Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İmran Əzim oğlu Mehdiyev (21 yanvar 1936, Ordubad, Naxçıvan MSSR – 10 mart 2023) — Azərbaycan alimi və dövlət xadimi, iqtisadi elmləri doktoru (1989), professor

İmran Mehdiyev

  • Ana Səhifə
  • Vikipediya
  • İmran Mehdiyev

İmran Əzim oğlu Mehdiyev (21 yanvar 1936, Ordubad, Naxçıvan MSSR – 10 mart 2023) — Azərbaycan alimi və dövlət xadimi, iqtisadi elmləri doktoru (1989), professor, beynəlxalq Mühəndislik Akademiyasının, Rusiya Maliyyə və İqtisadiyyat Akademiyasının və Azərbaycan Memarlar İttifaqının üzvü.

İmran Mehdiyev
Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi
1983 – 1989
ƏvvəlkiQəşəm Aslanov
SonrakıFeyruz İsayev
Azərbaycan SSR Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini
1982 – 1983
SədrƏhməd Zülfüqarov
Naxçıvan MSSR Nazirlər Sovetinin sədri
1979 – 1982
ƏvvəlkiYusif Nəbiyev
SonrakıZülfü Hacıyev
Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini
1976 – 1979
SədrYusif Nəbiyev
Şəxsi məlumatlar
Doğum tarixi 21 yanvar 1936(1936-01-21)
Doğum yeri
  • Ordubad, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 10 mart 2023(2023-03-10) (87 yaşında)
Fəaliyyəti memar

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Şərəf nişanı" ordeni

Elmi fəaliyyəti

İmran Mehdiyev Əzim oğlu 1936-cı ildə Naxçıvan MSSR Ordubad şəhərində anadan olmuşdur.

1967-ci ildə SSRİ Dövlət Tikinti Komitəsinin Beton və Dəmir-Beton Elmi-Tədqiqat İnstitutunun aspiranturasını bitirmişdir. 1962–1963 və 1968–1971-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetinin tikinti və kommunal təsərrüfatı şöbəsində böyük referent olmuş, 1971–1976-cı illərdə Bakı Mərmər Məmulatları zavodunun direktoru işləmişdir.

1976–1979-cu illərdə Naxçıvan MSSR Nazirlər Soveti sədrinin birinci müavini, 1979–1982-ci illərdə isə Naxçıvan MSSR Nazirlər Soveti sədri vəzifəsində çalışmış, 1982–1983-cü illərdə Azərbaycan SSR Dövlət Qiymət Komitəsi sədrinin birinci müavini işləmişdir. 1983–1989-cu illərdə Azərbaycan Kommunist Partiyası İsmayıllı Rayon Komitəsinin birinci katibi olmuşdur.

1991–1999-cu ildən Azərbaycan Respublikası sənaye tikinti materialları nazirinin birinci müavini, "Azərsənayetikinti" Dövlət Konserinin birinci vitse-prezidenti vəzifələrində çalışmışdır. 1998-ci ilin iyun ayından Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsində çalışmışdır.

Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin büro üzvü olmuş, Naxçıvan MSSR Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. İki dəfə Şərəf nişanı ordeni ilə, "Qırmızı əmək bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına layiq görülmüşdür.

İdarəçilik və təşkilatçılıq işi ilə yanaşı, elmi-pedoqoji fəaliyyətdə göstərmişdir. Üç monoqrafiyanın, üç dərsliyin, 90-dan çox elmi məqalənin, bir neçə ixtiranın müəlifidir. Bir sıra elmi-tədqiqat və tədris institutları elmi şuralarının üzvü, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində tikintinin təşkili və idarə olunması kafedrasının professoru olmuşdur. İmran Mehdiyev Almaniyanın bir çox universitetlərində məruzələr etmişdir.

İmran Mehdiyev 10 mart 2023-cü ildə 87 yaşında vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İmran Mehdiyev haqqında məlumat. İmran Mehdiyev nədir? İmran Mehdiyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Kobalt

  • Fevral 23, 2026

    17 aprel

  • Fevral 23, 2026

    Arsak

  • Fevral 23, 2026

    Versal (şəhər)

  • Fevral 25, 2026

    Səkkiz

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst