Zığ gölü — Abşeron yarımadasında göl.
| Zığ gölü | |
|---|---|
| Yerləşməsi | |
| 40°21′23″ şm. e. 49°59′36″ ş. u.HGYO | |
| Ölkə | |
![]() Zığ gölü | |
Ümumi məlumat
Suyunun tərkibi
Götürülmüş su nümunələrinin analizlərinin nəticələri göstərir ki, gölün suyu şor olmaqla minerallaşma dərəcəsi 166 q/l-ə çatır. İon tərkibində xloridlər 96, maqnezium 42,6 və sulfatlar 5,4 q/l olmaqla sanitar normaları müvafiq olaraq 274,21 və 11 dəfə aşır. Gölün suyunun oksigen rejimin pozulmuşdur. Oksigenin konsentrasiyası sanitar normadan 1,6 dəfə aşağıdır.
Ekoloji vəziyyət
Çirkləndirici maddələrdən yüksək miqdarda kadmium 8,4, mis 6, detergenlər 0,45 mq/l olmaqla müşahidə olunur ki, bu da sanitar normadan uyğun olaraq 8,4 ; 6 ; 4,5 dəfə yüksəkdir. Zığ gölünün dib çöküntülərində manqan (222 mq/kq), neft məhsulları (63 mq/kq), mis (66 mq/kq), nikel (40 mq/kq), kadmium (21 mq/kq), sink (18 mq/kq), xrom (12 mq/kq) və kobalt (8,6 mq/kq) toplanmışdır. Göldə ekoloji vəziyyəti orta qiymətləndirmək olar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zığ gölü haqqında məlumat. Zığ gölü nədir? Zığ gölü nə deməkdir?
