Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın.

Zivər Məmmədova

  • Ana Səhifə
  • Vikipediya
  • Zivər Məmmədova

Zivər Nəcəfqulu qızı Məmmədova (14 iyun 1902, Bakı – 22 aprel 1980, Bakı) — ilk azərbaycanlı heykəltaraş qadın.

Zivər Məmmədova
Doğum tarixi 14 iyun 1902(1902-06-14)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 22 aprel 1980(1980-04-22) (77 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Uşağı
  • Tokay Məmmədov
Fəaliyyəti heykəltaraş
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycanın xalq rəssamı, əməkdar incəsənət xadimi, heykəltaraş Tokay Məmmədovun anasıdır.

Mündəricat

Həyatı və təhsili

Zivər Məmmədova 1902-ci il iyunun 14-də Bakı şəhərində Nəcəfqulu Tağıyevin ailəsində anadan olub. 1909-cu ildə təhsil almaq üçün "Müqəddəs Nina" qızlar gimnaziyasına daxil olub. Məktəbi bitirdikdən sonra rəssamlıq kursuna daxil olur. Kursu bitirdikdən sonra eyni vaxtda iki ali məktəbə — Azərbaycan Ali Rəssamlıq Məktəbinə və Dövlət Türk Musiqi Məktəbinə daxil olub. 1924-cü ildə Ali Rəssamlıq Məktəbini bitirib.

Fəaliyyəti

Ali təhsil aldıqdan sonra Stepan Erzya və Pinxos Sabsayın emalatxanasında fəaliyyət göstərib. O, həm də portret ustası kimi tanınıb və zəngin qalereya yaradıb. 1930–1940-cı illər arasında Əzim Əzimzadə, Hüseynqulu Sarabski, Məşədi Əzizbəyov, İdris Süleymanov, Hüseynbala Əliyev, Bəsti Bağırova və digərlərinin portret büstlərini hazırlayıb. Bundan başqa Əzim Əzimzadənin Fəxri Xiyabanda yerləşən qəbirüstü abidəsini də o hazırlayıb.

Zivər Məmmədova həm də peşəkar skripkaçı kimi də tanınıb. Üzeyir Hacıbəylinin yaratdığı Dövlət Simfonik Orkestrində skripkaçı kimi fəaliyyət göstərib. 1923-cü ildə "Arşin mal alan" operettasının ilk tamaşasında da ifaçılar arasında olub. Bir müddət Azərbaycan Dövlət Nəşriyyatında tərcüməçi işləyib.

1950-ci ildə bəstəkar Üzeyir Hacıbəylinin gipsdən heykəlini hazırlayıb. Bu abidə həm də Üzeyir Hacıbəylinin naturadan çəkilmiş yeganə portreti kimi də tarixə düşüb. Zivər xanımın həmçinin "Kolxozçu qadın" (gips, 1940), "Qız gəlincik ilə" (dekorativ fiquru, çini, şirəüstü naxış, 1950), "Rəqqasə" (dekorativ fiqur, çini, şirəüstü naxış, qızılla zərləmə, 1954) və digər əsərləri xüsusi fərqlənib.

Ölümü

Zivər Məmmədova 22 aprel 1980-ci ildə Bakıda vəfat edib.

Ailəsi

Zivər Məmmədova 1924-cü ildə Həbib Məmmədovla ailə həyatı qurub. Bu evlilikdən Gülbəniz və Tokay adlı övladları dünyaya gəlib. Həyat yoldaşı Həbib Məmmədov 1928–1930-cu illərdə Moskvada Bauman adına texniki peşə məktəbində təhsil aldığı üçün bu müddət ərzində Moskvada yaşayıb. Burada xalq komissarları sovetində korrektor-tərcüməçi vəzifəsində çalışıb.

Oğlu Tokay Məmmədov heykəltaraş və rəssamdır. O, 1962-ci ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi, 1973-cü ildə Azərbaycan SSR xalq rəssamı, 1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, 1978-ci ildə isə SSRİ dövlət mükafatı laureatı adlarına layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zivər Məmmədova haqqında məlumat. Zivər Məmmədova nədir? Zivər Məmmədova nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Koroğlu metrostansiyası

  • Fevral 27, 2026

    Goodeniaceae

  • Fevral 27, 2026

    Balinakimilər

  • Fevral 23, 2026

    Dəniz səviyyəsi

  • Fevral 27, 2026

    Bell adası

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst