Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yevgeni Samoylov (3 (16) aprel 1912, Sankt-Peterburq – 17 fevral 2006, Moskva) - gənc qəhrəman rolları ilə tanınmış və 1974-cü ildə SSRİ Xalq artisti adına layi

Yevgeni Samoylov

  • Ana Səhifə
  • Vikipediya
  • Yevgeni Samoylov

Yevgeni Samoylov (3 (16) aprel 1912, Sankt-Peterburq – 17 fevral 2006, Moskva) - gənc qəhrəman rolları ilə tanınmış və 1974-cü ildə SSRİ Xalq artisti adına layiq görülmüş sovet aktyoru. O, 1957-ci il "Durnalar uçur" filmində baş rolu ilə tanınan Tatyana Samoylovanın atası idi.

Yevgeni Samoylov
Doğum tarixi 3 (16) aprel 1912(1912-04-16)
Doğum yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Vəfat tarixi 17 fevral 2006(2006-02-17) (93 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Vaqankovo qəbiristanlığı
Uşağı
  • Tatyana Samoylova
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 1932–2003
Mükafatları "SSRİ xalq artisti" fəxri adı "Stalin" mükafatı "Stalin" mükafatı "Stalin" mükafatı
IMDb ID0759963
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Yevgeni Samoylov 16 aprel 1912-ci ildə Sankt-Peterburqda anadan olub. O, Leninqradda təhsil alıb və yaradıcılıq fəaliyyətinə yerli teatrda başlayıb. 1934-cü ildə Vsevolod Meyerhold onu gördü və Moskvada öz truppasına qoşulmağa dəvət etdi. Samoylov dörd il ərzində Meyerhold ilə birlikdə çalışıb. O, Meyerhold teatrında ən mühüm rollarını Viktor Hüqonun "Hernani" dramında Hernani obrazını və "Ağıldan bəla" əsərində Çatski obrazını canlandırıb.

1938-ci ildə Meyerhold həbs edilib təmizləmə kampaniyasına məruz qaldıqda, Samoylov Puşkinin "Boris Qodunov" əsərində (Qriqori Otrepyev rolu) və Ostrovskinin "Polad necə bərkidi" əsərində (Pavka Korçagin rolu) məşqlərin ortasında idi. Lakin onun aktyorluq karyerası sanki bundan təsirlənmədi. Samoylovun Aleksandr Dovjenkonun eyni adlı filmində sovet komandiri Şors obrazını canlandırması ona 1941-ci il üçün "Stalin" mükafatını qazandırdı.

O, daha sonra İosif Stalin dövrünün simvolik kino aktyorlarından birinə çevrildi. "Parlaq yol" filmində Lyubov Orlova ilə, "Saat altıda axşam" (1944-cü il filmi; 1946-cı il "Stalin" mükafatı) filmində isə Marina Ladınina ilə tərəf müqabili oldu. Onun sevimli film rollarından biri 1955-ci il "Şipkanın qəhrəmanları" filmində general Skobelev obrazı idi.

Meyerhold teatrı bağlandıqdan sonra Yevgeni Samoylov Nikolay Oxlopkovun rəhbərlik etdiyi Mayakovski Teatrına keçdi və 1967-ci ildə rejissorun ölümünə qədər orada çalışdı. "Gənc qvardiya" əsərinin ilk səhnə versiyasında Oleg Koşevoy roluna görə o, daha bir "Stalin" mükafatına layiq görüldü. Onun karyerasının zirvə nöqtələrindən biri 1954-cü ildə Oxlopkovun quruluşunda oynadığı Hamlet rolu idi. Bu, ölkədə əsərin müharibədən sonrakı ilk quruluşu idi və Oxlopkovun Piter Bruk ilə birgə işləməsinə səbəb oldu.

1967-ci ildə Yevgeni Samoylov Meyerhold Teatrındakı həmkarları ilə yenidən birləşərək Malı Teatrına qoşuldu. Onun yaradıcılıq yolunun son illərindəki ən böyük uğuru 1973-cü ildə səhnələşdirilən "Çar Fyodor İoannoviç" tamaşasında Şahzadə İvan Şuyski rolunu ifa etməsi oldu. "O, Məsihdə yaşayan əsl xristian adam idi, mən belə bir şey heç vaxt görməmişəm" — deyə tamaşaya musiqi bəstələmiş Georgi Sviridov bildirmişdi.

Samoylovun son film rolları Sergey Bondarçukun quruluşunda çəkilmiş "Vaterloo" və "Boris Qodunov" kimi filmlərdə oldu. Aktyor 2002-ci ildə 90 illik yubileyini Malı Teatrının səhnəsində çıxış edərək qeyd etdi.

Vəfatı

Yevgeni Samoylov 17 fevral 2006-cı ildə 93 yaşında Moskvada vəfat etdi və Vaqankovo qəbiristanlığında dəfn olundu.

Filmoqrafiya

  1. Ulduzlar sönmür (film, 1971)

Ədəbiyyat siyahısı

  • N. Barskaya. Ye. V. Samoilov. Moscow, 1951.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yevgeni Samoylov haqqında məlumat. Yevgeni Samoylov nədir? Yevgeni Samoylov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Ahirani dialekti

  • Fevral 23, 2026

    Elektrik cərəyanı

  • Fevral 25, 2026

    Verilənlər bazası

  • Fevral 24, 2026

    Xristofor Kolumb

  • Fevral 25, 2026

    Unix bənzəri

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst