Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arxeoloji qazıntılara əsasən şəhər Paleolit dövründə mövcud olmuşdur. Dəmir dövründən başlayaraq keltlər burada məskunlaşdılar. 1247-ci ilə aid əlyazmalarda əra

Zalaeqerseq

  • Ana Səhifə
  • Vikipediya
  • Zalaeqerseq

Zalaeqerseq (mac. Zalaegerszeg) — Macarıstanın qərbində yerləşən Zala medyesində şəhər.

Zalaeqerseq
Zalaegerszeg

Bayraq Gerb
Bayraq Gerb
46°50′21″ şm. e. 16°51′04″ ş. u.HGYO
Ölkə
  •  Macarıstan
Tarixi və coğrafiyası
İlk məlumat 1247
Sahəsi
  • 102,41 km²
Mərkəzin hündürlüyü 166 ± 1 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 53.960 nəf. (2025)
Rəqəmsal identifikatorlar
Telefon kodu +36 92
Poçt indeksi 8900
Digər
zalaegerszeg.hu
english.zalaegerszeg.hu
deutsch.zalaegerszeg.hu
Xəritəni göstər/gizlə
Zalaeqerseq xəritədə
Zalaeqerseq
Zalaeqerseq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Arxeoloji qazıntılara əsasən şəhər Paleolit dövründə mövcud olmuşdur. Dəmir dövründən başlayaraq keltlər burada məskunlaşdılar. 1247-ci ilə aid əlyazmalarda ərazinin adı “Eqerçurq”, 1293-cü ildə “Eqerseq” kimi adlandırılmışdır. 1266-cı ildə Macarıstan kralı IV Bela tərəfindən ərazi Vesprem yepiskopuna hədiyyə edildi. 1568-ci ildən etibarən şəhərdə bir qala inşa edildi. 1570-ci ildə Osmanlı qüvvələri birinci dəfə şəhərə hücum elədilər, lakin bu hücumları uğurlu olmadı. 1600-cü ildə Nadkanija qalasının Osmanlı İmperiyası tərəfindən fəth edilməsindən sonra ərazinin strateji önəmi artdı. 1664-cü ildə Zerinvar qalasının fəthindən bir müddətlik Osmanlı qüvvələri tərəfindən ələ keçirildi. 1870-ci ildə şəhər statusunu itirdi və kənd oldu. 1885-ci ildə yenidən şəhər statusunu bərpa etdi. 1920-ci illərdə şəhərdə canlanma başladı; yeni binalar, poçt şöbələri, dəmir yolu stansiyaları, yanğınsöndürmə bürosu, polis mərkəzi və Barokko üslubunda sinaqoq inşa edildi.

İkinci Dünya müharibəsi illərində şəhərin 1221 nəfər yəhudi sakini Auşvitz həbs düşərgəsinə sürgün edildi. Şəhər 28 mart 1945-ci ildə Qırmızı Ordu tərəfindən ələ keçirildi.

1950-ci illərdə şəhərdə önəmli dəyişikliklər baş verdi. 1952-ci ildə tekstil fabriklərinin tikintisi və neft ehtiyatlarının kəşfi ilə Zalaeqerseq sənaye şəhərinə çevrildi. Dəmiryol xətti sistemi daha da genişləndirildi. Macarıstan vətəndaşalrı 26 oktyabr 1952-ci ildə şəhərdə inqilab etdilər. Şəhərin kommunist rəhbərliyi Körmendə qaçdı və Sovet qoşunlarının 4 noyabrda şəhərə gəlməsi ilə ərazi İnqilab Şurası tərəfindən idarə olunmağa başladı.

Sosializmin sonunda iqtisadi tənəzzül digər şəhərlərdən fərqli olaraq Zalaeqerseqə təsir etmədi. 1990-ci illərdə şəhər dinamik inkişaf etməyə başladı.

Coğrafiyası

Zalaeqerseq Zala çayının sahilində, Sloveniya və Avstriyanın sərhədinə yaxın və Budapeştin qərb və cənub-qərbinin 220 kilometrində yerləşir.

Beynəlxalq əlaqələr

Qardaşlaşmış şəhərlər

Zalaeqerseq şəhərinin mərkəzində qardaşlaşmış şəhərlərə həsr olunan nişan.
  • Avstriya Klaqеnfurt, Avstriya
  • Bosniya və Herseqovina Zeniça, Bosniya və Herseqovina
  • Bolqarıstan Dobriç, Bolqarıstan
  • Xorvatiya Varajdin, Xorvatiya
  • Finlandiya Varkaus, Finlandiya
  • Almaniya Kuzel, Almaniya
  • Almaniya Marl, Almaniya
  • İtaliya Qoriçiya, İtaliya
  • Polşa Krosno, Polşa, since 2000
  • Rumıniya Tırqu-Mureş, Rumıniya
  • Rusiya Surqut, Rusiya
  • Ukrayna Herson, Ukrayna

Həmçinin bax

  • Macarıstan şəhərləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zalaeqerseq sözünün mənası, zalaeqerseq haqqında məlumat. zalaeqerseq nədir? zalaeqerseq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Abaka

  • Fevral 27, 2026

    Lətif Hüseynzadə

  • Mart 06, 2026

    Xədicə Ağayeva

  • Fevral 24, 2026

    I Elizabet

  • Mart 01, 2026

    Təkrir

Trend Mahnılar
  • Mart 07, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Mart 07, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Mart 07, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Xumar Qedimova - Dünya

  • Mart 07, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst