Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956, Prato, Toskana – 9 dekabr 2020, Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliy

Paolo Rossi

  • Ana Səhifə
  • Vikipediya
  • Paolo Rossi

Paolo Rossi (it. Paolo Rossi; 23 sentyabr 1956, Prato, Toskana – 9 dekabr 2020, Siena, Toskana) — İtaliyalı keçmiş peşəkar futbolçu, 1978–1986-cı illərdə İtaliya millisinin hücumçusu olub.

Paolo Rossi
it. Paolo Rossi
Ümumi məlumatlar
Doğum tarixi 23 sentyabr 1956(1956-09-23)
Doğum yeri
  • Prato, Prato əyaləti[d], Toskana, İtaliya
Vəfat tarixi 9 dekabr 2020(2020-12-09) (64 yaşında)
Vəfat yeri
  • Siena, Siena əyaləti[d], Toskana, İtaliya
Dəfn yeri
  • Viçensa
Vətəndaşlığı
  •  İtaliya
Boyu 174 sm
Çəkisi 67 kq
Mövqeyi hücumçu
Karyerası
Klub karyerası
1973–1975 Yuventus 0 (0)
1975–1976 → Komo 6 (0)
1976–1980 Viçentsa 94 (60)
1979–1980 → Peruca 28 (13)
1981–1985 Yuventus 83 (24)
1985–1986 AC Milan 20 (2)
1986–1987 Hellas Verona 20 (4)
Milli yığma
1976–1978 İtaliya U-21 10 (5)
1977–1986 İtaliya 48 (20)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Bioqrafiya

Paolo Rossi 23 sentyabr 1956-cı ildə Toskanın Prato şəhərində anadan olub.

1979-cu ildə, "Peruca"da oynayarkən, Paolo Rossi, mərc oyunları ilə əlaqəli fırıldaqlarda iştirak etdiyi üçün iki il diskvalifikasiya edilir. Buna görə bir neçə aylıq azadlıqdan mərhum edilir.

Karyera

Karyerasına "Yuventus" klubunda başlayıb. Ancaq orda möhkəmlənə bilmədiyinə görə əvvəlcə "Komo" klubuna icarəyə verilir, daha sonra isə "Peruca" klubuna transfer olunur.

1981-ci ildə təkrar "Yuventus" klubuna keçərək, Mişel Platini və Zbignev Bonek ilə birlikdə Turin komandasının hücum üçlüyünü qurur.

1982 Dünya Kubokunun bombardiri (6 qol) olur. Turnirin başlamasından cəmi bir ay əvvəl həbsdən çıxması və diskvalifikasiyasının yenicə bitməsinə baxmayaraq turnirin həm bombardiri həm də ki ən yaxşı oyunçusu seçilir. Eyni ildə həm də Fransanın həftəlik France Football jurnalı tərəfindən Avropanın ən yaxşı futbolçusu seçilərək "Qızıl Topa" sahib olur.

Ardından Rossi "Milan", "Komo", "Viçentsa", "Peruca" və "Hellas Verona" komandalarında oynayır. 1987-ci ildə "Komo" klubunda karyerasını bitirir. Futbolçu heç vaxt xarici klublarda oynamayıb.

Meksikadakı 86 Dünya Kubokuna aparılsada orada heç bir oyunda meydana çıxmır.

FIFA 100 siyahısına və World Soccer jurnalına görə 20-ci əsrin ən böyük futbolçularının siyahısına daxildir.

İdmandan ayrıldıqdan sonra və həyatının son gününə qədər Rossi RAİ kanalında futbol mütəxəssisi olaraq çalışır .

9 dekabr 2020-ci ildə 64 yaşında ağciyər xərçəngindən dünyasını dəyişir. Futbolçu Vicenza şəhərində dəfn edilmişdir .

Karyera Statistikası

Mövsum Klub Oyun Qol
86/87 Hellas Verona 20 4
85/86 Milan 20 2
84/85 Yuventus 27 3
83/84 Yuventus 30 13
82/83 Yuventus 23 7
81/82 Yuventus 3 1
80/81 Viçentsa 0 0
79/80 Peruca 28 13
78/79 Viçentsa 28 15
77/78 Viçentsa 30 24
76/77 Viçentsa 36 21
75/76 Komo 6 0
75/76 Yuventus 0 0
251 103

Uğurları

Komanda

"Viçentsa"

  • İtaliya B Seriyasının çempionu: 1976/77

Yuventus

  • İtaliya çempionu A Seriyası (2): 1981/82, 1983/84
  • İtaliya Kubokunun qalibi: 1983
  • Kubok Kubokunun qalibi: 1984
  • Avropa Çempionlar kubokunun qalibi: 1985
  • UEFA Super Kubokunun qalibi: 1984

İtaliya Millisi

  • Dünya çempionu: 1982

Şəxsi

  • Qızl top: 1982
  • Dünyada İlin Futbolçusu: 1982
  • Avropada İlin Futbolçusu (Onze d'Or): 1982
  • Dünya Kubokunun Qızıl butsu Qalibi: 1982
  • A Seriyasının bombardiri 1977/78: 24 qol
  • B Seriyasının bombardiri 1976/77: 21 qol
  • Avropa Çempionlar kubokunun bombardiri: 1982/83
  • Dünya kubokunun qızıl top sahibi: 1982
  • Dünya kubokunun gümüş top sahibi: 1978
  • Dünya Kubokunun simvolik komandasına daxil edilmişdir (2): 1978, 1982
  • Qızıl ayaq: 2007 (Futbol Əfsanələri)
  • FIFA 100 siyahısına düşub.
  • "La Gazzetta dello Sport" nəşrinə görə ilin İdmançısı: 1978
  • Dünya çempionatlarında vurduğu qol sayına görə İtaliya yığmasının rekordçusu: 9 qol
  • World Soccer jurnalına görə 20-ci əsrin ən böyük futbolçularının siyahısına daxil edilmişdir

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Paolo Rossi haqqında məlumat. Paolo Rossi nədir? Paolo Rossi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kapoeyra

  • Fevral 27, 2026

    Qaqarkimilər

  • Fevral 27, 2026

    Teleserial

  • Fevral 27, 2026

    Ərəfsə (Culfa)

  • Fevral 24, 2026

    Artefakt

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst