Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Aqşin Ağkəmərli (21 mart 1960, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aqşin Ağkəmərli

  • Ana Səhifə
  • Vikipediya
  • Aqşin Ağkəmərli

Aqşin Ağkəmərli (21 mart 1960, Şəbistər, Şərqi Azərbaycan ostanı) — Şair, nasir, publisist və tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Aqşin Ağkəmərli
Doğum tarixi 21 mart 1960 (65 yaş)
Doğum yeri Cənubi Azərbaycan, Şəbüstər mahalı, İskəmər kəndi.
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili Tehran Universiteti
İxtisası Həkim
Fəaliyyəti yazıçı,şair
İlk əsəri Dənizdən bir damla
Tanınmış əsəri Bizi yaşadan tarix İskəmər

Mündəricat

Həyatı

Təhsili

Aqşin Ağkəmərli 1960-cı ildə Güney Azərbaycanın Şəbüstər mahalının İskəmər kəndində anadan olmuşdur. Kiçik yaşlarından ailəsi ilə birlikdə Tehrana köçmüş və orta məktəbi orda bitirmişdir. 1996-cı ildə Tehrandakı Milli Universitetin tibb fakültəsini stomatologiya ixtisası üzrə bitirmiş, bir müddət Kərəc, Talağan və Tehranda həkim işləmişdir.

Yaradıcılığı

Bədii yaradıcılığa orta məktəb illərində farsca yazdığı şeir və hekayələrlə başlamışdır. Bakıda və Tehranda yayımlanan "Kibritçi qız" (1990), "Dondurmaçı" (1995), "Bizi yaşadan tarix" (2001), "Öpdüm Arazı" (2016) kimi şeir və hekayələr kitablarının müəllifidir.

Azərbaycan şairlərindən Mikayıl Müşfiq, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Nəriman Həsənzadə və başqalarının şeirlərini fars dilinə çevirmişdir. O, həmçinin bir çox Azərbaycan şairlərinin əsərlərinin redaktoru, tərtibçisi və ön sözünün yazarıdır. Onun baş redaktorluğu ilə 1990-cı ildən Tehranda fars və türk dillərində "Mişov dağı" adlı rüblük ədəbi dərgi nəşr olunur. Dərginin səhifələrində davamlı olaraq Azərbaycan ədəbiyyatı, mədəniyyəti və incəsənətinin təbliğinə geniş yer verilir.

Aqşin Ağkəmərli çağdaş Güney Azərbaycan ədəbiyyatında şair, nasir və publisist kimi tanınır. 1990-cı ildən Bakıda və Tehranda yaşayır.

Kitabları

  • Dənizdən Bir damla(1989)
  • Kibritçi qız (1990)
  • N. Həsənzadə Söyüd ağacı (1991)
  • M. Müşfiq. Şəngül-Məngül (Kiril əlifbasından ərəb əlifbasına köçürülmə) (1994)
  • Dondurmaçı (1995)
  • Bizi yaşadan tarix (2001)
  • N. Həsənzadə. 80-illik Ömür yolu (2011)
  • N. Həsənzadə. Can Azərbaycan (2016)
  • N. Həsənzadə. Salam Azərbaycan (2016)
  • Öpdüm Arazı (2016)

Ədəbiyyat

  • Nizami Cəfərov. Aqşin Ağkəmərlinin ayrılığı… Vətəndən Vətənə, "ədəbiyyat qəzeti", 11 mart 2017
  • Nizami Cəfərov. Ədəbiyyat söhbətləri, Bakı: Elm və təhsil, 2018, s.332–335

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Aqşin Ağkəmərli haqqında məlumat. Aqşin Ağkəmərli nədir? Aqşin Ağkəmərli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səhihi Buxari

  • Fevral 27, 2026

    Sünəni-Əbu Davud

  • Fevral 24, 2026

    Vostok gölü

  • Fevral 27, 2026

    Nisbilik nəzəriyyəsi

  • Fevral 24, 2026

    Toluy xan

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst