Zaur Natiq oğlu Abdullayev — Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi. Polis general-mayoru.
| Zaur Abdullayev | |
|---|---|
Vəzifədədir | |
| 18 fevral 2022-ci ildən | |
| Nazir | Vilayət Eyvazov |
| Əvvəlki | Mirqafar Seyidov |
| 15 yanvar 2019 – 18 fevral 2022 | |
| Rəis | Mirqafar Seyidov (2014-2020) Əkbər İsmayılov(2020-) |
| Əvvəlki | Səhlab Bağırov |
| Sonrakı | Sərdar Səfərov |
| 13 may 2011 – 15 yanvar 2019 | |
| Əvvəlki | Səhlab Bağırov |
| Sonrakı | Səhlab Bağırov |
| Rütbəsi | Polis general-mayoru |
| | |
| Təltifləri | |
Həyatı
Fəaliyyəti
Zaur Abdullayev 2011-ci ilədək Daxili Qoşunların Qubada Və Naxcıvan MR yerləşən "N" saylı hərbi hissəsinin komandiri vəzifəsini daşımışdır. O, 13 may 2011-ci ildə daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsinə təyin edilmişdir.
Zaur Abdullayev 15 yanvar 2019-cu ildə daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilərək Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini təyin olunmuşdur.
Zaur Abdullayev 18 fevral 2022-ci ildə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək Azərbaycan Respublikasının Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Təltifləri
- Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 6 may 2005-ci il tarixli 803 saylı sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuşdur.
- Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 iyul 2015-ci il tarixli 1311 saylı sərəncamı ilə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 iyun 2016-cı il tarixli 2186 saylı sərəncamı ilə polis polkovniki Zaur Abdullayevə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
- Zaur Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 iyul 2021-ci il tarixli 2733 saylı sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zaur abdullayev sözünün mənası, zaur abdullayev haqqında məlumat. zaur abdullayev nədir? zaur abdullayev nə deməkdir?