Mirqafar Seyidov (1965, Şahtaxtı, İliç rayonu) — Nəqliyyatda Baş Polis İdarəsinin sabiq rəisi, polis general-mayoru.
| Mirqafar Seyidov | |
|---|---|
Daxili İşlər Naziriliyi Nəqliyyatda Baş Polis İdarəsinin rəisi | |
| 14 noyabr 2020 – 5 fevral 2022 | |
| Əvvəlki | Emin Şəkinski |
| Sonrakı | Zaur Abdullayev |
| 2014 – 14 noyabr 2020 | |
| Əvvəlki | Rafiq Abbasov |
| Sonrakı | Əkbər İsmayılov |
| 2007 – 2014 | |
| Sonrakı | Seyfulla Əzimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1965 (60–61 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
| Rütbəsi | Polis general-mayoru |
| | |
| Təltifləri | |
Həyatı
Seyidov Mirqafar Mircəfər oğlu 1965-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində anadan olmuşdur. 2005-ci ildə Naxçıvan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. 1983–1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1989-cu ildə daxili işlər orqanlarında xidmətə başlamış, cinayət axtarışı strukturlarında müxtəlif vəzifələrdə işləmişdir. 2005–2007-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Miqrasiya Xidmətinin rəis müavini, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini, DİN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, 2007–2014-cü illərdə isə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi vəzifələrində işləmişdir.
2014-cü ilin noyabr ayında Bakı şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 1 iyul tarixli 393 nömrəli Sərəncamı ilə polis general-mayoru ali xüsusi rütbəsi verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 iyun tarixli 1545 nömrəli Sərəncamı ilə Cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində fərqləndiyinə görə "İgidliyə görə" medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 1 iyul tarixli Sərəncamı ilə Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, beynəlxalq əhəmiyyətli kütləvi tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mirqafar Seyidov haqqında məlumat. Mirqafar Seyidov nədir? Mirqafar Seyidov nə deməkdir?