Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zlata Moizeyevna Tkaç (tam adı: Zlata Tkaç, mold. Zlata Tcaci; idiş זלאַטע טקאַטש‎‎; rus. Злата Моисеевна Ткач; 16 may 1928 – 1 yanvar 2006, Kişinyov, Moldova)

Zlata Tkaç

  • Ana Səhifə
  • Vikipediya
  • Zlata Tkaç

Zlata Moizeyevna Tkaç (tam adı: Zlata Tkaç, mold. Zlata Tcaci; idiş זלאַטע טקאַטש‎‎; rus. Злата Моисеевна Ткач; 16 may 1928 – 1 yanvar 2006, Kişinyov, Moldova) — Moldova bəstəkarı və musiqi müəllimi. O, Moldovada peşəkar bəstəkar olan ilk qadındır.

Zlata Tkaç
mold. Zlata Tcaci
Ümumi məlumatlar
Doğum adı mold. Zlote Beyrihman
Doğum tarixi 16 may 1928(1928-05-16)
Vəfat tarixi 1 yanvar 2006(2006-01-01) (77 yaşında)
Vəfat yeri
  • Kişinyov, Moldova
Musiqiçi məlumatları
Fəaliyyəti bəstəkar, musiqi pedaqoqu
Janr opera
Mükafatları Order of Labour, 1st class

Mündəricat

Həyatı

Zlote Beyriman Lozovonun Bessarabiya kəndində Moizey Bentsiyonoviç Beyriman və onun həyat yoldaşı Frida Mendelevna Koyfmanın ailəsində dünyaya göz açmışdır. Zlata hələ uşaq olarkən ailəsi Kişinyova köçmüşdür. O, burada qızlar üçün rumın ibtidai məktəbinə getmiş, həmçinin atasından skripka dərsləri almışdır.

İkinci Dünya müharibəsi zamanı Zlota anası ilə Mərkəzi Asiyaya təxliyə edilmişdir. Lakin səfər zamanı anasından ayrı düşmüş və yatalaq və qarın yatalağı xəstəliyinin yayıldığı Özbəkistanın Nəməngan şəhərinə aparılmışdır. Zlota daha sonra Droqobıç uşaq evində qalmış və orta məktəbə getmişdi. Bu zaman o, "Matroslar" adlı ilk mahnısını bəstələmişdir. 1943-cü ildə Kişinyov azad edildikdən sonra şəhərə qayıtmış və yenidən ailəsi ilə bir araya gəlmişdi.

Zlata Kişinyov Universitetində fizika və riyaziyyat ixtisası üzrə təhsil almış, daha sonra Kişinyov Konservatoriyasının musiqişünaslıq fakültəsinə daxil olmuşdu. 1952-ci ildə Konservatoriyadan məzun olmuşdur. O, Leonid Qurovun (1910–1993) sinfində bəstəkarlıq, İ.L.Deylizanın sinfində isə skripka üzrə dərslər almışdı. 1952-1962-ci illərdə Kişinyovda musiqi məktəbində dərs demişdi. 1957-ci ildə Konservatoriyanın bəstəkarlıq sinfində təhsilinə davam etmişdi. 1962-ci ildə məzun olduqdan sonra orda müəllim kimi qalmış və ömrünün sonuna qədər burada işləmişdi. 1986-cı ildə dosent, 1993-cü ildə isə bəstəkarlıq üzrə professor olmuşdur.

Tkaç Moldovada peşəkar bəstəkar olan ilk qadındır. O, Moldova SSR-in əməkdar artisti (1974), Moldova Dövlət Mükafatı laureatı (1982), Moldova Şöhrət ordeni mükafatçısıdır.

Zlata Tkaç Moldova musiqişünası, rus və moldav dillərində kitabların müəllifi və redaktoru Efim Markoviç Tkaç (1926–2003) ilə ailə həyatı qurmuşdur. Zlata Tkaç 2006-cı ildə Kişinyovda vəfat etmişdir.

Əsərləri

Tkaç sonatalar, simli kvartetlər, süitalar, vokal musiqi, xorda və instrumental əsərlər, kantatalar, opera, instrumental miniatürlər, uşaq mahnıları və pyeslər, kinolar və teatr üçün musiqilər də daxil olmaqla, 800-ə yaxın əsər bəstələmişdir. Onun uğurlu uşaq operası "Üç balalı keçi" (Capra cu trei iezi; 1966-cı ildə yazılmışdır) bir neçə dəfə üzərində işlənildikdən sonra 1983-cü ildə "Saxtakar canavar" (Lupul impostor) adı ilə təqdim olunmuşdur. Bəstələrinə aşağıdakılar daxildir:

  • "Dance". Kişinyov: Map moldovenyaske, 1963.
  • "Moldavian dance". Kişinyov: Map moldovenyaske, 1965.
  • "Sonata for Viola and Piano". Moskva: Sovet bəstəkarı, 1981.
  • Unchiul meu din Paris opera (1987)
  • Leagăn de mohor' (35 piano miniatürü). Kişinyov, 1988.
  • Dine guter nomen (idiş dilində). Şik Drizin şeirlərinə mahnı. Kişinyov: The League, 1996.
  • 'Sholom Aleichem: the collection of vocal works. Kişinyov: Pontos, 2001.
  • Dos glekele (idiş dilində yəhudi şeirlərinə mahnı). Berlin, 2004.
  • Flacăra iubirii (Sevginin atəşi). Agnes Roskanın şeirlərinə romanslar. Kişinyov: Cartea Moldovei, 2006.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zlata Tkaç haqqında məlumat. Zlata Tkaç nədir? Zlata Tkaç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Segunda División

  • Fevral 24, 2026

    8 dekabr

  • Fevral 27, 2026

    Dvayt Eyzenhaver

  • Fevral 27, 2026

    İrəvan şəhəri

  • Fevral 25, 2026

    Yarpaq

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst