Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yekaterina İvanovna (Rusca: Екате́рина Ива́новна; 20 oktyabr 1691, Moskva – 14 iyun 1733, Sankt-Peterburq) — Rusiya imperatoru V İvanın böyük qızı.

Yekaterina İvanovna

  • Ana Səhifə
  • Vikipediya
  • Yekaterina İvanovna

Yekaterina İvanovna (Rusca: Екате́рина Ива́новна; 20 oktyabr 1691, Moskva – 14 iyun 1733, Sankt-Peterburq) — Rusiya imperatoru V İvanın böyük qızı.

Yekaterina İvanovna
Екате́рина Ива́новна
Şəxsi məlumatlar
Doğum tarixi 20 oktyabr 1691(1691-10-20)
Doğum yeri
  • Moskva, Çar Rusiyası
Vəfat tarixi 14 iyun 1733(1733-06-14) (41 yaşında)
Vəfat yeri
  • Sankt-Peterburq, Rusiya imperiyası
Dəfn yeri
  • Aleksandr Nevski Lavra kilsəsi[d]
Fəaliyyəti əsilzadə
Atası V İvan
Anası Praskovya Saltıkova
Həyat yoldaşı Karl Leopold
Uşağı Anna Leopoldovna
Ailəsi Romanovlar sülaləsi
Təltifləri Müqəddəs Yekaterina ordeni — 1726
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Yekaterina İvanovna 1691-ci ildə Moskvada dünyaya gəlmişdir. Atası çar V İvan, anası isə xanımı Praskovya Saltıkovadır. Çudov monastırında vəftiz edilən Yekaterinanın xaç atası əmisi çar Pyotr oldu. Ailəsinin 3-cü qızı olsa da, özündən böyük olan bacıları Mariya və Feodosiya körpə ikən ölmüş, beləliklə Yekaterina ailənin ən böyük övladı olaraq böyümüşdür. Ardından 2 bacısı daha dünyaya gəldi: gələcəyin imperatriçası Anna və Praskovya.

Yekaterina uşaqlığını babası çar Alekseyin doğum yeri olan İsmayılov mülkündə keçirdi. Digər bacıları kimi o da anası tərəfindən böyüdüldü. 1708-ci ildə ailəsiylə birlikdə Sankt-Peterburqa köçdü. Uzun müddət burda yaşadıqdan sonra 19 aprel 1716-cı ildə əmisi Çar Pyotrun istəyilə alman əsilzadələrindən Karl Leopoldla evləndi. Siyasi məqsədlə baş tutan bu evliliklə çar Pyotr İsveçə qarşı özünə güclü müttəfiq qazandı. Yekaterinanın bu evlilikdən 2 qızı oldu. Bunlardan yalnız biri — Yelizaveta Katarina yetkinlik yaşına çatdı.

Ancaq cütlük xoşbəxt deyildi. Karl Leopold xanımını yanız siyasi məqsədlərlə istifadə edirdi. Nəhayət 1722-ci ildə Yekaterina qızını da alaraq Rusiyaya qayıtdı. Cütlük boşanmasa da, bir daha bir-birlərini görmədilər. 1730-cu ildə çar II Pyotrun ölümünün ardından, Dövlət şurası Yekaterinanı V İvanın böyük qızı olması səbəbilə taxt vəliəhdi seçmək istədi. Ancaq əriylə rəsmi olaraq boşanmaması səbəbilə ərinin gələcəkdə Rusiyanın siyasi həyatına müdaxilə edə biləcəyi qorxusu onu taxtdan uzaqlaşdırdı. Onun yerinə kiçik bacısı Anna taxta çıxarıldı.

Bacısının taxta çıxmasından sonra baş tutan 7 mart hadisələrində iştirak edən Yekaterina bacısını "Şərtlər" nizamnaməsini ləğv etməyə razı saldı. Dənizçi Mixail Andreyeviçlə gizli münasibəti olmuş, ancaq Yekaterinanın ölümündən sonra haqqında əxlaqsızca danışması səbəbilə Ural bölgəsinə sürgün edilmişdir.

12 may 1733-cü ildə Yekaterinanın yeganə qızı Yelizaveta pravoslav dininə keçdi və yenidən vəftiz edildi. Bunda məqsəd isə qızı üçün gələcəkdə taxt yolunun açılması idi. Bundan bir ay sonra isə Yekaterina vəfat etdi və anasının yanına dəfn olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yekaterina İvanovna haqqında məlumat. Yekaterina İvanovna nədir? Yekaterina İvanovna nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Neytron ulduzu

  • Fevral 27, 2026

    Avstraliya tarixi

  • Fevral 28, 2026

    Trifolium dubium

  • Fevral 23, 2026

    Televiziya aktyoru

  • Fevral 27, 2026

    I Varsken

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst