Yuxarı Yağlıvənd və ya Yağlıvənd — Azərbaycan Respublikasının Füzuli rayonunun Yuxarı Yağlıvənd kənd inzibati ərazi dairəsində kənd. Füzuli şəhərinin yeddi kilometrliyində, Kiçik Qafqaz dağlarının ətəyində yerləşir. Kəndin sağ tərəfindən mənbəyini qalın meşəli dağlardan götürən Köndələnçay və Ağoğlançay axıb Yağlıvənd gölünə tökülür.
| Yağlıvənd | |
|---|---|
| 39°38′31″ şm. e. 47°07′12″ ş. u.HGYO | |
| Ölkə | |
| Region | Füzuli rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
![]() Yağlıvənd ![]() Yağlıvənd | |
Tarixi
Yağlıvənd kəndi Yağlıvənd obasının əyləşməsi nəticəsində yaranıb. Yağlıvənd oymağı Cavanşir elinin qoludur. XVIII yüzildə 5 oymaqdan ibarət idi. İkisi (Gecəgözlü və Seyidəhmədli sonradan ayrılıb başqa oymaqlarla bərabər Hacılı camaatını təşkil etdilər. 1735-ci ildə Nadir şah Qırxlı-Avşar Yağlıvənd oymağını Cavanşir elinin digər oymaqları ilə bərabər Xorasana, Sərəxs ətrafına sürgün etdi. Nadir şahın qətlindən sonra Yağlıvənd oymağı sürgündən döndü. Öncə Pənahəli xan Sarıcalı-Cavanşirə tərəf çıxsalar da, sonradan onun tərəfini tutdular. Xan onları qədim yurdlarında, Arazbar qəzasında yerləşdirdi. Arazbar qəzası yenidən formalaşıb Cavanşir-Dizaq mahalı adlandı.
Yağləvənd oymağı bir neçə oba şəklində Cavanşir-Dizaq mahalının ərazisində məskunlaşmışdı. Bu obalardan biri Yağlıvənd, biri isə Araz Yağlıvənd adlandı. Yağlıvənd obaları 1930-cu ildə əyləşib kənd biçiminə düşdü. 1955-ci ildə Suqovuşan və Təpə bulağından 5–6 yüz metr aşağıda çayların qarşısını kəsib, bənd atdılar və yuxarıda haqqında söhbət açılan Köndələn səddini tikdilər. Rəsmi sənədlərdə 1 N-li Köndələnçay Su anbarı adlandırılan bu gölün su tutumu 20 milyon kubmetr təşkil edir. Tikintisi 1962-ci ildə başa çatdırıldıqdan sonra göldə suyun səviyyəsi qalxır. Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra bu əraziləri Qaryagin (indiki Füzuli) rayonundan alıb yenicə təşkil olunmuş, ciddi-cəhdlə ərazilərinin genişləndirilməsinə və xüsusən əhalisinin hər vəchlə erməniləşdirilməsinə çalışan Hadrut rayonuna bağışlayıblar. 1993-cü ilin avqust ayının 15-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Kənd 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir..
Toponimikası
Qarabağ silsiləsinin ətəyindədir. Keçmişdə Cəbrayıl qəzasında maldarlıqla məşğul olan Yağlıvənd adlı elatın oturaq həyata keçməsi ilə bağlı dağətəyi ərazidə salınmış yaşayış məntəqəsi Yağlıvənd, Araz çayının sahilində salınmış yaşayış məntəqəsi isə Araz Yağlıvənd adlanmışdı.
Tarixi şəxsiyyətləri
Yağlıvənd oymağı, eləcə də obası bir çox tarixi şəxsiyyət yetirib. Bunlardan:
- Məhəmməd ağa Yağləvəndli-Cavanşir.
- Zeynalxan ağa Yağləvəndli-Cavanşir.
- Şərif ağa Yağləvəndli-Cavanşir.
- Ocaqqulu ağa Yağləvəndli-Cavanşir.
- Şəmşi bəy Yağləvəndli-Cavanşir.
- Əliverdi ağa Yağləvəndli-Cavanşir.
- Məşədi Bayramqulu ağa Yağləvəndli-Cavanşir.
- Məşədi Hətəmxan ağa Yağləvəndli-Cavanşir.
- Xələf bəy Yağləvəndli-Cavanşir.
- Məşədi Əmir Murad yüzbaşı Yağləvəndli-Cavanşir.
- Məşədi Əzimməmməd ağa Yağləvəndli-Cavanşir.
- Həsənəli bəy Əsgərxanov.
- Şamil bəy Əsgərxanov.
- Seyran Səxavət.
- Bahar Muradova.
- Allahverdi Orucov.
- Mübariz Əliyev (cərrah).
- Piralı Əliyev.
- Kərim Kərimli.
- Sənan Zeynalov.
- Tağı Türk.
- Elşad Ərşadoğlu.
Şəhidləri
Şəhidləri
- Quliyev Nazim Qabil oğlu (1967–1992) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi.
- Quliyev Yaqub Qulu oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Quliyev Asim Yunsur oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Xudiyev Sərhəd İbə oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Mais Əsədov Əsəd oğlu (1970–1993) — Birinci Qarabağ müharibəsi şəhidi.
- Əsgərxanov Seymur Şahsuvar oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Heydərova Gülbar Heydər qızı — Birinci Qarabağ müharibəsi şəhidi.
- Şıxaliyev Nadim Gəncalı oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Hüseynov Əli Heydər oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Soltanov Azər Həmid oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Əliyev Gülalı Behbudalı oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Aslanov Səyyab Şükür oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Alıyev Qürbət Nuralı oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Xuduyev Asəf Qulam oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Qasımov Elşən Binnət oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Fərhadov Dostalı Mürvət oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Abışov Əli Mirzalı oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Kazımov Rahib Kazım oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Kazımov Mirağa Əhəd oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Xanışzadə Rövşən Hüseyn oğlu — Birinci Qarabağ müharibəsi şəhidi.
- Əliyev Xəyal Saleh oğlu — İkinci Qarabağ müharibəsi şəhidi.
Mülki Şəhidlər
- Əliyeva Teliş Hacı qızı.
- Aliyeva Raifə Kamal qızı.
- Quliyev Vasif Mehman oğlu.
- Quliyev Zamiq Mehman oğlu.
- Dadaşova Nuranə Əlövsət qızı.
- Muradov Məhər Əvəz oğlu.
- Muradova Ramilə Fəxrəddin qızı.
- Zeynalova Meyram Bayram qızı.
- Aslanova Əlqəmə Qaçay oğlu.
- Əsgərxanov Ramazan Murtuza oğlu.
- Quliyeva Səltənəd Oruc qızı.
- Musayev Səlim Heydər oğlu.
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
- Yağlıvənd gölü
- Əsgərxan bulağı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yuxarı Yağlıvənd haqqında məlumat. Yuxarı Yağlıvənd nədir? Yuxarı Yağlıvənd nə deməkdir?

