Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], XIII arondisman – 14 aprel 2009[…], VII arondisman) — Fransız yazıçı, Fransa Müqavimət H

Moris Drüon

  • Ana Səhifə
  • Vikipediya
  • Moris Drüon

Moris Drüon de Reynyak (fr. Maurice Druon de Reyniac; 23 aprel 1918[…], XIII arondisman – 14 aprel 2009[…], VII arondisman) — Fransız yazıçı, Fransa Müqavimət Hərəkatının iştirakçısı, Fransanın mədəniyyət naziri (1973-1974).

MORIS DRÜON
fr. Maurice Druon
Doğum adı Samuel Roger Charles Wild, puis Druon
Doğum tarixi 23 aprel 1918(1918-04-23)[…]
Doğum yeri
  • XIII arondisman, Paris
Vəfat tarixi 14 aprel 2009(2009-04-14)[…] (90 yaşında)
Vəfat yeri
  • VII arondisman, Paris
Təhsili
  • Böyük Lüdovik Liseyi[d]
Fəaliyyəti siyasətçi, yazıçı, ssenarist, uşaq ədəbiyyatı yazıçısı
Fəaliyyət illəri 1942-ci ildən
Əsərlərinin dili fransız dili
Üzvlüyü
  • Fransa Akademiyası (1966),
  • Avropa Şurası Parlament Assambleyası
Mükafatları "Britaniya imperiyası" ordeninin cəngavər-komandoru "Dostluq" ordeni — 1993 "Xalqlar dostluğu" ordeni "Fəxri legion" ordeninin böyük xaçı "İncəsənət və ədəbiyyat" ordeninin komandor dərəcəsi Grand Cross of the Military Order of Christ
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Moris Drüonun atası, mənşəcə litvalı yəhudi olan Lazar Kessel 1899-cu ildə Rusiyanın Orenburq şəhərində doğulmuş və 1908-ci ildə ailəsi ilə birlikdə Fransaya mühacirət etmişdir. Lazar Kessel 21 yaşında intihar edəndən sonra, Morisin anası notarius Rene Drüona ərə getmişdir. Drüonun uşaqlığı Normandiyada keçmişdir.

1937-1939-cu illərdə Parisdə ədəbiyyat fakültəsində və Siyasi Elmlər Məktəbində təhsil almışdır.

İkinci dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatında iştirak etmiş, hərbi müxbir işləmişdir.

1973-1974-cü illərdə Fransanın mədəniyyət naziri vəzifəsində çalışmışdır.

1966-cı ildə Fransa Akademiyasının üzvü (yazıçı Jorj Duamelin olümündən sonra boşalmış yerə) seçilmişdir.

1985–1999-cu illərdə Fransa Akademiyasının daimi katibi vəzifəsini icra etmişdir.

Ədəbi fəaliyyəti

1943-cü ildə Drüon, əmisi Jozef Kessel ilə birlikdə, Fransa Müqavimət Hərəkatının qeyri-rəsmi himni olan "Partizanların nəğməsini" yazmışdır.

Əsərləri

  • "Odlu bulud", 1938 (novellalar)
  • "Meqarey", 1942 (milli-qəhrəmanlıq dramı)
  • "12 noyabr qatarı...", 1943 (salnamə şəhadətnaməsi)
  • "Partizanların nəğməsi", 30 may 1943, J. Kessellə birgə
  • "Avropalının məktubu", 1944 (publisistika)
  • "Sonuncu briqada", 1946 (müharibə haqqında povest)
  • "Düzənlik hökmdarları", 1962 ("cəngavərlik" hekayələri silsiləsi)
  • "Bu dünyanın güclüləri", 1948 — 1951 (trilogiya).
  • "Qeydlər", 1952
  • "Həyatın şəhvəti", 1954 (naturalist roman)
  • "Lənətə gəlmiş krallar" T.1—6, 1955—1960, T.7, 1977, (tarixi romanlar seriyası)
    • "Dəmir kral"
    • "Şato-Qayar dustağı"
    • "Zəhər və tac"
    • "Şərin qanunu" ("Zanbaqlara əyirmək yaramaz")
    • "Fransız dişi canavarı"
    • "Zanbaq və şir"
    • "Kral Fransanı məhvə sürükləyəndə"
  • "Qüdrətli İsgəndər və ya Tanrı haqqında kitab", 1958
  • "Zevsin memuarları", T. 1 1963 və T. 2 1967 (mifoloji dilogiya)
  • "Hakimiyyət", 1965
  • "Birilərinin xoşbəxtliyi...", 1967 (hekayələr silsiləsi)
  • "Gələcək çaşğınlıq içindədir" (fransızca "L'Avenir en désarroi"), 1968 (1968-ci ildə Fransada baş vermiş ümumxalq tətil haqqında pamflet

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Moris Drüon haqqında məlumat. Moris Drüon nədir? Moris Drüon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Padşah

  • Fevral 27, 2026

    Solanum

  • Fevral 25, 2026

    Əfifə Kərəm

  • Fevral 27, 2026

    Kirenaika

  • Fevral 26, 2026

    Çaldıran döyüşü

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst