Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xristian azərbaycanlılar (rus. Христиане-азербайджанцы, lat. Christianus Azerbaijanis və s.) — xristianlığı qəbul etmiş, etnik mənşəyi azərbaycanlı olan şəxslər

Xristian azərbaycanlılar

  • Ana Səhifə
  • Vikipediya
  • Xristian azərbaycanlılar

Xristian azərbaycanlılar (rus. Христиане-азербайджанцы, lat. Christianus Azerbaijanis və s.) — xristianlığı qəbul etmiş, etnik mənşəyi azərbaycanlı olan şəxslər.

Xristian azərbaycanlılar
rus. Христиане-азербайджанцы
lat. Christianus Azerbaijanis
Ümumi sayı
təqribən 5 min nəfər
Dili

Azərbaycan dili, rus dili

Daxildir
Türk xristianlar

Mündəricat

Tarixi

1991-ci ildə müstəqil olduqdan sonra Azərbaycanda xristian icmaların dövlət qeydiyyatı aparılmışdır. Bunun nəticəsi olaraq, ölkədə müxtəlif inancları olan xristian icması inkişaf etmişdir. Bura xristianlığı qəbul edən və azərbaycanlı xristianlar kimi özünü görən insanlar da daxildir.

Azərbaycan Respublikasında yaşayan xristian azərbaycanlılar təqribən 5 min nəfərdirlər və əsasən təzəcə dinini dəyişənlərdən ibarətdir. Dinin dəyişilməsində qərb dini təşkilatları rol oynamış və bu azərbaycanlılar müxtəlif xristian evangelist məzhəblərinə keçmişdir. 2022-ci ildə Bakıdakı Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında ilk dəfə Azərbaycan dilində xristian duası oxunmuşdur. Son illərdə, bəzi İran azərbaycanlıları xristianlığa keçməyə başlamışdır, ancaq bu, İranda qadağandır və buna görə həbs edilə bilərlər.

2012-ci ildə katolik dini rəhbəri Vladimir Fekete fərqli etnoslar arasındakı nikahlardan dünyaya gələn azərbaycanlı şəxslərin bəzilərinin katolik dinini qəbul etdiyini demişdir. Azərbaycandakı katolik icmasına etnik azərbaycanlılar, həmçinin italyan və polyak əsilli şəxslər daxildir. 2025-ci ildə Vatikanın xəbər agentliyi öz saytının azərbaycandilli versiyasını təqdim etmişdir. Bu təqdimatın Müqəddəs Taxt-Tac ilə dünyanın müxtəlif yerlərindəki azərbaycandilli icmalar arasındakı dialoqu və əlaqələri inkişaf etdirməsi gözlənilir.

Mədəniyyət

Azərbaycan mədəniyyətində xristianlığa baxış

Azərbaycan dilində yazılmış Matfey İncili. 1680-ci il

Erkən dövr Azəri türk ənənəsinin arxasında duran əsas qüvvələr şiə ideologiyaları və sufi hürufi təlimləri idi. Poetik obrazların əsasını təşkil edən hürufilik sufilik və şiəliklə yanaşı, yəhudilik, xristianlıq, zərdüştçülük və qnostisizm elementlərini də əhatə edən çoxşaxəli bir təlim idi. Azərbaycan türk ənənəsində hürufi və şiə ideyaları "əriyib" qarışmış, xüsusilə Şah İsmayıl Xətai ədəbiyyatında ən yüksək nöqtəyə çatmışdır.

Azərbaycanlının xristianla eşq yaşaması mövzusu Azərbaycan ədəbiyyatında mövcuddur. XVI əsr "Əsli və Kərəm" dastanı, XIX–XX əsrlərə aid "Bahadır və Sona", "Əli və Nino" əsərləri bu qəbildəndir. Bu mövzudakı "Mahmud və Məryəm" filmi yazıçı Elçinin eyniadlı romanı əsasında çəkilmişdir.

Kitabi-Dədə Qorqudun "Qan Turalı" boyunda türk qəhrəman xristian hökmdarın qızını alır. Buna baxmayaraq, xristian hökmdar qəhrəmana qarşı düşmənçilik hislərini qoruyub saxlayır və qəhrəmanın həyat yoldaşı ikisi arasındakı mübarizədə öz ərinə bağlılıq göstərir. Tarixdə də Trabzonun Komninlər sülaləsinin türk kürəkənləri ilə münasibətində dastanda təsvir edilən profilə uyğun kişi və qadın şəxsiyyətlərə rast gəlinir, hətta bununla bağlı tarixdə türk kürəkənin məğlub olub öldürüldüyü hallar vardır. "Qan Turalı" ədəbi qəhrəmanı ilə tarixdə oğlunu Trabzon şahzadəsi ilə evləndirən, Ağqoyunlu başçısı Əlaəddin Turəli bəyin (h.i. 1340–1362) eyni adam olması ilə bağlı fikir mövcuddur.

XVII əsrdə Səfəvi imperiyasında səfərdə olarkən, Baltazar de Lozer İsfahanda Matfey və İohann İncillərinin Azərbaycan dilinə tərcüməsini hazırlamışdır. Azərbaycan dilinin oynadığı rolu göstərən digər bir nümunə isə Lüteran missioneri Karl Gottlieb Pfanderin Şuşada olduğu müddətdə, sürətli bir şəkildə bu dili öyrənməsidir.

Gürcüstanlı aşıq Sayat Nova Azərbaycan dilində şeirində özünün xristian kimliyini fəxrlə bəyan etmişdir. O, xristian tamaşaçı üçün Azərbaycan dilində yazılmış şeirlərində Vəftizçi İohannın şəhidliyindən və İsanın tanrı olmasından bəhs etmişdir. Sayat Novanın Azərbaycan dilində yazılmış şeirlərində incillərin təsiri nəzərə çarpır. Gürcüstanda yaşayan kistlərin ənənəsi Azərbaycan şiə adətləri ilə gürcü xristianlığını özündə birləşdirir. Bunun sübutu kistlərin qəbirdaşlarının Azərbaycanın Şəhidlər Xiyabanındakı qəbirdaşları ilə bənzərliyidir.

Qafqazda yerli müqəddəslərin türbələrində müsəlmanlar və xristianlar birlikdə dua edir. O cümlədən, Azərbaycanda hər iki dinin nümayəndələrinin ziyarət etdiyi ortaq müqəddəs yerlər mövcuddur. Bu, xüsusilə özünü Dağlıq Qarabağda göstərir. Azərbaycan mədəniyyəti ilə əlaqə udinlərin həyatının bütün sahələrində özünü göstərir. Udinlər və azərbaycanlılar fərqli dinlərə sitayiş etməklərinə baxmayaraq eyni ziyarətgahları — ocaqları, pirləri ziyarət edirlər. Azərbaycan və gürcü xalqlarının nümayəndələri bir araya gələrək yaz və payızın gəlişini birgə el mərasimlərilə qeyd etməsi; ənənəvi olaraq Qax rayonunun Kürmük kilsəsində təşkil olunur. Hazırda mayın 6-da və noyabr ayında dini mənsubiyyətindən asılı olmayaraq hər bir qaxlı Kürmük məbədini ziyarətə gəlir. Zəvvarların sırasında başqa bölgələrdən, qonşu ölkələrdən gələnləri də görmək mümkündür.

  • Əsli və Kərəm
    Əsli və Kərəm
  • Əli və Nino (heykəl)
    Əli və Nino (heykəl)
  • Sayat Nova. rəssam Qəzənfər Xalıqov, 1952-ci il.
    Sayat Nova. rəssam Qəzənfər Xalıqov, 1952-ci il.
  • Kistlər
    Kistlər

Qeyri-ənənəvi xristian icmaları

Azərbaycanda adventistlər, baptistlər və lüteranlar bazar günləri iki ayrı qrup şəklində (rusdillilər və azərbaycandillilər) ibadət edirlər. Bu iki ayrı qrup arasında demək olar ki, əlaqə yoxdur, ya da çox az əlaqə var və qruplar ayrı-ayrı sosial kateqoriyaya aid insanları birləşdirir. Rusdilli qrup daha çox etnik qarışığı olan və ya slavyan olan şəxslərdən, azərbaycandilli qrup isə daha çox etnik azərbaycanlılardan ibarətdir. Türk dili də xristianlığın təbliğində rol oynayır.

Azərbaycan qeyri-ənənəvi xristian icmalarının özünəməxsus xüsusiyyəti onların Azərbaycan milliyyətçiliyi vasitəsilə "yerliləşdirilməsi"dir. Xristian icmalarının azərbaycanlı nümayəndələri milli kimlikləri ilə fəal yaxınlıqlarını davam etdirir, dövlətçilik hissinin vacibliyini və ona aid olmağı xüsusi olaraq vurğulayırlar. Xristian azərbaycanlılar arasında "günlük milliyyətçilik" özünü "azərbaycanlı olmaq", "azərbaycanlı kimi hərəkət etməy"in mədəni üsullarına və sosial olaraq qəbul edilən gender rollarına çağırışda göstərir.

Xristianlığı qəbul edənlər tərəfindən ailə şəbəkələri, qarşılıq dəstək və həmrəylik ilə əlaqələndirilən xristianlıq dəyərləri Azərbaycan həyat tərzinə uyğun hesab edilmişdir, spirtli içki və siqaretin tərgidilməsi, vulqar dilin və qeyri-ailəvi münasibətlərin qadağan edilməsi isə müsəlman qaydaları ilə eyniləşdirilmişdir. Beləliklə, dinini dəyişmək insanın şəxsi inanc seçimini təsdiq etməyin yaradıcı yollarını və hibrid şəxsiyyət əldə etməklə aidiyyət hissini təsdiqləyən hekayənin yaradılmasını əhatə edir.

Azərbaycanda qeyri-ənənəvi xristian icmalarına aid kilsələrdə dini və milli simvolizm birləşir. Azərbaycan bayrağı buradakı xristianlar tərəfindən emblem olaraq istifadə edilir. Həmçinin, milli, dünyəvi Azərbaycan bayramları xristianlar tərəfindən qeyd edilir. Məsələn, Bayraq günündə Azərbaycan bayrağının kilsədə mərkəzə yerləşdirilməsi, Azərbaycan mahnı və rəqslərinin oxunması halına rast gəlinmişdir. Kilsələrdən birində Qarabağ və onun qaytarılması üçün dua edilmiş, video internetdə yayılandan sonra Qarabağı işğalda saxlayan ermənilərin narazılığına səbəb olmuşdur.

Məşhur şəxslər

Özləri xristianlığı qəbul etmiş şəxslər

  • Mirzə Kazım bəy. Azərbaycan alimidir. 1823-cü ildə xristianlığı qəbul etmiş, buna görə atası tərəfindən döyülmüşdür.
  • Banin. Katolik dinini qəbul etmişdir.
  • Ucal Haqverdiyev. 1987-ci ildə pravoslav xristianı olur, xaç suyuna salınaraq "Pyotr" adını alır.
  • Onegin Hacıqasımov. 1985-ci ildə pravoslavlığı qəbul edir və 1988-ci ildə Moskva vilayətindəki Optina pustın monastırında "ierosximonax Simon" adını qəbul edir.
  • Behbud Mustafayev. Roma-Katolik kilsəsi tarixində katolik din xadimi olan ilk azərbaycanlıdır.
  • Tamilla Abbasova. Yarı azərbaycanlı, yarı rusdur. İnanc baxımından baptistdir.
  • Aleksandr Səmədov. Atası azərbaycanlı, anası rusdur. Xristiandır.

Əcdadları xristianlığı qəbul etmiş şəxslər

  • Aleksandr Kazımbəy. Onun ulu babası xristianlığı qəbul etmiş azərbaycanlı idi.
  • Mirzə Kazım bəy
    Mirzə Kazım bəy
  • Banin
    Banin
  • Ucal Haqverdiyev
    Ucal Haqverdiyev
  • Onegin Hacıqasımov
    Onegin Hacıqasımov
  • Aleksandr Səmədov
    Aleksandr Səmədov

Həmçinin bax

  • Azərbaycanda xristianlıq
  • Pravoslav azərbaycanlılar
  • Alban-Udi kilsəsi

Ədəbiyyat

  • Flynn, Thomas O. Scottish and Jesuit Missionaries in the North Caucasus and the Imperial Russian Dominions: Karass, Astrakhan, Mozdok, Orenburg, the Crimea and Odessa (1805–30s) // The Western Christian Presence in the Russias and Qājār Persia, c.1760–c.1870. Brill. 2017. 326–474. ISBN 978-9004163997.
  • Gasimova, Aida. "Qurʾānic Symbolism of the Eyes in Classical Azeri Turkic Poetry." Oriens, vol. 43, no. 1/2, 2015, pp. 101–53. JSTOR, http://www.jstor.org/stable/24801686 Arxiv surəti 20 dekabr 2024 tarixindən Wayback Machine saytında. Accessed 10 Feb. 2024.
  • Thomas, D., & A. Chesworth, J. (Eds.). (27 Feb. 2023). Christian-Muslim Relations. A Bibliographical History Volume 20. Iran, Afghanistan and the Caucasus (1800–1914). Leiden, The Netherlands: Brill.
  • Charles Dowsett. Sayatʻ-Nova: an 18th-century troubadour. A biographical and literary study Arxiv surəti 21 sentyabr 2024 tarixindən Wayback Machine saytında. Lovanii: In Aedibus Peeters, 1997, XVIII+507 p. ISBN 9068317954
  • Aliyeva, Y. (2021). Everyday Nationalism and Non-Traditional Christian Communities in Baku. New Diversities, 23(2), 43–63. https://doi.org/10.58002/reev-7n02
  • Lars Johanson. Restricted Access Isfahan – Moscow – Uppsala. On Some Middle Azeri Manuscripts and the Stations Along Their Journey to Uppsala (англ.) // Turcologica Upsaliensia: An Illustrated Collection of Essays : collection. — Sweden: Brill, 2020. — P. 167–179. — ISBN 978–9004435704.
  • Boratav, P. (2010). DEDE KORKUT HİKÂYELERİNDEKİ TARİHİ OLAYLAR VE KİTABIN TELİF TARİHİ. Journal of Turkology, 13, 31–62. https://doi.org/10.18345/tm.18399
  • Nuruzade, Shahla. (2016). RELIGIOUS VIEWS IN MODERN AZERBAIJAN. Theoretical & Applied Science. 43. 151–157. 10.15863/TAS.2016.11.43.28.
  • Wiktor-Mach, Dobroslawa (2017). Religious Revival and Secularism in Post-Soviet Azerbaijan. De Gruyter.
  • Golden, P., Ben-Shammai, H., & Roná-Tas, A. (Eds.). (13 Aug. 2007). The World of the Khazars. Leiden, The Netherlands: Brill.

Əlavə ədəbiyyat

  • O'Flynn, T. (28 Aug. 2017). The Western Christian Presence in the Russias and Qājār Persia, c.1760–c.1870. Leiden, The Netherlands: Brill.
  • "The Western missionaries in Azerbaijani society (1835–1914)", in : Robert Gleave, ed., Religion and Society in Qajar Iran. Londres et New York, Routledge Curzon, 2005, pp. 270–292.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xristian azərbaycanlılar haqqında məlumat. Xristian azərbaycanlılar nədir? Xristian azərbaycanlılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Laza (Qusar)

  • Fevral 24, 2026

    Çexlər

  • Fevral 24, 2026

    Anna Qolubkina

  • Fevral 24, 2026

    Cersi

  • Fevral 10, 2026

    NATO

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst