Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfahani tarixdə "Yəqubi" və "İbn Vazeh" kimi daha məşhurdur. Onun üçüncü nəsildən babası Vazeh xəlifə Mənsur Dəvaniqinin qu

Yaqubi

  • Ana Səhifə
  • Vikipediya
  • Yaqubi

Yaqubi (ərəb. اليعقوبي‎; IX əsr, Bağdad – 905, Misir) — tarixçi, səyyah.

Yaqubi
ərəb. أحمد بن إسحٰق بن جعفر بن وهب بن واضح اليعقوبي‎
Doğum adı أحمد بن إسحاق بن جعفر بن وهب بن واضح اليعقوبي
Doğum tarixi IX əsr
Doğum yeri
  • Bağdad, Abbasilər xilafəti
Vəfat tarixi 905(0905)
Vəfat yeri
  • Misir
Elm sahələri coğrafiya, tarix

Həyatı

Əhməd ibn Əbu Yəqub İshaq ibn Vazeh İsfahani tarixdə "Yəqubi" və "İbn Vazeh" kimi daha məşhurdur. Onun üçüncü nəsildən babası Vazeh xəlifə Mənsur Dəvaniqinin qulamı idi. O, Bağdad şəhərinin salınmasında fəal iştirak etmiş, şəhərin böyük bir hissəsinin tikintisinə rəhbərliyi həyata keçirmişdi. 775-ci ildə Mənsur onu Ərməniyyə vilayətinin valisi təyin etdi. Növbəti Abbasi xəlifəsi Mehdi onu Misirə vali göndərdi. Lakin az sonra Vazeh xəlifə Mehdinin əmri ilə edam olundu (785–786; bəzi məlumatlara görə Vazehin edamı Harun ər-Rəşidin zamanında baş vermişdir).

Yəqubi ehtimala görə Bağdadda doğulmuş, gənclik illərini Ərməniyyə vilayətində (yəni Azərbaycan torpaqlarında) keçirmişdi. Onun Tahirilərin xidmətində olması barədə də ehtimallar vardır (Yəqubi Tahirilərin fəthləri barədə müstəqil kitab da yazmışdır). Təqribən 874-cü ildə Yəqubi əvvəlcə Hindistana, daha sonra Misirə və məğrib diyarına səfər edir. Çox güman ki, o, ömrünün sonuna kimi Şimali Afrikada yaşamış və Misirdə vəfat etmişdir. Əsərlərindən məlum olduğuna görə, Yəqubi coğrafiya, nücum (astronomiya) və ədəbiyyatı yaxşı bilirmiş. Onun Bizans və Afrika tarixinə, habelə, sair mövzulara həsr olunmuş bir neçə əsəri itmişdir. Yəqubinin dövrümüzüdək gəlib çatmış ədəbi irsi məşhur tarix salnaməsi və qismən qorunub saxlanmış "əl-Buldan" (Şəhərlər) kitabı ilə məhdudlaşır.

Yəqubi hərtərəfli və ümumiləşdirilmiş tarix kitabı yazan ilk müsəlman müəllifi sayılır. O və "əl-Əxbar-üt-tival" əsərinin müəllifi Əbu Hənifə Dinəvəri monumental müsəlman tarixçiliyinin baniləridirlər. Yəqubinin əsəri Həzrət Adəmin yaradılışından başlayaraq, müəllifin yaşadığı dövrə kimi keçən mərhələni əhatə edir. Müəllif kitabı iki cilddə hazırlamışdır. I cild islama qədərki tarixi əhatə edir. Burada qədim peyğəmbərlərin tarixi, Hindistan, Yunanıstan və Roma, İran (Sasanilər), Çin, Misir və Nubiya torpaqlarının tarixi, habelə, islamdan əvvəlki Ərəbistanda baş vermiş hadisələr işıqlandırılır. II cild isə Həzrət Məhəmməd peyğəmbərin doğuluşundan 15-ci Abbasi xəlifəsi Mütəmidin hakimiyyətinin əvvəllərinə (873-cü il) qədərki xilafətin tarixini əks etdirir.

Yəqubi öz kitabında yalnız tarixi hadisələri sadalamaqla kifayətlənmir, yeri gəldikcə təsvir etdiyi dövrün ictimai-siyasi və mədəni mənzərəsini də verir. Əsərdə qədim dünya dövlətlərinin coğrafiyası, siyasi quruluşu, millətlərin adət-ənənələri və dini dünyagörüşləri barədə faydalı məlumatlara rast gəlirik. Məlumatlardakı bu zənginlik və dolğunluq yəqin ki, Yəqubinin müxtəlif bölgələrə etdiyi səyahətlər nəticəsində əldə olunmuşdur.

Yəqubi öz əsərində şiə əqidəsində olduğunu gizlətmir. O, Qədir-Xum əhvalatını tam qətiyyətlə təsvir etmişdir. Onuncu imama kimi (Yəqubinin kitabı bu dövrə kimi baş verənləri əhatə edir) hər bir məsum imamın vəfatı kitabda öz əksini tapmışdır; üstəlik, imamların müxtəsər tərcümeyi-halı və şəhadətə çatdırılma şəraiti təsvir olunmuş, hikmətli kəlamlarından nümunələr verilmişdir.

Həmçinin bax

Vikimənbədə bu mətnin orijinalı var.
Bax: Yəqubi
  • Tarixi-Yaqubi
  • Kitab əl-buldan

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaqubi haqqında məlumat. Yaqubi nədir? Yaqubi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Muzdlu döyüşçü

  • Fevral 27, 2026

    Sudan (bölgə)

  • Fevral 27, 2026

    Qot dili

  • Fevral 27, 2026

    Səadət Partiyası

  • Fevral 23, 2026

    14 aprel

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst