Sadıqova Zülfiyyə Şükür qızı - Xəzər Universitetinin Musiqi və incəsənət kafedrasının müdiri, Xəzər Universitetinin kamera orkestrının bədii rəhbəri professor, dosent. Əməkdar müəllim.
| Zülfiyyə Sadıqova | |
|---|---|
| Zülfiyyə Şükür qızı Əkbərova | |
| Ümumi məlumatlar | |
| Doğum yeri | Bakı, Azərbaycan |
| Vətəndaşlığı | |
| Milliyyəti | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | Pianoçu |
| Fəaliyyət illəri | 1990- |
| Janr | Klassik musiqi |
| Musiqi aləti | Piano |
| Mükafatları | Əməkdar müəllim |
1990-cı ildə Bülbül adına orta ixtisa musiqi məktəbini gümüş medalla, 1995-ci ildə Ü. Hacıbəyov adına Bakı Musiqi Akademiyasını fərqlənmə diplomu ilə bitirib. 1990-cı ildə “Gənc musiqiçilər” müsabiqəsinin birinci dərəcəli fəxri diplomunu almış, həmin ildə şəhər və respublika baxışlarının qalibi olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət və İncəsənət Muzeyində solo konserti keçirilmişdir. 1994-cü ildə “Tələbə və aspirantların IV elmi ifaçılıq konfransı”nın diplomu ilə təltif olunub. 1997-ci ildə görkəmli tarzən Mirzə Sadıq Əsədoğlu (Sadıqcan) adına Xalq Çalğı Alətləri üzrə musiqi ifaçılarının Respublika müsabiqəsində yaradıcılıq fəaliyyətinə görə Fəxri Fərmanla təltif edilib. 1998-ci ildə Bakı Musiqi Akademiyasının nəzdində aspiranturanı bitirib. 2011-ci ilin may ayında İtaliyanın Roma şəhərində Akademia Nazionale di Sonto Ceciliya konsert salonunda solo proqramla çıxış edib. 2014-cü ilin mart ayının 7-də Böyük Britaniyanın London şəhərində solo konsertlə çıxış etmişdir.
Solo konsertləri
| Tarix | Ölkə, Şəhər | Yer | Konsertin adı | Dirijor | Müşayiətçi |
|---|---|---|---|---|---|
| 1991.--.-- | Qazaxıstan Dövlət Konservatoriyasının Kamera Zalı | - | - | - | |
| 1993.--.-- | Azərbaycan Dövlət və İncəsənət Muzeyi | - | - | - | |
| 2004.--.-- | Alman Mədəniyyət Mərkəzi | - | - | - | |
| 2007.--.-- | - | - | - | - | |
| 2009.--.-- | - | Murad Kojlayev adına musiqi məktəbinin açılışına həsr olunmuş Beynəlxalq festival | - | - | |
| 2011.05.-- | Akademia Nazionale di Sonto Ceciliya konsert salonu | - | - | - | |
| 2013.05.09 | - | - | - | ||
| 2014.03.07 | - | - | - | - | |
| 2014.11.17-21 | Haccetepe Universitetinin konservatoriyası | - | - | - | |
| 2015.03.12-17 | - | - | - | - | |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Zülfiyyə Sadıqova haqqında məlumat. Zülfiyyə Sadıqova nədir? Zülfiyyə Sadıqova nə deməkdir?