Zahid Məhərrəm oğlu Oruc (Orucov) (1 fevral 1972, Əliismayıllı, Gədəbəy rayonu) — Azərbaycan siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2001-ci ildən) və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü., Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri (2019–2026).
| Zahid Oruc | |
|---|---|
| |
Vəzifədədir | |
| 7 yanvar 2001-ci ildən | |
| Seçki dairəsi | II çağırış — 56 saylı Bərdə şəhər III və IV çağırış — 93 saylı Bərdə şəhər V və VI çağırış — 94 saylı Bərdə kənd VII çağırış — 33 saylı Xətai birinci |
| 11 fevral 2019 – 20 fevral 2026 | |
| Əvvəlki | Vəzifə təsis edilib |
| Sonrakı | Vəzifə ləğv edilib |
Ana Vətən Partiyası sədrinin siyasi məsələlər üzrə müavini | |
| 1992 – 15 avqust 2013 | |
| Sədr | Fəzail Ağamalı |
| Sonrakı | Arzuman Abdulkərimov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1 fevral 1972 (54 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi, jurnalist |
| Uşağı | 2 |
| | |
| Təltifləri | |
Həyatı
Zahid Məhərrəm oğlu Oruc 1972-ci il fevralın 1-də Gədəbəy rayonunun Əliismayıllı kəndində anadan olub. Orta məktəbi yüksək qiymətlərlə bitirdikdən sonra 1989-cu ildə Azərbaycan Texniki Universitetinə qəbul olunub və 1994-cü ildə ali təhsilini əla qiymətlərlə başa vurub.
1999–2000-ci illərdə "Ana Vətən" qəzetinin baş redaktoru olub.
Ehtiyatda olan zabitdir. Rus, türk və ingilis dillərini bilir.
Ailəlidir, 2 övladı var.
Elmi fəaliyyəti
1994-cü ildə Azərbaycan Texniki Universiteti əla qiymətlərlə başa vurduqdan sonra Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fotoelektronika İnstitutunun aspiranturasına daxil olub.
Həmçinin, Azərbaycan Texniki Universitetinin 10 nəfər əlaçı tələbə komitəsinin üzvlərindən biri və bu ali təhsil ocağının elmi şurasının 5 il üzvü olub.
Siyasi fəaliyyəti
Zahid Oruc 1990-cı ildən başlayaraq Azərbaycanda genişlənən xalq hərəkatı və milli azadlıq mübarizəsinə yaxından qoşularaq aktiv tələbə təşkilatlarının rəhbərlərindən biri kimi tanınıb.
1992-ci ildə fəal siyasi həyatını davam etdirərək Ana Vətən Partiyasının mətbuat xidmətinin rəhbəri, siyasi məsələlər üzrə müavini seçilib.
2001, 2005 və 2010-cu illərdə 93 saylı Bərdə şəhər seçki dairəsindən II, III və IV çağırış Azərbaycan Respublikasının Milli Məclisinin deputatı seçilib. Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Almaniya Federativ Respublikası, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. 12 il davamlı olaraq "Parlament Jurnalistlər Birliyi"nin və Azərbaycan Respublikasının Milli Məclisinin ən aktiv 10 millət vəkilindən biri kimi bir çox media qurumlarının və ictimai təşkilatların mükafatlarına layiq görülüb.
10 il müddətində Azərbaycan Respublikasının Milli Məclisi-NATO Parlament Assambleyası üzrə əlaqələr qrupunun üzvü kimi müxtəlif beynəlxalq konfransların işində yaxından iştirak edib, çoxlu məruzələrin və təqdimatların müəllifi kimi tanınıb.
12 avqust 2013-cü ildə müstəqil qaydada öz təşəbbüsü ilə Azərbaycan Respublikası prezidentliyinə namizədliyini irəli sürüb. Bu səbəbdən Ana Vətən Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyası həmin ilin avqustun 15-də Zahid Orucu partiya sıralarından xaric edib.
11 fevral 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri təyin edilmişdir.
Dövri mətbuatda geopolitikaya, regional və beynəlxalq siyasətə dair, o cümlədən, Azərbaycanın dövlət və ictimai həyatı ilə bağlı ardıcıl məqalələrlə çıxış edir.
2024-cü il oktyabrın 8-də Azərbaycan — Monqolustan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Mükafatları
Beynəlxalq Marşall mərkəzində onlarla qeyri-hökumət təşkilatlarının, NATO-nun "Sülh Naminə Tərəfdaşlıq Proqramı"nın çərçivəsində həyata keçirilən layihələrin fəal tərəfdaşı kimi müxtəlif sertifikatları və digər nominasiyaları almışdır.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zahid Oruc haqqında məlumat. Zahid Oruc nədir? Zahid Oruc nə deməkdir?
