Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Zbiqniev Bonek (3 mart 1956, Bıdqoş, Kuyaviya-Pomoraniya voyevodluğu[d]) — Polşalı keçmiş futbolçu, məşqçi, idman funksioneri. UEFA-nın hazırkı vitse-prezidenti

Zbiqniev Bonek

  • Ana Səhifə
  • Vikipediya
  • Zbiqniev Bonek

Zbiqniev Bonek (3 mart 1956, Bıdqoş, Kuyaviya-Pomoraniya voyevodluğu[d]) — Polşalı keçmiş futbolçu, məşqçi, idman funksioneri. UEFA-nın hazırkı vitse-prezidenti. O, əsasən yarımmüdafiəçi kimi oynasada, sağ cinah və ikinci hücumçu kimi oynamağı bacarırdı.

Zbiqniev Bonek
pol. Zbigniew Boniek
Ümumi məlumatlar
Doğum tarixi 3 mart 1956(1956-03-03) (70 yaş)
Doğum yeri
  • Bıdqoş, Kuyaviya-Pomoraniya voyevodluğu[d], Polşa
Vətəndaşlığı
  •  Polşa
Boyu 180 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi, hücumçu
Karyerası
Klub karyerası
1973–1975 Zawisza Bydgoszcz 41 (14)
1975–1982 Vidzev Lodz 172 (50)
1982–1985 Yuventus 81 (14)
1985–1988 Roma 76 (17)
Milli yığma
1976–1988 Polşa 80 (24)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, bütün zamanların ən böyük polşalı oyunçularından biri hesab olunur və 2004-cü ildə Pele tərəfindən yaşayan 100 ən yaxşı futbolçudan biri seçilib.

Mündəricat

Karyera

Klub Karyerası

Zbiqnev Boniek karyerasına 1973-cü ildə "Zavişa" klubunda başlayıb. Daha sonra 1975-ci ildə "Vidzev" klubuna keçən futbolçu, 1982-ci ilə kimi bu klubda çıxış edir.

Bonek Avropanın güclu liqalarından birində özünü sınayan ilk polyaklardandır. 1982-ci ildə İtaliyanın "Yuventus" klubuna keçən Zbiqnev Bonek burada dərhal əsas heyət oyunçusuna çevrilir. Mişel Platini ilə bir tandemdə çıxış edir. 80-ci illərin birinci yarısında "Yuventus"un oyununu böyük ölçüdə müəyyən edən bu tandem olur.

Baş məşqçi Covanni Trapattoninin rəhbərliyi altında Bonek 1984-cü ildə Kuboklar Kubokunu, həmin ilin Avropa Super Kubokunu və nəhayət, 1985-ci ildə Avropa Çempionlar Kubokunu qazandı. Beləliklə, "Yuventus" muzeyi eyni vaxtda üç ən nüfuzlu Avropa kuboku ilə bəzədilmiş ilk futbol klubu oldu (bundan əvvəl "Qoca Sinyora" yalnız 1977-ci il UEFA Kubokunu qazanmışdı).

1985-ci ildə İtaliyanın başqa bir klubu "Roma" klubuna keçir.

Milli komanda karyerası

O, ölkəsinin millisi ilə birlikdə 1982-ci il dünya çempionatının "bürünc"ünü qazanıb. Həmin dünya çempionatında o, Belçika millisinə qarşı het-trik edib. Ümumilikdə Polşa Milli komandasının heyətində Zbiqnev Bonek 80 oyunda meydana çıxıb və 24 qol vurub.

Məşqçi karyerası

Boniek futbolçu kimi peşəkar karyerasını başa vurduqdan sonra bir neçə il ortabab İtaliya klublarını çalışdırıb, bundan sonra Polşa Futbol İttifaqının təklifini qəbul edərək, onun vitse-prezidenti olur.

2002-ci ilin iyulunda Bonek Polşa millisinin baş məşqçisi kimi debüt edir, lakin o, uzun müddət orada qalmır. Beş oyundan sonra başqa məşqçi ilə əvəzlənir.

Statistika

Klub və mövsümlərə görə oyun və qol sayı
Klub Mövsüm Liqa Kubok Beynəlxalq Toplam
Dvizion Oyun Qol Oyun Qol Oyun Qol Oyun Qol
"Vidzev" 1975–76 Ekstraklasa 27 7 0 0 0 0 27 7
1976–77 24 9 1 0 0 0 25 9
1977–78 30 11 2 1 4 3 36 15
1978–79 28 4 1 1 0 0 29 5
1979–80 26 10 2 1 2 1 30 12
1980–81 11 1 0 0 5 0 16 1
1981–82 26 8 3 2 2 0 31 10
Toplam 172 50 9 5 13 4 194 59
Yuventus 1982–83 A Seriyası 28 5 12 3 9 2 49 10
1983–84 27 3 6 2 9 4 42 9
1984–85 26 6 6 3 10 3 42 12
Toplam 81 14 24 8 28 9 133 31
Roma 1985–86 A Seriyası 29 7 5 1 0 0 34 8
1986–87 26 4 6 4 2 0 34 8
1987–88 21 6 3 1 0 0 24 7
Toplam 76 17 14 6 2 0 92 23
Karyerasında toplam 329 81 47 19 43 13 419 113

Uğurları

Komanda ilə

  • Dünya Kubokunun bürünc mükafatçısı: 1982
  • Futbol üzrə İtaliya kubokunun qalibi: 1983, 1986
  • A seriyasının çempionu: 1982, 1984
  • Avropa kubokunun qalibi: 1985
  • Kuboklar Kubokunun qalibi: 1984
  • UEFA Super Kubokunun qalibi: 1984

Fərdi

  • Polşada ilin futbolçusu: 1978, 1982
  • Dünya Kubokunun simvolik komandasına daxil edilib: 1982
  • FIFA 100 siyahısına daxildir
  • Golden Foot: 2009 ("Futbol Əfsanələri" nominasiyasında)
  • FAI International Football Awards: Beynəlxalq Şəxsiyyət: 2012
  • İtaliya Futbol Şöhrət Zalı: 2019

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zbiqniev bonek sözünün mənası, zbiqniev bonek haqqında məlumat. zbiqniev bonek nədir? zbiqniev bonek nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Əfsər Cavanşirov

  • Fevral 27, 2026

    Enkelad (peyk)

  • Mart 06, 2026

    Florida qaraçöhrəsi

  • Fevral 27, 2026

    Məşrutə hərəkatı

  • Fevral 27, 2026

    Diaspor

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst