Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yunis Qəhrəman oğlu Rzayev (2 may 1924, Şişqaya, Yeni Bəyazid qəzası – 24 yanvar 1985, Bakı) — Azərbaycan, Ermənistan sovet ictimai və dövlət xadimi.

Yunis Rzayev

  • Ana Səhifə
  • Vikipediya
  • Yunis Rzayev

Yunis Qəhrəman oğlu Rzayev (2 may 1924, Şişqaya, Yeni Bəyazid qəzası – 24 yanvar 1985, Bakı) — Azərbaycan, Ermənistan sovet ictimai və dövlət xadimi.

Yunis Rzayev
Azərbaycan SSR Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri
12 iyun 1973 – 24 yanvar 1985
ƏvvəlkiMiqdar Rəhimov
SonrakıMurad Aşurov
Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi
18 iyun 1970 – 1973
ƏvvəlkiSabir Şəfiyev
Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini
1968 – 1970
Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi
1965 – 1966
Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi
1957 – 1962
Şəxsi məlumatlar
Doğum tarixi 2 may 1924(1924-05-02)
Doğum yeri
  • Şişqaya, Yeni Bəyazid qəzası, Ermənistan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 24 yanvar 1985(1985-01-24) (60 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
  • II Fəxri Xiyaban
Partiya
  • Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası (1945)
Təhsili
  • Bakı Dövlət Universiteti
Təltifləri "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı əmək bayrağı" ordeni

Mündəricat

Həyatı

Yunis Rzayev 2 may 1924-cü ildə Göyçə mahalının Basarkeçər rayonunun Şişqaya kəndində anadan olub. 1943–1946-cı illərdə ordu sıralarında xidmət etmiş, Zaqafqaziya Hərbi Dairəsi nəzdində siyasi məktəbdə oxumuşdur.

1950–1953-cü illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil almış, həmçinin Azərbaycan KP MK nəzdində Ali Partiya məktəbini bitirmişdir. O, sonralar, 1960–1962-ci illərdə Moskva şəhərində keçmiş Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Ali Partiya məktəbində təhsilini davam etdirmişdir.

Ermənistan KP Basarkeçər rayon komitəsində təlimatçı kimi işə qəbul edilmiş, 1950-ci ildə Basarkeçər Rayon Partiya Komitəsində şöbə müdiri vəzifəsinə irəli çəkilmiş, 1953-cü ildən İcraiyyə Komitəsinin sədri olmuş, 1957-ci ildə Krasnoselo Rayon Partiya Komitəsinin birinci katibi seçilmişdir.

Yunis Rzayev 1962–1963-cü illərdə Martuni Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsində partiya təşkilatçısı, 1963-cü ildən 1965-ci ilə qədər Basarkeçər Rayon Kolxoz–sovxoz İstehsalat İdarəsi partiya komitəsinin katibi vəzifələrində çalışmışdır. 1965–1966-cı illərdə Basarkeçər Rayon Partiya Komitəsinin birinci katibi, 1968–1970-ci illərdə Ermənistan Dövlət Meşə Təsərrüfatı Komitəsinin sədr müavini vəzifəsində işləmişdir.

Yunis Rzayev 1954–1959-cu illərdə Ermənistan KP MK üzvlüyünə namizəd, 1959-cu ildən isə üzvü olmuş, Sov.İKP XXIII–XXIV qurultaylarının nümayəndəsi, VII çağırış SSRİ Ali Sovetinin, IV, V, VI çağırış Ermənistan SSR Ali Sovetinin deputatı və respublika Ali Soveti Rəyasət Heyəti sədrinin müavini seçilmişdir.

1970–1973-cü illərdə Şamaxı Rayon Partiya Komitəsinin birinci katibi, 1985-ci ilin 24 yanvarınadək Dövlət Üzümçülük və Şərabçılıq Komitəsinin sədri vəzifəsində işləmişdir.

Böyük ictimai xadim Yunis Rzayev VIII, IX və X çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, əməyi dövlət tərəfindən "Lenin", "Oktyabr İnqilabı", üç "Qırmızı Əmək Bayrağı" ordenləri, 9 medal və fəxri fərmanlarla qiymətləndirilmişdir.

Yunis Rzayev 1985-ci il yanvarın 24-də Bakı şəhərində vəfat edib. II Fəxri Xiyabanda dəfn olunub.

  • Məhərrəm Musayev, Mikayıl Bayramov, Ənvər Rzayev (əmi oğlu) və Tapdıq Əmiraslanovun qudasıdır.
  • 2004–2013-cü illərdə Azərbaycanın Kənd Təsərrüfatı naziri olmuş İsmət Abasovun qaynatasıdır.

Ədəbiyyat

  • Eldar İsmayıl. "Oğuz yurdun övladları", I kitab, Bakı, "Təbib", 1999. səh.69–70.
  • Tofiq Hüseynov. "Yaddaşlara həkk olunmuş mənalı ömür". "Respublika" qəzeti, 23 yanvar 2005.
  • Tofiq Hüseynov. "Dünyanın şirnisin, acısın daddım", Bakı, "Təbib", 2006. səh.180–182.
  • Çingiz Fərəcov. "Həyatın burulğanında". "Ədəbi İrəvan-2006", Bakı, Nurlan nəşriyyatı, 2007. səh.449–460.
  • "Kənd həyatı" qəzeti, 3 may, 2010, № 05(8581)
  • Qədir Aslan, "Qəlblərdə yaşayan insan", "Respublika" qəzeti. 2013.- 19 aprel.- Səh. 8.
  • Bayramov, Vaqif. "Şərəfli ömür yolu", Üzümçülük və Şərabçılıq Komitəsinin sədri — Yunis Qəhrəman oğlu Rzayev / V. Bayramov // Xalq qəzeti. — 2013. — 28 aprel
  • Məmməd Əfşan. Mən görən kişilər / Ə. Məmməd. I kitab. — Bakı: Azərbaycan nəşriyyatı, 2002.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, yunis rzayev sözünün mənası, yunis rzayev haqqında məlumat. yunis rzayev nədir? yunis rzayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Ənbar mühafəzəsi

  • Fevral 27, 2026

    Şin Koyamada

  • Fevral 27, 2026

    Ob

  • Fevral 27, 2026

    Stefan Sveyq

  • Fevral 27, 2026

    Rodiniya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst