəldən sənətkarların yaşadığı yer anlamında izah edirlər. Digərləri isə "zər" və "ab" tərkiblərinə görə (farsca "qızıl" və "su") Zərrabinin qiymətli su çıxan yer kimi adlandırıldığını iddia edirlər.Tarixçi Fərrux Əhmədov bu versiyaların heç birini təkzib etməyərək üçüncü versiyanı irəli sürmüşdür. Onun fikrincə "Zərrab" sözü ərəb dilində "pulkəsən" anlamına gəldiyindən ola bilər ki, əhali zərbxananın, pulkəsilən yerin adı ilə qədim şəhərin bir məhəlləsini belə adlandırıb.

Zərrabi məhəlləsində 1804-cü ilin mayında 39 ev 213 nəfər (106 kişi+107 qadın) adam olmuşdur. 1916-cı ildə isə burada 783 ailə yaşayırdı. Məhəllə sakinlərinin o vaxtlar əsas məşğuliyyəti sənətkarlıq (papaqçılar, çəkməçilər, çəlləkçilər, zərgərlar), dəyirmançılıq və ticarət imiş.

Zərrabi məhəlləsinin məscidi iki kümbəzli, eyvanlı və darovsarlı məscidlər tipində inşa olunmuşdur. Fərrux Əhmədov bu memarlıq abidəsinin inşası ilə əlaqədar olaraq göstərir ki, bu məscid Zərrabi məhəlləsinin ağsaqallarından Hacı Qəzənfər Kərbəlayi Ağa oğlu, Məşədi Qasım Hacı Əhmədli, Əli bəy Hacıəlibəyov, Kərbəlayi Sur Abdulla oğlu və başqalarının yaxından iştirakı ilə XIX yüzilliyin əvvəllərində məhəllə camaatının hesabına tikilmiş, keçmiş adını yaşadan yeni məsciddir.

Zərrabi məhəlləsində iki hamam-Zərrabi Hamamı və Malaqan hamamı, Çökək dəyirman (indiki Ə.Babayev küçəsində olub) və şəhərdə "ən addı Hacı Xudu dəyirmanı" da mövcud olub. Alman əsilli sənayeçi Forerin XIX əsrin ortalarında qotik-klassisizm üslubunda tikdirdiyi bina əvvəllər alt qatı şərab fabrikinin mağaza-anbarı, üst mərtəbələri otel olaraq, sonralar isə "Forer teatrı" kimi fəaliyyət göstərib. Hazırda bu binada Gəncə Dövlət Dram Teatrı yerləşir. Teatrın ilkin fəaliyyəti zamanı ona əsas köməkliyi Gəncə Müsəlman Xeyriyyə Cəmiyyəti göstərirdi. Bu düşünülmüş yardım nəticəsində əvvəllər repertuarında ancaq Avropa və rus dramaturqlarının əsərlərini səhnələşdirən teatr, 1899-cu ildə ilk milli tamaşa kimi M.F.Axundovun "Hacı Qara" komediyası ilə başlamaqla sonralar əsl milli teatra çevrildi. Gəncə Müsəlman dram dərnəyinin sədri Məmmədbağır bəy Şeyxzamanov, katibi Fərhad bəy Əliyev olmuşdur. Teatrın işinə Ələkbər bəy Rəfibəyli, Həsən bəy Ağayev, Xəill bəy Xasməmmədovun rəhbərlik etdiyi "Yelizavetpol quberniyasında müsəlmanlar arasında savadlığın yayan cəmiyyət" də xüsusi yardım edirdi.

Həmçinin bax

  • Ozan məhəlləsi
  • Əttarlar məhəlləsi
  • Şahsevənlər məhəlləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zərrabi məhəlləsi haqqında məlumat. Zərrabi məhəlləsi nədir? Zərrabi məhəlləsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Balqaş

  • Fevral 27, 2026

    Süskənd

  • Fevral 27, 2026

    Cini indeksi

  • Fevral 27, 2026

    Konstanten Qis

  • Fevral 27, 2026

    Kiçik kaşalotlar

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst