Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zülfü (Zülfi) Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini

Zülfü Hacıyev

  • Ana Səhifə
  • Vikipediya
  • Zülfü Hacıyev

Zülfü (Zülfi) Saleh oğlu Hacıyev (21 mart 1935, Böyük Məzrə, Basarkeçər rayonu – 20 noyabr 1991, Qarakənd, DQMV) — Azərbaycan Respublikası Baş nazirinin müavini (1989–1991), elmlər namizədi.

Zülfi Hacıyev
Azərbaycan Respublikası Baş nazirinin müavini
22 may 1991 – 20 noyabr 1991
Baş nazirHəsən Həsənov
Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini
18 noyabr 1989 – 22 may 1991
SədrAyaz Mütəllibov
Həsən Həsənov
Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi
16 mart 1988 – 1989
ƏvvəlkiCahangir Müslümzadə
SonrakıEldar İsmayılov
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri
1982 – mart 1988
Əvvəlkiİmran Mehdiyev
Sumqayıt Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri
13 oktyabr 1976 – 1982
Şəxsi məlumatlar
Doğum tarixi 21 mart 1935(1935-03-21)
Doğum yeri
  • Böyük Məzrə, Basarkeçər rayonu, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 20 noyabr 1991(1991-11-20) (56 yaşında)
Vəfat yeri
  • Qarakənd, Martuni rayonu, DQMV, Azərbaycan
Vəfat səbəbi Qarakənd faciəsi
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1961–1991)
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Səyyarə xanım
Uşağı 5

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR əməkdar inşaatçısı — 1975

Mündəricat

Həyatı

Zülfi Hacıyev 21 mart 1935-ci ildə Göyçə mahalının Basarkeçər rayonunun Böyük Məzrə kəndində anadan olmuşdur. Doğma kənddə orta məktəbi medalla, Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini isə fərqlənmə diplomu ilə bitirmişdir. Təyinatla Krasnoarmeysk şəhərinə göndərilib, sıravi mühəndislikdən idarə rəisi vəzifəsinə qədər yüksəlib. Bir müddətdən sonra Sumqayıt şəhərinə qayıtmış, əvvəlcə mühəndis, sonra isə indi adını daşıyan "Qırmızı əmək bayrağı" ordenli Sənaye Tikinti Nazirliyinin Sumqayıtdakı 1 saylı Tikinti Trestinin rəisi vəzifəsində çalışmışdır.

O, 1976-cı ildən Sumqayıt Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri, 1982-ci ildən Naxçıvan MSSR Nazirlər Sovetinin sədri, 1988-ci ilin martından Sumqayıt Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən 20 noyabr 1991-ci ilədək Azərbaycan Nazirlər Kabinetinin sədr müavini vəzifələrində çalışmış, plenum üzvü, ali və yerli sovetə deputat seçilmişdir. 1976-cı ildən ömrünün sonunadək 4 dəfə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.

Zülfi Hacıyev Nazirlər Kabinetinin sədr müavini işlədiyi vaxt həm də Dağlıq Qarabağ üzrə təşkilat komitəsinin üzvü olmuş, son vaxtlar isə həmin komitəyə sədrlik edirdi.

Onun Ruslan, Raman, Şölə, Mehparə, Lalə adlarında beş uşağı olmuşdur.

Mükafatları

  • "Qırmızı əmək bayrağı" ordeni
  • "Xalqlar Dostluğu" ordeni
  • "Şərəf nişanı" ordeni
  • "Azərbaycanın əməkdar inşaatçısı" fəxri adı

Xatirəsi

Adının əbədiləşdirilməsi

Sumqayıtda on dörd il işlədiyi trest, 17 saylı orta məktəb və bir küçə, Gəncə şəhərində bir küçə, Sabirabad rayon 7 saylı tam orta məktəbi Zülfi Hacıyevin adını daşıyır.

1982-ci ildə istehsal olunan gəmi (IMO № 7912161) Zülfi Hacıyevin adını daşıyır.

Haqqında yazılanlar

2005-ci ildə Fərman Əliyev "Ölümdən güclü" adlı sənədli-publisistik povestini Zülfi Hacıyevin ömür yoluna həsr edib. Müəllif kitabda Z. Hacıyevin canlı portretini yaratmağa çalışaraq, Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində onun fəaliyyəti ilə bağlı oxucularda geniş fikir aşılamağa çalışmışdır.

Həmçinin bax

  • Qarakənd faciəsi

Ədəbiyyat

  1. Qədir Aslan, "Göyçə şəhidləri", Bakı: "İşıq", 1997.
  2. Ziyəddin Məhərrəmov. "Unudulmaz sazlı-sözlü yurdumuz". Bakı, "Çaşıoğlu", 2001. səh.82–83.
  3. Fərman Əliyev. Ölümdən güclü: sənədli-publisistik povest. Bakı: Nərgiz, 2005. — 144 s.
  4. Qəşəm Məhərrəmov, İntiqam Məhərrəmov. "Başı dumanlı Göyçə", Bakı, "EL", 2007. səh.96. ISBN 978-9952-438-09-3
  5. Teyyub Qurban, "Ən yaxın tarix", Ekspress. — 2013. — 11–13 yanvar. — Səh.15.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülfü Hacıyev haqqında məlumat. Zülfü Hacıyev nədir? Zülfü Hacıyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Atom

  • Fevral 10, 2026

    Tatarlar

  • Fevral 24, 2026

    Yenikənd (Zəngilan)

  • Fevral 23, 2026

    Ayasofiya

  • Fevral 23, 2026

    14 iyun

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst