Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın

Zəminə Həsənova

  • Ana Səhifə
  • Vikipediya
  • Zəminə Həsənova

Zəminə Həsən qızı Həsənova (10 may 1922, Corat, Bakı qəzası – 2006, Sumqayıt) — Azərbaycanın ilk qadın metallurqu, Sosialist Əməyi Qəhrəmanı (1960), Sumqayıtın fəxri vətəndaşı.

Zəminə Həsənova
Doğum tarixi 10 may 1922(1922-05-10)
Doğum yeri
  • Corat, Bakı qəzası, Azərbaycan SSR, ZSSRFİ
Vəfat tarixi 2006(2006) (83–84 yaşında)
Vəfat yeri
  • Sumqayıt, Azərbaycan
Fəaliyyəti metallurq, deputat
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı

Həyatı

Zəminə Həsən qızı Həsənova 1922-ci ilin mayın 10-da Sumqayıtda, indiki Corat qəsəbəsində anadan olub.

O əmək fəaliyyətinə Sumqayıt Elektrik Stansiyasında başlayıb. Sovet dövründə Energetika Birliyinin sədri vəzifəsində çalışıb və yaşayış binalarının bünövrəsinin qoyulması ilə məşğul olub. Böyük Vətən Müharibəsi illərində Bakının vətəndaş müdafiəsi sistemində fəaliyyət göstərib. Müharibədən sonra əmək fəaliyyətini "Boruprokat" zavodunda operator kimi davam etdirib. Daha sonra briqadir vəzifəsində çalışıb. Həsənova 1970-ci ildə isə baş briqadir olub və həmin zavodda 4 briqadaya rəhbərlik edib.

Z. Həsənova Azərbaycanın ictimai həyatında da fəal iştirak edib. Məktəbli uşaqlar üçün yaradılan "Horizont 8" klubunun təşkilatçılarından biri olub. O, dəfələrlə Sumqayıt Şəhər Şurasının deputatı seçilib, VI Çağırış SSRİ Ali Sovetinin deputatı olub.

SSRİ-nin Ali Sovetinin Prezidiumunun qərarı ilə 7 mart 1960-cı ildə Beynəlxalq Qadınlar Günü münasibətilə və əmək fəaliyyətindəki uğurlarına görə Lenin ordeni və Sosialist Əməyi Qəhrəmanı adı və "Oraq və Çəkic" qızıl medalı təltif edilib. 1969-cu ildə isə Sumqayıtın fəxri vətəndaşı adına layiq görülüb. 2002-ci ilin 2 oktyabr tarixində Azərbaycan Prezidentinin Sərəncamıyla Zəminə Həsənova elm, təhsil, mədəniyyət, iqtisadiyyat sahəsində göstərdiyi fəaliyyətinə və böyük əməyinə görə, Azərbaycan Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

Zəminə Həsənova 2006-cı ildə Sumqayıt şəhərində vəfat edib və onun xatirəsini əbədiləşdirmək üçün yaşadığı binaya xatirə lövhəsi vurulub. Görkəmli metallurq Z. Həsənovaya Ələkbər Tağıyevin bəstələdiyi, sözləri R. Zəkaya məxsus "Zəminə" adlı mahnı həsr olunub və müəllifinin Z. Əliyeva olduğu kitab da yazılıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zəminə həsənova sözünün mənası, zəminə həsənova haqqında məlumat. zəminə həsənova nədir? zəminə həsənova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Ortancıl Malkolm

  • Fevral 28, 2026

    Uraz Məhəmməd

  • Fevral 27, 2026

    Bauhaus

  • Mart 01, 2026

    Azərbaycan tarı

  • Fevral 27, 2026

    Bertolt Brext

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst