Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[…], Adana, Türkiyə – 9 sentyabr 1984[…], Paris, Fransa) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıç

Yılmaz Güney

  • Ana Səhifə
  • Vikipediya
  • Yılmaz Güney

Yılmaz Güney (Yılmaz Pütün; 1 aprel 1937[…], Adana, Türkiyə – 9 sentyabr 1984[…], Paris, Fransa) — Zaza və kürd əsilli türk aktyor, rejissor, ssenarist və yazıçı. Xüsusən də Kann mükafatı qazanmış "Yol", "Sürü", "Ümidsizlər" filmlərilə məşhurdur.

Yılmaz Güney
türk. Yılmaz Güney
Doğum tarixi 1 aprel 1937(1937-04-01)[…]
Doğum yeri
  • Adana, Türkiyə
Vəfat tarixi 9 sentyabr 1984(1984-09-09)[…] (47 yaşında)
Vəfat yeri
  • Paris, Fransa
Vəfat səbəbi mədə xərçəngi
Dəfn yeri
  • Per-Laşez qəbiristanlığı
Vətəndaşlığı Türkiyə (1983-cü ildə o vaxtkı prezident Kənan Evren tərəfindən Türkiyə vətəndaşlığından məhrum edilib)
Həyat yoldaşı
  • Nəbahat Çehrə (1967–1968)
Fəaliyyəti kinorejissor, aktyor, ssenarist, montajçı[d], şair
Fəaliyyət illəri 1958–1983
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Filmdən əvvəl

Yılmaz Güneyin əsl adı Yılmaz Pütündür. Özünün dediyinə görə, Pütün qırılması çətin, sərt meyvə toxumu deməkdir. 1937-ci ildə torpağı olmayan bir kəndli ailəsinin iki övladından biri kimi dünyaya gəlib. Əslən sivereklidir. Adanada böyümüş və gələcək həyatında da Adananı unutmamışdır. Adana bəzi filmləri üçün mövzu olmuşdur. Bir müddət Kamal və And film şirkətlərinin Adanadakı bölgə təmsilçisi kimi işləmişdir. Universitet təhsili almaq üçün İstanbula getmiş və orada Atıf Yılmazla (rejissor) tanış olmuşdur. Bu dönəmdə həmçinin hekayələr yazırdı. Daha sonra Atıf Yılmazın dəstəyilə film sektorunda işləməyə başladı.

Filmə başlaması

Yılmaz Güney 1959-cu ildə Atıf Yılmazın rejissorluq etdiyi "Bu Vatanın Çocukları" və "Alageyik" filmlərinin həm ssenari müəllifi olmuş, həm də aktyor kimi rol oynamışdır. "Karacaoğlanın Karasevdası" filmində də rejissor assistenti olmuşdur. "Yeni Üfüqlər" və "On Üç" kimi jurnallara da hekayələr yazan Yılmaz Güney bir hekayəsində kommunizm propaqandası etdiyi səbəbilə 1961-ci ildə bir il yarım həbs cəzasına məhkum edilir. İki il sonra filmə qaldığı yerdən davam edən Yılmaz Güney o dövrlərdə daha çox macəra filmləri çəkir. Filmlərində əzilən, xor görülən bir "Anadolu övladının" başqaldırışı var. Bu dövrdə "Çirkin Kral" təxəllüsünü qazanır. Dövrün ən önəmli hadisəsi Lütfü Akadın rejissorluğu ilə çəkilən, ssenarisini özü yazdığı "Sərhədlərin qanunu" filminin çəkilməsi oldu.

Həbsxanaya düşməsi və qaçması

Yılmaz Güney 1972-ci ildə "inqilabçılara yardım etmək" səbəbilə 2 illik həbsə və sürgünə məhkum edildi. İçəridə yatdığı zaman ərzində kino və incəsənətlə bağlı fikirlərini, şeir və hekayələrini həmin vaxt çıxartdığı "Güney" jurnalında yayımlamışdır. 1974-cü ildə həbsxanadan çıxmışdır. Elə həmin il "Arkadaş" filmini çəkir. 1974-cü ildə "Endişe" filmini çəkərkən kazinoda hakim Səfa Mutlunu öldürdüyünə görə həbs edildi və 13 iyul 1976-cı ildə 19 il həbs cəzası verildi. Beş il həbsxanada qaldıqdan sonra 9 oktyabr 1981-ci ildə yatdığı İsparta yarıaçıq həbsxanasından icazəli şəkildə çıxmış və ölkəni tərk etmişdir. Yılmaz Güneyin həbsdən qaçması macərası qəribədir; həbsə düşməzdən əvvəl çəkdiyi "Şeytanın oğlu" filmində bayram üçün bir günlük icazəsilə çıxan və itib-batan adamın həyat hekayəsini anladan rejissor, bu dəfə filmi özü oynamalı olmuşdu. Bir günlük icazəilə çıxaraq Fransaya qaçmış və həyatının qalan hissəsini orada yaşamışdı. Həbsxanada kino ilə əlaqəsini davam etdirirdi. Həbsdə olarkən ssenari müəllifi olduğu "Sürü" (rej. Zeki Ökten), eləcə də Türkiyədə və bir çox ölkələrdə böyük marağa səbəb olan "Yol" (rej. Şərif Gören) filmləri çəkilmişdir. Həbsxanadaykən "Güney" adlı mədəni jurnalını çıxartdı. "Yol" filmini yenidən montaj etdi və Kann kinofestivalında mükafat aldı. Xaricə qaçdıqdan sonra Fransada "Divar" filmini çəkdi. Bu, onun çəkdiyi son film oldu. 1984-cü ildə mədə xərçəngindən vəfat edən Yılmaz Güney son illərini Parisdə yaşamış və ölümündən sonra Parisdəki "Père Lachaise" qəbiristanlığında dəfn edilmişdir.

Filmoqrafiyası

Yılmaz Güney 114 filmdə aktyorluq etmiş, 26 filmin rejissoru, 15 filmin prodüseri, 64 filmin isə ssenari müəllifi olmuşdur.

Yılmaz Güneyin rolu olan əsas filmlər

İlFilmRolu
1966Sərhədlərin qanunussenarist, rejissor, aktyor, prodüser
1967Çirkin Kral bağışlamazssenarist, rejissor
1968Seyyid Xan (Torpağın gəlini)aktyor
1969Bir Çirkin adamssenarist, aktyor
1970Ümidssenarist, rejissor, aktyor, prodüser

Kitabları

  • Boynu Bükük Öldüler (1971)
  • Ağıt
  • Arkadaş
  • Sürü
  • Salpa (1975)
  • Ölüm Beni Çağırıyor Gençlik Öyküleri
  • Acı
  • Sonsuz Bekleyiş Otuz Yılın Şiirleri
  • Yol
  • Sanık
  • Hücrem
  • Soba, Pencere Camı ve İki Ekmek İstiyoruz
  • Oğluma masallar
  • Zavallılar
  • Sen ve ötekiler

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yılmaz Güney haqqında məlumat. Yılmaz Güney nədir? Yılmaz Güney nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Domen (tarix)

  • Fevral 27, 2026

    Oskar

  • Fevral 27, 2026

    S:Təkvir surəsi

  • Fevral 27, 2026

    Qanadlı həşəratlar

  • Fevral 27, 2026

    Varikoz genəlmə

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst