Yardi (ing. Yardie) — Yamayka əsilli Britaniya mafiya qruplaşması.
Yardilər 1950-ci illərdə Britaniyaya mühacir etmiş Yamaykalılardır. Onlar tez-tez cinayətkar dəstələr arasında baş verən qırğınlarda iştirak etmiş və Yardi adıyla tanınmışdılar. Onlar əsasən narkotik alveri və odlu silahdan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Heç vaxt hüquq-mühafizə orqanlarının sıralarına öz adamlarını daxil etməyə cəhd göstərmədiklərindən digər mafiya qruplaşmaları qədər güclü sayılmırlar.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yardi haqqında məlumat. Yardi nədir? Yardi nə deməkdir?