Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yaqub Abdulla oğlu Eyyubov (24 oktyabr 1945, Mingəçevir) — Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən).

Yaqub Eyyubov

  • Ana Səhifə
  • Vikipediya
  • Yaqub Eyyubov

Yaqub Abdulla oğlu Eyyubov (24 oktyabr 1945, Mingəçevir) — Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini (2003-cü ildən).

Yaqub Eyyubov
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
Vəzifədədir
13 fevral 2003-cü ildən
    Baş nazirArtur Rasizadə (2003)
    İlham Əliyev (2003)
    Artur Rasizadə (2003–2018)
    Novruz Məmmədov (2018–2019)
    Əli Əsədov (2019-cu ildən)
    Azərbaycan Respublikası Baş nazirinin müavini
    10 iyul 1999 – 13 fevral 2003
    Baş nazirArtur Rasizadə
    Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsinin sədri
    14 mart 1997 – 10 iyul 1999
    ƏvvəlkiƏhmədağa Rəhimov
    Şəxsi məlumatlar
    Doğum tarixi 24 oktyabr 1945(1945-10-24) (80 yaş)
    Doğum yeri
    • Mingəçevir, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Sovet İttifaqı Kommunist Partiyası (1967–1991)
    Təhsili
    • Azərbaycan Texniki Universiteti
    Fəaliyyəti siyasətçi

    Təltifləri "İstiqlal" ordeni — 20252025"Şərəf" ordeni — 20152015 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni "Dostluq" ordeni (Rusiya) — 2015 "Şərəf" ordeni (Belarus) — 20152015 "1941–1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 20 illiyi" yubiley medalı — 19651965 "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 19711971
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Mündəricat

    Həyatı

    Yaqub Eyyubov 24 oktyabr 1945-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur.Atası Abdulla Eyyubov Qazax qəzasının Dağ Kəsəmən kəndindəndir. İxtisası — inşaat mühəndisidir, texnika elmləri doktoru, professordur. 1994-cü ildə Beynəlxalq Mühəndis Akademiyasının akademiki seçilmişdir.

    Əmək fəaliyyəti

    Əmək fəalliyyətinə 1964-cü ildə leyt. Şmidt adına zavodda tornaçı kimi başlamışdır. 1963–1964-cü illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1964–1967-ci illərdə ordu sıralarında qulluq etmişdir. 1968–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tələbəsi olmuşdur. 1970–1972-ci illərdə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsinin komsomol komitəsinin katibi, 1972–1974-cü illərdə həmin institututda baş laborant, institutun aspirantı, 1973–1974-cü illərdə institut partiya komitəsi katibinin müavini olmuşdur.

    1975–1997-ci illərdə Azərbaycan Mühəndis-İnşaat İnstitutunda 0.5 ştatla əvəzçilik yolu ilə baş müəllim, dekan müavini, baş müəllim, dosent, dekan vəzifəsini müvəqqəti icra edən, dosent, elmi işlər üzrə prorektor, kafedra müdiri vəzifələrində işləmişdir.

    1997–1999-cu illərdə Azərbaycan Respublikası Dövlət Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ Mədən Nəzarəti Komitəsinin sədri (1998–1999-cu illərdə həmin komitənin sədrinin səlahiyyətlərini icra edən) olmuşdur.

    1999–2003-cü illərdə Azərbaycan Respublikası Baş nazirinin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavinidir.

    Təltifləri

    23 oktyabr 2015-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

    Belarus prezidenti Aleksandr Lukaşenko tərəfindən Belarus və Azərbaycan arasında ticarət-iqtisadi münasibətlərin inkişafında və möhkəmləndirilməsində əhəmiyyətli töhfələrinə görə "Şərəf" ordeni ilə təltif edilib.

    2016-cı ildə Vladimir Putin tərəfindən Rusiyanın "Dostluq" ordeni ilə təltif edilmişdir.

    22 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif edilib. Həmi gün prezident İlham Əliyev onu qəbul edib və ona “İstiqlal” ordenini təqdim edib.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yaqub Eyyubov haqqında məlumat. Yaqub Eyyubov nədir? Yaqub Eyyubov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Playboy

    • Fevral 27, 2026

      Faşist Almaniyası

    • Mart 01, 2026

      Bavlı

    • Mart 01, 2026

      Oş (şəhər)

    • Fevral 27, 2026

      Clethraceae

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

    • Fevral 21, 2026

      Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst