Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yuri Konstantinoviç Kuznetsov (2 avqust 1931, Bakı – 4 mart 2016, Moskva) — sovet futbolçusu, futbol məşqçisi, SSRİ-nin əməkdar idman ustası (1962). Futbolçu ka

Yuri Kuznetsov

  • Ana Səhifə
  • Vikipediya
  • Yuri Kuznetsov

Yuri Konstantinoviç Kuznetsov (2 avqust 1931, Bakı – 4 mart 2016, Moskva) — sovet futbolçusu, futbol məşqçisi, SSRİ-nin əməkdar idman ustası (1962). Futbolçu karyerasında hücumçu mövqeyində çıxış etmişdir.

Yuri Kuznetsov
Ümumi məlumatlar
Tam adı Yuri Konstantinoviç Kuznetsov
Ləqəbi Ötürmə kralı
Doğum tarixi 2 avqust 1931(1931-08-02)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 4 mart 2016(2016-03-04) (84 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Vətəndaşlığı

SSRİ SSRİ

Rusiya Rusiya
Boyu 172 sm
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
SSRİ Dinamo (Kirovabad)
Klub karyerası
1952—1955 SSRİ Neftyannik 71 (25)
1955—1960 SSRİ Dinamo (Moskva) 22 (13)
1960—1964 SSRİ Neftyannik 126 (26)
Milli yığma
1955 SSRİ SSRİ 3 (3)
Məşqçisi olduğu klublar
1966—1969 SSRİ Dinamo (Moskva) məşqçi
1970—1971 Polşa Qvardiya
1977—1978 SSRİ Dinamo (Moskva) məşqçi
1988 SSRİ Neftçi

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Mündəricat

Bioqrafiya

2 avqust 1931-ci ildə məşhur bakılı futbolçu, 1930-40-cı illərdə "Temp" və "Dinamo" komandalarının məşqçisi olmuş Konstantin Petroviç Kuznetsovun ailəsində anadan olub. Futbol oynamağa Bakı çempionatında çıxış edən "Trudovıye Rezervı" klubunun gənclər komandasında oynamaq ilə başlayıb. Daha sonra Kirovabadda Bədən Tərbiyəsi Texnikumunda oxuyub və həmin zamanlarda yerli "Dinamo" klubunda oynayıb. 1952—1955-ci illərdə "Neftyannik" Bakının "B" komandasında çıxış edib. 1955-ci ildə SSRİ millisinin ikinci komandasında oynayıb. Yuri 1955-ci ilin əvvəlində "Torpedo" Moskva klubunda oynamaq üçün dəvət alıb, lakin imtina edib və Bakıya qayıdıb. Həmin ilin avqust ayında isə "Dinamo" Moskva klubuna transfer olub. Çoxsaylı zədələr səbəbindən 4-5 mövsüm ərzində yalnız 22 matç oynayıb və 13 qol vura bilib. Kuznetsov 1955, 1957 və 1959-cu illərdə SSRİ çempionu olub. 1959-cu ildə cəmi 6 oyun keçirib və 5 qol vurmasına baxmayaraq çempionatın ən yaxşı mərkəz hücumçusu seçilib. 1960-cı ildə Bakıya qayıdıb və karyerasının sonuna qədər — 6 mövsüm burda çıxış edib.

SSRİ-də mövsümün 33 ən yaxşı futbolçusu siyahısında 2 dəfə yer alıb: 1955 — 3-cü yer, 1959 — 1-ci yer.

1955-ci ilin fevralında Kuznetsov SSRİ milli futbol komandasına düşməsi ilə Azərbaycan futbolu tarixində ilkə imza atıb. 1955-ci ilin fevralında Hindistan yığması ilə 2 yoldaşlıq görüşünə çağırılan Kuznetsov I liqadan milliyə çağırılan ilk oyunçu kimi adını SSRİ futbol tarixinə də yazdırıb. Həmin vaxt "Neftçi" aşağı divizionda oynayırdı. 1955-ci ilin avqust-sentyabr aylarında SSRİ yığmasının heyətində 3 rəsmi oyunda meydana çıxan Kuznetsov 3 qol vurub. Kuznetsov həm millidə, həm də "Neftçi"də həmyerlisi Ələkbər Məmmədovla gözəl tandem təşkil edib.

Kuznetsov məşqçilik karyerasında "Dinamo" (1966-69, 1977-78), Polşanın "Qvardiya" (1970-71) və "Neftçi" (1988) klubunun baş məşqçisi olub. O, həmçinin "Dinamo" FK İdman Mərkəzində məşqçi və müavin vəzifələrində çalışıb.

4 mart 2016-cı ildə vəfat etmişdir.

Nailiyyətləri

  • SSRİ-nin əməkdar udman ustası: 1962

Ədəbiyyat

  • Юрий Константинович Кузнецов. Годы мои золотые. «Динамо» Москва. Футболисты великой команды (300 nüs.). М. 2011. səh. 160.
  • Fuad Məmmədov-Paşabəyli. Золотые парни "бронзового" года: форвард от Бога // Yuri Kuznetsov

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yuri kuznetsov sözünün mənası, yuri kuznetsov haqqında məlumat. yuri kuznetsov nədir? yuri kuznetsov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Araz-Naxçıvan PFK

  • Mart 01, 2026

    B vitamini

  • Mart 02, 2026

    Uzun-Aral

  • Mart 02, 2026

    Eystürland

  • Fevral 27, 2026

    Venesiya Respublikası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst