Zeynəb Həmid qızı Məmmədyarova (3 oktyabr 1983, Sumqayıt) — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster.
![]() Zeynəb Məmmədyarova (Xantı-Mansi, 2017) | |
| Ölkə | |
| Doğum tarixi | 3 oktyabr 1983 (42 yaş) |
| Doğum yeri | Sumqayıt |
| Təhsili |
|
| Titulu | qrosmeyster |
| Son reytinqi | 2295 (avqust 2016) |
| Maksimal reytinqi | 2384 (iyul 2007) |
| FİDE nömrəsi | 13401521 |
Həyatı
Zeynəb Məmmədyarova 1983-cü il oktyabrın 3-də Sumqayıt şəhərində anadan olub. 23 saylı orta məktəbin məzunudur. Azərbaycan Beynəlxalq Universitetini bitirib.
Şahmat üzrə beynəlxalq dərəcəli qrosmeysterdir.
Məşqçisi Həmid Məmmədyarovdur.
İctimai fəaliyyəti
2009-cu ildə Sumqayıt bələdiyyəsinin üzvü, 2013-cü ilin sentyabr ayında isə Sumqayıt bələdiyyəsinin sədr müavini seçilmişdir. O, əsasən bələdiyyənin təşkilati, mədəni-kütləvi məsələləri ilə məşğul olur.
Uğurları
- 18 yaşadək qızlar arasında Dünya birinciliyinin qalibi (İspaniya, 2000);
- 20 yaşadək qızlar arasında Avropa birinciliyinin qızıl mükafatçısı (Bakı, 2002);
- Ümumdünya Şahmat Olimpiadasının gümüş mükafatçısı (Sloveniya — öz taxtasında, 2002);
- 20 yaşadək qızlar arasında Dünya birinciliyinin bürünc mükafatçısı (Naxçıvan, 2003).
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zeynəb məmmədyarova sözünün mənası, zeynəb məmmədyarova haqqında məlumat. zeynəb məmmədyarova nədir? zeynəb məmmədyarova nə deməkdir?
