Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əs

Nasist simvolikası

  • Ana Səhifə
  • Vikipediya
  • Nasist simvolikası

Nasist simvolikası — XX əsrin əvvəllərində Nasional Sosialist Alman Fəhlə Partiyası (NSDFP) qrafik simvolikadan çox istifadə etməklə diqqət çəkirdi. Xüsusilə əsas simvol olan Hakenkreuz (svastika və ya qamalı xaç) partiyanın əsas simvolu olaraq istifadə edilir və Nasist Almaniyasının bayrağını təşkil edirdi.

Svastika Uzaq Şərq, Orta və Cənubi Amerika başqa olmaqla dünyada çox mədəniyyətə aid olan bir simvoldur. Azərbaycanda və Türkiyədə də izlərinə rast gəlinən bu simvolun Qərbdə tanınması Alman Nasional Sosialistlərinin adları ilə bağlıdır.

İstifadə olunan digər Nasist simvolları:

  • Qamalı xaç olan qartal motivi, Nasional Sosialist Alman Fəhlə Partiyasının rəsmi simvolu
  • Dəmir xaç
  • Mühafizə dəstəsinin (SS) simvolu olan yan-yana gəlmiş "S" hərfi (runik "SS")
  • Qara SS forması
  • Qəhvə rəngi Hücum dəstəsi (SA) forması

Mündəricat

Nasist bayrağı

Nasistlərin əsas simvollarından birincisi üzərində qamalı xaç olan bayraq idi. Bayraq qara, ağ və qırmızı rənglərdən təşkil olunmuşdu. Bu rənglər Alman imperiyasını rəmzləri idi. Birinci Dünya müharibəsindən sonra qurulan Veymar Respublikasına qarşı olan alman millətçiləri tərəfindən bu 3 rəng istifadə olunurdu. Nasistlər hal-hazırda da istifadə olunan bayrağı qınamış və bir utanc mənbəyi olaraq qəbul edirdilər. Adolf Hitler, Mənim mübarizəm adlı əsərində Nasist bayrağının mənasını belə vermişdir:

" Qırmızı rəng nasional-sosializmin fikrini, ağ rəng milli fikri, qara rəngli svastika Ariyan insanın zəfəri üçün mübarizə missiyasını təmsil edir və eyni şəkildə də yaradıcı çalışma zəfəri hər zaman olmuşdur və hər zaman anti-semitik olacaqdır. "

Runik hərflər

Runik əlifbanın hərfləri xüsusilə Sigel, Eihvaz, Tyr və Algiz runları nasistlərin alman adətləri ilə özlərini əlaqələndirmək üçün istifadə olunmuşdur. Nasistlərin runları istifadə etmələrinin ardındakı reallıqlar, XIX əsrin sonları və XX əsrin əvvəllərində Alman mistikasının önəmli fiqurlarından olan Guido fon Listin əsərlərində tapıla bilər. Listin 1908-ci ildə yayımladığı Das Geheimnis der Runen (Runların sirrləri) adlı əsəri mövzuyla əlaqəli nümunələrdən biridir. Nasist afişalarında, yazılarında istifadə olunan S runu Guido fon Listin "Sig" fiqurudur.

Qalareya

  • Okultik dərnək Tule tərəfindən istifadə olunmuş qamalı xaç
    Okultik dərnək Tule tərəfindən istifadə olunmuş qamalı xaç
  • NSAFP (1920-1945)
    NSAFP (1920-1945)
  • NSAFPnın simvolu olan qartal motivi (Parteiadler)
    NSAFPnın simvolu olan qartal motivi (Parteiadler)
  • Nasist Almaniyasının rəsmi gerbi olan qartal motifi (Reichsadler)
    Nasist Almaniyasının rəsmi gerbi olan qartal motifi (Reichsadler)
  • Vermaxtın rəsmi simvollarından olan qartal motivi vəqara-ağ-qırmızı rənglərdən ibarət emblem
    Vermaxtın rəsmi simvollarından olan qartal motivi vəqara-ağ-qırmızı rənglərdən ibarət emblem
  • "Sig runiki" simvolundan yaranan SS bayrağı
    "Sig runiki" simvolundan yaranan SS bayrağı
  • SS sklet-baş simvolu (Totenkopf)
    SS sklet-baş simvolu (Totenkopf)
  • II SS Panzer Tüməni "Das Reich" tərəfindən istifadə olunmuş Volfsangel simvolu
    II SS Panzer Tüməni "Das Reich" tərəfindən istifadə olunmuş Volfsangel simvolu
  • NSAFP mənsublarının yürüşlərdə daşıdıqları flama (Adolf Hitlerin şəxsi simvolu)
    NSAFP mənsublarının yürüşlərdə daşıdıqları flama (Adolf Hitlerin şəxsi simvolu)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nasist simvolikası haqqında məlumat. Nasist simvolikası nədir? Nasist simvolikası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Bisütun kitabəsi

  • Fevral 27, 2026

    Herseqovina

  • Fevral 27, 2026

    Zamiq Hüseynov

  • Fevral 27, 2026

    Novoçerkassk

  • Fevral 27, 2026

    Sadıq İbrahimov

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst