Yunus Sarı (21 yanvar 1991) — Türkiyəli taekvondoçu. Yunus Sarı Türkiyəni 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarında təmsil etdi.
| türk. Yunus Sarı | |||||
| |||||
| Şəxsi məlumatlar | |||||
| Tam adı | Yunus Sarı | ||||
| Vətəndaşlığı | | ||||
| Doğum tarixi | |||||
| Doğum yeri | |||||
| Təhsili | |||||
| İdman növü | | ||||
| Medallar
| |||||
| 19 may 2017 tarixində yenilənib. | |||||
Karyerası
Yunus Sarı birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında kişilər 80 kq çəkidə, 1/4 final mərhələsində Əfqanıstanın nümayəndəsi Kafayatullah Geyase üzərində 17:10 hesabı ilə qalib gələrək, yarmfinala yüksəldi. Yarımfinalda Sarı Özbəkistanın nümayəndəsi Maksim Rafaloviç ilə üz-üzə gəldi və rəqibinə 7:5 hesabı ilə qalib gəldi.
Final qarşılaşmasında Sarı Azərbaycanın nümayəndəsi Milad Beigi ilə üz-üzə gəldi və rəqibinə 5:9 hesabı ilə məğlub oldu. Sarı yarışlarda gümüş medalın sahibi oldu.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yunus Sarı haqqında məlumat. Yunus Sarı nədir? Yunus Sarı nə deməkdir?
