Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zeyvə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu i

Zeyvə (Şabran)

  • Ana Səhifə
  • Vikipediya
  • Zeyvə (Şabran)

Zeyvə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. 2 aprel 2010-cu il tarixli 982-IIIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Dəvəçi rayonunun Zeyvə kəndi Pirəbədil kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Zeyvə kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.

Zeyvə
41°12′02″ şm. e. 48°44′25″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Zeyvə xəritədə
Zeyvə
Zeyvə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Qədim Şabran torpağında bir yurd yeri də Zeyvə kəndidir. Sıx meşələrin, yaşıl ormanların qoynunda binə-bölgə bağlamış bu ucqar dağ kəndi rayon mərkəzindən təxminən 30-35 kilometr uzaqlıqdadır. Yaşı az qala VI-VII əsrlərə gedib çıxan Zeyvə kəndinin adının mənasını araşdırıcılar "künc, bucaq, guşə" (cəmiyyətdən uzaq) kimi yozurlar.

Bəlkə də bir vaxtlar elə beləcə də olub. Lakin uzaq Zeyvənin adı əsrlərin uzaqlığında Avropa ölkələrinə yaxın olub.

Yeddinci yüzilliyin salnaməçisi, alban tarixçisi Musa Kalankatlı "Ağvan tarixi" əsərində yazır ki, Azərbaycanın şimal hissəsində ipək parçalar və müxtəlif rəngli parlaq xalçalar hazırlanır.

Toxunduğu kəndin adı ilə məşhur olan "Zeyvə" çeşidli xalçaları da Avropa rəssamlarının bir sıra məşhur tablolarında zinət vasitəsi kimi geniş istifadə edilib.

XV əsr intibah dövrünün görkəmli holland rəssamı Hans Memlinqin və elə həmin əsrdə yaşamış holland boyakarlıq sənətinin banilərindən hesab edilən Yan van Eykin tablolarında Zeyvə xalıları təsvir edilib.

Coğrafiyası və iqlimi

Ənbil gölü

Kənd Baş Qafqaz silsiləsinin yamacında yerləşir. Kənddən Zeyvəçay adlı çay keçir. Kənddən bir qədər aralıda Əmbil gölü var. Kənddə çoxlu sayda bulaq və şəlalələr var.

Zağlı – Zeyvə turizm zonasındakı "Keçi-qayası" adlanan yerin çox gözəl mənzərəsi var. Sıx meşə ilə keçilməsi çətin olan sıldırım qayanın arasından çay axır. Müalicə əhəmiyyətli kükürdlü suların çıxdığı bu yerə insanlar müalicəyə və istirahət etməyə gəlirlər. Ərazidə vəhşi dağ keçiləri yaşadığından buranı belə adlandırıblar.

Kənd 19 iyul 2013-cü ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin iştirakı ilə açılışı olmuş Şabran-Pirəbədil-Zeyvə avtomobil yolunun üstündədir.

Əhalisi

Kəndin əhalisi 1252 nəfər təşkil edir.

İqtisadiyyatı

27 sentyabr 2014-cü ildə kəndə təbii qaz verilmişdir.

Tanınmış şəxsləri

  • Tofiq Mustafazadə — tarix üzrə elmlər doktoru, professor, Dövlət mükafat laureatı (2012-ci il), Əməkdar elm xadimi (2015).
  • Anar Mehdiyev — Vətən müharibəsi şəhidi

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zeyvə (Şabran) haqqında məlumat. Zeyvə (Şabran) nədir? Zeyvə (Şabran) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tokio Universiteti

  • Fevral 27, 2026

    Aişə Xatun

  • Fevral 25, 2026

    İstiqraz

  • Fevral 27, 2026

    Tikanlı küknar

  • Fevral 27, 2026

    Kəvər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst