Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuxarı Zağalı (indiki adı: Axpradzor) — İrəvan quberniyasının Göyçə mahalında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.

Yuxarı Zağalı

  • Ana Səhifə
  • Vikipediya
  • Yuxarı Zağalı

Yuxarı Zağalı (indiki adı: Axpradzor) — İrəvan quberniyasının Göyçə mahalında, indi Basarkeçər (Vardenis) rayonunda kənd.

Yuxarı Zağalı
40°06′ şm. e. 45°39′ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Region Geğarkunik mərzi
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.293 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 355 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Xəritəni göstər/gizlə
Yuxarı Zağalı xəritədə
Yuxarı Zağalı
Yuxarı Zağalı
Yuxarı Zağalı xəritədə
Yuxarı Zağalı
Yuxarı Zağalı

Mündəricat

Tarixi

Rayon mərkəzindən 15 km cənub-qərbdə, Göyçə gölünün yaxınlğında Dik Pilləkən dağının ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd həm də Tatar (Azərbaycanlı) Zağalısı adlandırılmışdır. Kənddən 1 km şərqdə qədim bir kəndin xarabalıqları indi də durur. Eyni zamanda Oğuz qəbiristanlığının qalıqları, albanlara məxsus xaç heykəlləri vardır.

Erm. SSR AS RH-nin 25 yanvar 1978-ci il fərmanı ilə kənd ermənicə Axpradzor adlandırılmışdır.

Toponimikası

Toponim Azərbaycan dilində "mağara" mənasında işlənən zağa sözünə -lı şəkilçisinin əlavəsi ilə düzəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Toponimin əvvəllindəki işlənən "Yuxarı" sözü fərqləndirici əlamət bildirir.

Yuxarı Zağalı kəndi Taşir Zağalısı və Qızılxaraba da adlanmışdır. Zağalı kəndindən Aşağı Zağalı məntəqəsi yarandıqdan sonra Yuxarı Zağalı adlanmışdır. Kəndin adı zağa, mağara, kaha, sığınacaq adını əks etdirir.

Əhalisi

Kənddə 1831-ci ildə 98 nəfər, 1873-cü ildə 515 nəfər, 1886-cı ildə 717 nəfər, 1897-ci ildə 774 nəfər, 1908-ci ildə 917 nəfər, 1914-cü ildə 1018 nəfər, 1916-cı ildə 922 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ilin sonu, 1919-cu ilin əvvəllərində azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda (Qərbi Azərbaycanda) 1920-ci ildə Sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə dönə bilmişlər. 1922-ci ildən sonra Türkiyənin Muş bölgəsindən köçürülən ermənilər Yuxarı Zağalı kəndində yerləşdirilmişdir. Ermənilərlə yanaşı 1926-cı ildə burada 185 nəfər, 1931-ci ildə 206 nəfər azərbaycanlı yaşamışdır.

Onu da qeyd edək ki, "Ermənistan və ətraf vilayətlərin toponimlər lüğəti" kitabında göstərilir ki, 1831–1908-ci illərdə Yuxarı Zağalı kəndində yalnız ermənilər yaşamışdır. Halbuki 1831, 1873, 1886, 1897, 1914, 1916, 1922-ci illərdə (əhalinin siyahıya alınmasına görə) burada yalnız azərbaycanlılar yaşamışdır. Ermənilər buraya, yuxarıda dəyildiyi kimi, 1922-ci ildən sonra köçürülmüşdür.

Yuxarı Zağalı kəndində qarışıq (azərbaycanlılar və ermənilər) şəkildə 1970-ci ildə 629, 1979-cu ildə 534 nəfər əhali olmuşdur. Bu əhalinin 30 faizdən çoxunu azərbaycanlılar təşkil etmişdir. 1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən qırğınlarla doğma kəndlərindən qovulmuşlar. İndi burada yalnız ermənilər yaşayır.

İlSayı
1831 98
1873 515
1886 717
1897 774
İlSayı
1908 917
1914 1.018
1916 922
1926 319
İlSayı
1931 206
1970 629
1979 534
1989 549
İlSayı
2001 344
2011 355

Köçürülənlər

1949-cu il

  • Ellazov Cavad Səmənd oğlu — Füzuli Sabiroğlunun Babası (Sənəddə səhv yazılaraq Elyazov Cavad Xıdır oğlu yazılıb)
  • Ellazova Zərnişan — sənəddə səhv yazılaraq Ellazova Gülşən yazılıb.
  • Ellazova Səmayə Cavad qızı
  • Ellazov İsə Cavad oğlu
  • Ellazov Qərib Cavad oğlu
  • Ellazova Həvayət Cavad oğlu
  • Ellazov Sabir Cavad oğlu
  • Ellazov Sədir Cavad oğlu
  • Ellazov Valeh Cavad oğlu

1988-ci il

  • Cabbarov Mikayıl İsa oğlu
  • Cabbarov Müşfiq Mikayıl oğlu
  • Cabbarov Mürsəl Mikayıl oğlu
  • Cabbarov Vüqar Mikayıl oğlu

Tanınmışları

  • Yunus Məmmədli (d.20.01.1940. Göyçə) – türkoloq alim, professor.
  • Vəliyev Sabir Yadigar oğlu — Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri, "Əməkdar Kənd Təsərrüfatı işçisi" (2008)
  • Qafarov İsa Cabbar oğlu — Böyük Vətən müharibəsi iştirakçısı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yuxarı zağalı sözünün mənası, yuxarı zağalı haqqında məlumat. yuxarı zağalı nədir? yuxarı zağalı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Moris Drüon

  • Mart 06, 2026

    Birka

  • Fevral 27, 2026

    Zoğal

  • Mart 06, 2026

    Floran Maluda

  • Fevral 24, 2026

    Cənub-Şərqi Asiya

Trend Mahnılar
  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst