Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yusif Yusibov (tam adı: Yusif Əmiralı oğlu Yusibov) — kimya elmləri doktoru, professor, Gəncə Dövlət Universitetinin rektoru (7 mart 2014-cü ildən).

Yusif Yusibov

  • Ana Səhifə
  • Vikipediya
  • Yusif Yusibov

Yusif Yusibov (tam adı: Yusif Əmiralı oğlu Yusibov) — kimya elmləri doktoru, professor, Gəncə Dövlət Universitetinin rektoru (7 mart 2014-cü ildən).

Yusif Yusibov
Doğum tarixi 20 aprel 1951 (74 yaş)
Doğum yeri Qırmızı Samux, Samux rayonu, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Atası Əmiralı Yusibov
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmləri doktoru
Elmi adları rektor
professor
İş yeri Gəncə Dövlət Universiteti
Təhsili Bakı Dövlət Universiteti
SSRİ EA Üzvi kimya İnstitutu
Mükafatları +

Mündəricat

Həyatı

20 aprel 1951-ci ildə Samux rayonunun Qırmızı Samux kəndində anadan olmuşdur.

1973-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1973-1976-cı illərdə SSRİ EA Üzvi Kimya İnstitutunda aspiranturada təhsil alıb. 1978-ci ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə edib. 1986-cı ildə dosent elmi adını, 1993-cü ildə isə AMEA-nın Kimya Problemləri İnstitutunda doktorluq dissertasiyasını müdafiə edərək elmlər doktoru dərəcəsini alıb. 1995-ci ildə professor elmi adı verilib.

2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 4 övladı var.

Fəaliyyəti

Elmi fəaliyyəti

200 elmi əsərin , o cümlədən 4 monoqrafiyanın, 10 dərslik və dərs vəsaitinin, 4 patentin müəllifıdir. 2 elmlər namizədi yetişdirmişdir.

Elmi fəaliyyəti mürəkkəb qeyri-üzvi sistemlərin fiziki-kimyəvi tədqiqi ilə bağlıdır. O, çoxkomponentli yarımkeçirici sistemlərin faza tarazlığını və termodinamik xassələrini əlaqələndirən sistemli tədqiqatlar aparıb. 20 ildən artıq bir müddət ərzində mis, gümüş və tallium əsasında müxtəlif üçlü və daha mürəkkəb xalkogenid və xalkohalogenid sistemlərini geniş şəkildə öyrənib. Bu araşdırmalar nəticəsində həmin sistemlərdə yarımkeçirici, termoelektrik və fotoelektrik kimi xüsusiyyətlərə malik yüzlərlə yeni birləşmə və dəyişən tərkibli faza müəyyən edilib. Eyni zamanda, onların əmələgəlmə xüsusiyyətləri, homogenlik sahələri, kristalloqrafik parametrləri, eləcə də standart parsial və inteqral termodinamik funksiyaları tədqiq olunub.

Tədqiqat sahəsi çoxfazalı və çoxkomponentli qeyri-üzvi sistemlərin kimyası, fiziki-kimyəvi analizi və termodinamikası, kimyəvi materialşünaslıq və qeyri-üzvi funksional materialların öyrənilməsini əhatə edir.

50-dən artıq beynəlxalq və respublika elmi konfranslarında müxtəlif mövzulu məruzələrlə çıxış etmişdir.

Əmək fəaliyyəti

Əmək fəaliyyətinə 1973-cü ildə N.D. Zelinski adına Üzvi Kimya İnstitutunda aspirant kimi başlayıb, daha sonra 1976-cı ildən eyni institutda kiçik elmi işçi kimi çalışıb. 1981-ci ildə AKTİ-yə keçərək assistent vəzifəsini icra edib, 1986-cı ildən isə dosent kimi fəaliyyətini davam etdirib. 1995-ci ildə AKTA-da professor təyin olunub, bir il sonra isə “Kimya” kafedrasına rəhbərlik edib. 1997-ci ildən 2011-ci ilədək Bakı Dövlət Universitetində professor kimi çalışıb. 2011-ci ildə Gəncə Dövlət Universitetində tədris işləri üzrə prorektor vəzifəsinə təyin olunub. 2014-cü ildən isə həmin universitetin rektoru kimi fəaliyyət göstərir.

“Ümumi kimya”, “Qeyri-üzvi kimya”, “Fıziki-kimyəvi analiz”, “Qeyri-üzvi materialşünaslıq”, “Faza tarazlıqlarının termodinamikası” və s. fənnlər üzrə mühazirə və laboratoriya dərsləri aparır.

Rektor

Azərbaycan Respublikası Prezidentinin 7 mart 2014-cü il tarixli Sərəncamı ilə Gəncə Dövlət Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir.

Həmçinin bax

  • Gəncə Dövlət Universiteti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yusif Yusibov haqqında məlumat. Yusif Yusibov nədir? Yusif Yusibov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Bakı xanlığı

  • Fevral 27, 2026

    Validə sultan

  • Fevral 27, 2026

    1823-cü il

  • Fevral 27, 2026

    Novruzəli Məmmədov

  • Fevral 27, 2026

    Starbucks

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst