Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Eminov Zakir Namin oğlu (1 fevral 1967, Yuxarı Qaramanlı, Neftçala rayonu) — Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliye

Zakir Eminov

  • Ana Səhifə
  • Vikipediya
  • Zakir Eminov

Eminov Zakir Namin oğlu (1 fevral 1967, Yuxarı Qaramanlı, Neftçala rayonu) — Azərbaycan coğrafiyaçısı, demoqraf, AR Elm və Təhsil Nazirliyi akademik H. Ə. Əliyev adına Coğrafiya İnstitutunun baş direktoru, coğrafiya elmləri doktoru, dosent, professor.

Zakir Eminov
Eminov Zakir Namin oğlu
Doğum tarixi 1 fevral 1967 (59 yaş)
Doğum yeri Yuxarı Qaramanlı, Neftçala rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası iqtisadi coğrafiya
Təhsili Bakı Dövlət Universiteti
Fəaliyyəti AR Elm və Təhsil Nazirliyi akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu. İnsan coğrafiyası şöbəsinin müdiri
Elmi dərəcəsi
  • coğrafiya elmləri doktoru
Mükafatları Azərbaycan Respublikasının Dövlət mükafatı (26.05.2016)

Mündəricat

Həyatı

Zakir Eminov 1967-ci il fevralın 1-də Neftçala rayonunun Yuxarı Qaramanlı kəndində anadan olmuşdur. Ailəlidir, iki oğlu vardır.

Təhsili

1991-ci ildə BDU-nun Coğrafiya fakültəsini bitirib.

1991–1995-ci illərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Mərkəzinin aspiranturasında oxuyub.

Əmək fəaliyyəti

  • 1991-ci ildə Coğrafiya İnstitutunun "Azərbaycanın əhalisi və sosial inkişaf coğrafiyası" şöbəsində işləyib;
  • Baş laborant, sonra kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb.
  • 2001-ci ildən aparıcı elmi işçi,
  • 2015-ci ildən baş elmi işçi vəzifəsində çalışıb.
  • 2017-ci ildən İnstitutun "İnsan coğrafiyası" istiqamətinə rəhbər, yeni yaradılmış "Tibbi coğrafiya" şöbəsinə müdir təyin edilib.
  • 2021-ci ildə Z. N. Eminov AMEA Coğrafiya İnstitutunun Baş direktoru vəzifəsinə təyin olunmuşdur.

Elmi fəaliyyəti

  • "Azərbaycan Respublikasında əhalinin vahid məskunlaşması sisteminin (VMS) formalaşması və inkişafı" (Gəncə iqtisadi rayonunun timsalında) mövzusunda dissertasiya müdafiə edərək coğrafiya elmləri namizədi elmi dərəcəsi almışdır.
  • 2007-ci ildə ona dosent elmi adı verilib.
  • AMEA H. Əliyev adına Coğrafiya İnstitutunun Tibbi coğrafiya şöbəsinin müdiri. İqtisadi-sosial və siyasi coğrafiya ixtisası üzrə "Azərbaycanda əmək ehtiyatlarının formalaşmasının demoqrafik problemləri" mövzusunda müdafiə edərək coğrafiya elmlər doktoru elmi dərəcəsi almışdır.
  • Azərbaycanda əhalinin məskunlaşmasının iqtisadi və sosial-demoqrafik problemlərinə dair 90-a qədər elmi məqalə və tezisin, 10 monoqrafiyanın, 10-a qədər kitabın müəllifidir. Elmi əsərləri ABŞ, Böyük Britaniya Rusiya Federasiyası, Ukrayna, Özbəkistan, Qazaxıstan, Bolqarıstan, Rumıniya və s. ölkələrdə çap edilmişdir.

Pedaqoji fəaliyyəti

BDU-da "Azərbaycanın əhalisi", "Azərbaycanda əhalinin VMS-nin problemləri" və "Azərbaycan və qonşu ölkələrin əhali coğrafiyası" kursları üzrə mühazirə və seminar məşğələləri;

ADPU-da "İstehsalın texniki-iqtisadi əsasları" və "Əhali coğrafiyası" fənləri üzrə mühazirələr;

Onun rəhbərliyi ilə 4 fəlsəfə doktoru müdafiə edib;

Elmi tədqiqat sahələri

Əhalinin demoqrafik vəziyyətinin nizamlanması, regionların inkişafı, iqtisadi islahatlar aparılmasının nəticələri, Azərbaycanın siyasi-coğrafi cəhətdən öyrənilməsi, Azərbaycan Respublikasında və keçid dövründə olan digər ölkələrdə əhalinin sosial-demoqrafik vəziyyəti, əmək ehtiyatlarından istifadə edilməsi, yaşayış məntəqələrinin inkişafı, aparılan iqtisadi islahatlar, onların bu proseslərə təsiri məsələlərini öyrənir.

Elmi nəticələri

  • Əhali coğrafiyası, demoqrafik vəziyyətin nizamlanması, əhalinin məskunlaşması və təsərrüfat sahələrinin inkişaf etdirilməsi, şəhərlərin və regionların sosial-iqtisadi inkişafı sahəsində mütəxəssis. Əhalinin məskunlaşması, yaşayış məntəqələrinin sosial-demorqafik inkişafı və təsərrüfat strukturu arasında olan əlaqələri, iqtisadi islahatların aparılmasını, onların sənayedə, kənd təsərrüfatında olan xüsusiyyətlərini, iqtisadi və sosial-demoqrafik nəticələrini və meydana çıxan problemlərin aradan qaldırılması istiqamətlərini öyrənmişdir.
  • Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 70
  • Xaricdə çıxmış elmi əsərlərinin sayıː 16

Seçilmiş əsərləri

Monoqrafiyalar

Z. N. Eminovun 11 monoqrafiyası çap olunub.

  • 2005-ci ildə Azərbaycanın əhalisi.
  • 2010-cu ildə "Azərbaycan Respublikasının iqtisadi, sosial və siyasi coğrafiyası" (proseslər, problemlər, konstruktiv aspektlər) monoqrafiyası nəşr edilib. (N. Ə. Paşayev və N. H. Əyyubovla birlikdə).
  • Coğrafiya Ensiklopediyası (II cild, 2011).
  • Azərbaycan Respublikasının coğrafiyası
  • Azərbaycan Respublikasının coğrafiyası
  • Azərbaycan Respublikasının coğrafiyası
  • Şəki-Zaqatala iqtisadi-coğrafi rayonunda əhali məskunlaşması və demoqrafik inkişaf problemləri
  • Əhali coğrafiyasının reallıqları: inkişaf dinamikası, məskunlaşma, resurslar və perspektivlər
  • Azərbaycan Respublikasında yüngül sənayenin inkişafının iqtisadi-coğrafi problemləri
  • Naxçıvan MR coğrafiyası. İqtisadi və sosial coğrafiya. II cild.
  • Lənkəran-Astara iqtisadi rayonunda əhalinin ərazi təşkilinin iqtisad-coğrafi problemləri
  • Türk dünyası ölkələrinin coğrafiyası
  • Türk dünyası ölkələrinin coğrafiyası

Tədris-metodiki vəsaitlər

  • "Coğrafiya". Ümumi fiziki və iqtisadi coğrafiya
  • "Coğrafiya". Materiklər və ölkələr. Türk dünyası ölkələri
  • "Coğrafiya" Azərbaycanın fiziki və iqtisadi coğrafiyası
  • Azərbaycanın fiziki və iqtisadi coğrafiyası
  • "Coğrafiya" (təkrar nəşr).
  • Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramları (2004–2008-ci illər)
  • Coğrafiya ensiklopediyasıKitab
  • CoğrafiyaVəsaitDİM,
  • CoğrafiyaVəsaitDİM
  • Orta ümumtəhsil məktəbləri üçün Dərslik
  • Orta ümumtəhsil məktəbləri üçün Dərslik

Elmi məqalələr

1993

  • Azərbaycanda səhiyyə obyektlərinin ərazi təşkili və onların kadrlarla təmin edilməsi

1994

  • Məhsuldar qüvvələrin yerləşməsi və əhalinin məskunlaşması

1995

  • Demoqrafik amillərin yaşayış məntəqələrinin formalaşması və inkişafında rolu
  • Azərbaycanın şəhər tipli qəsəbələri və onların sosial-iqtisadi inkişafı
  • Daşkəsən rayonunun iqtisadi və sosial-demoqrafik problemləri.
  • Azərbaycanda məskunlaşmanın səmərələşdirilməsi problemləri
  • Torpaq islahatı lazımdır

1996

  • İerarxiya prinsipinə görə respublika şəhərlərinin təsnifatı

1998

  • Eminov Z. N. (N. H. Əyyubovla birlikdə). Azərbaycanda siyasi coğrafiyanın inkişafının əsas istiqamətləri

1999

  • Eminov Z. N. (E. Q. Mehrəliyev və N. H. Əyyubovla birlikdə) Azərbaycanın geodemoqrafik şəraiti

2002

  • Azərbaycanda torpaq islahatları və kənd məskunlaşmasının sosial-iqtisadi problemləri

2005

  • Azərbaycanın demoqrafik problemləri

2006

  • Eminov Z. N. (B. Ə. Budaqov və İ. E. Mərdanovla birlikdə). Azərbaycanda yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsi qanunauyğunluqları
  • Azərbaycanda əhalinin məşğulluq problemləri
  • Davamlı inkişaf konsepsiyası: Azərbaycanda həyata keçirilməsinin əsas istiqamətləri və problemləri

2007

  • Əhalinin həyat səviyyəsi və demoqrafik vəziyyəti

2008

  • Охрана окружающей среды – одно из направлений устойчивого развития
  • Экологические проблемы Азербайджана и основные направления их преодоления
  • Миграционные связи Азербайджана со странами СНГ
  • Совершенствование отраслевой структуры промышленности и занятости население в условиях экономических реформ
  • Eminov Z. N. (M. C. İsmayılov ilə birlikdə). Böyük Qafqaz təbii vilayətində əhalinin yüksəklik qurşaqları üzrə yerləşməsinin landşaft-ekoloji əsasları
  • Azərbaycanın kənd təsərrüfatında və torpaqlardan istifadənin strukturunda baş verən dəyişikliklər

2009

  • Проблемы устойчивого развития сельского хозяйства
  • Проблемы социально-экономического развития регионов Азербайджана и пути их решения
  • Azərbaycanda sənayenin strukturunun təkmilləşdirilməsi və əmək ehtiyatlarından istifadə problemləri

2010

  • Abşeron iqtisadi rayonunda təsərrüfatın və əhalinin təmərküzləşməsinin iqtisadi və sosial-demoqrafik problemləri
  • Azərbaycanın dünya təsərrüfatına inteqrasiyası prosesində təsərrüfat sistemində baş verən dəyişikliklər
  • Azərbaycanda urbanizasiya prosesləri və şəhərlərin inkişaf problemləri

2013

  • Kənd turizminin potensiali və İran İslam Respublikasinda onun inkişaf istiqamətləri.
  • Региональные особенности миграционных процессов в Азербайджане.
  • Problems of regulating distribution of population in Azerbaijan Respublikc.
  • Aran iqtisadi rayonunda şəhər məskunlaşmasının müasir vəziyyəti və inkişaf problemləri.
  • Müasir dövrdə Azərbaycanda kənd əhalisi və kənd yaşayış məntəqələrinin inkişaf xüsusiyyətləri.
  • Lənkəran-Astara iqtisadi rayonunda miqrasiyanın formalaşması və onun sosial-demoqrafik amilləri.
  • Samur-Yalama Milli Parkının sosial-iqtisadi şəraitinin qiymətləndirilməsi və informasiya bazasının yaradılması
  • Müstəqillik illərində Azərbaycanda iqtisadi və sosial coğrafiyanın inkişafı
  • Müstəqllik illərində Azərbaycanda əhali coğrafiyası elminin prioritet istiqamətləri
  • Azərbaycan Respublikasında demoqrafik inkişafın nizamlanma məsələləri

2015

  • Azərbaycanda kənd əhalisinin təbii artımının inkişaf meylləri və nizamlanması istiqamətləri.
  • Economic and geographic factors affecting the development of Greater Baku (Böyük Bakının inkişafina təsir göstərən iqtisadi-coğrafi amillər)
  • Müstəqillik illərində Azərbaycan Respublikasında miqrasiya prosesləri

2016

  • Структура занятости городского населения в Азербайджане
  • Развитие туристической индустрии в северо-западном регионе Азербайджанской Республики.
  • Azərbaycanın kənd təsərrüfatında baş verən struktur dəyişiklikləri

2017

  • The impakt of demoqraphic processes on the development of Greater Baku in the years of independancy (1991–2016).
  • Dağlıq Şirvan iqtisadi-coğrafi rayonunda ailə-nikah münasibətlərinin demoqrafik əsasları
  • Azərbaycanda məskunlaşma areallarının formalaşmasına su hövzələrinin təsiri
  • Azərbaycan Respublikasında miqrasiyanın əsas istiqamətləri və nizamlanası problemləri
  • Azərbaycanda demoqrafik proseslərin formalaşmasında qadın problemləri"
  • Проблемы совершенствования хозяйственной структуры городов и ее значение в демографическом развитии
  • Azərbaycan Respublikasında miqrasiyanın əsas istiqamətləri və nizamlanması problemləri
  • Lənkəran-Astara iqtisadi rayonunda müasir demoqrafik vəziyyətin iqtisadi-coğrafi problemləri.
2018
  • Quba-Xaçmaz iqtisadi rayonunda məskunlaşmanın GİS texnologiyası ilə öyrənilməsi
  • Azərbaycan Respublikası Xəzərsahili regionunun demoqrafik və sosial-iqtisadi inkişaf problemləri (ingilis dilində)

2021

  • Природоохранные меры в высокоурбанизированных районах
  • Изменение демографической ситуации в Азербайджане
  • Эминов З. Н. Проблемы регулирования расселения населения в Азербайджанской Республике
2019
  • Rusiya Federasiyası və türk dünyası ölkələrinin geosiyasi məkanı: coğrafi, sosial-iqtisadi və mədəni aspektləri
  • Azərbaycan Respublikasında kənd əhalisinin sayının dinamikası
  • Azərbaycanda ölüm göstəricilərinin demoqrafik inkişafa təsiri
  • Azərbaycan Respublikasında kurort-turizm təsərrüfatnın müasir problemləri və onların həlli istiqamətləri.
  • Ölkənin davamlı inkişafının regional-coğrafi problemləri
  • Влияние качества жизни населения на демографические показатели Азербайджанской Республики
  • Azərbaycanın inzibati rayon mərkəzləri və onların sosial-demoqrafik inkişaf xüsusiyyətləri
2021
  • Naxçıvan MR-də məskunlaşma və miqrasiya problemləri

2023

  1. Eminov Z. N., Hüseynova T. M. Böyük Qafqaz vilayəti əhalisinin yaşayış keyfiyyətinin yaxşılaşdırılmasında məşğulluq probleminin həlli.
  2. Kür-Araz ovalığında su ehtiyatlarından istifadə edilməsinin müasir problemləri.
  3. Eminov Z. N., Cəbrayılov E. A. Şahdağ Milli Parkinin bufer zonasında əhalinin yüksəklik qurşaqları üzrə paylanması xüsusiyyətləri.
  4. Eminov Z. N., Mahmudov R. N., Teymurov M. Ə. Müasir operativ-interaktiv metodlar su ehtiyatlarının qiymətləndirilməsi və onların idarə olunmasının qarantı rolunda.
  5. Единство тюркских государств – основа регионального развития.

Xəritələr

"Azərbaycan Respublikası Milli Atlasının" hazırlanmasında yaxından və İqtisadi, sosial və demoqrafik məzmunlu xəritələrin tərtib edilməsində iştirak edib,

17-yə qədər xəritənin müəllifidir.

  • Yüksəklik qurşaqları üzrə əhalinin sıxlığının dəyişməsi (1999-cu il siyahıyaalması materialları əsasında)
  • "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004–2008-ci illər) əsasında istifadəyə verilən təsərrüfat obyektləri
  • "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004–2008-ci illər) əsasında iqtisadi rayonlarda açılan yeni iş yerləri.

Tədris vəsaitləri

  • "Coğrafiya" məlumat kitabı.
  • Azərbaycanın fiziki və iqtisadi coğrafiyası.
  • Coğrafiya ensiklopediyası. 2 cilddə.
  • Orta ümumtəhsil məktəblərində tədris olunan kurikulum proqramı əsasında VIII siniflər üçün "Coğrafiya" dərsliyi (həmmüəlliflərindən biridir)
  • Müəllimlər üçün metodik vəsaiti (həmmüəlliflərindən biridir)

Təltif və mükafatları

2015-ci ildə AMEA Coğrafiya İnstitutunda "Azərbaycan Respublikasının coğrafiyası" adlı üçcildlik fundamental kitabın ikinci (İqtisadi, sosial və siyasi coğrafiya) və üçüncü (Regional coğrafiya) cildlərin əsas müəlliflərindən biridir. 2016-cı ildə həmin kitablara görə Z. N. Eminov elm sahəsində Azərbaycan Respublikasının Dövlət Mükafatı (26 may 2016-cı il) layiq görülüb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, zakir eminov sözünün mənası, zakir eminov haqqında məlumat. zakir eminov nədir? zakir eminov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kistlər

  • Mart 02, 2026

    Xəstə Qasım

  • Mart 01, 2026

    Turgenyevlər

  • Mart 07, 2026

    Brummbär

  • Mart 06, 2026

    Lee Felix

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Röya x İsmail Zade — Nankor (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst