Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond — "Birləşmiş Millətlər Təşkilatın Uşaq Fondu") — 1954-cü ildə uşaq hüquq

YUNİSEF

  • Ana Səhifə
  • Vikipediya
  • YUNİSEF

UNICEF, BMT-nin Uşaq Fondu (ing. United Nations International Children’s Emergency Fond — "Birləşmiş Millətlər Təşkilatın Uşaq Fondu") — 1954-cü ildə uşaq hüquqlarının qorunması üçün qurulmuş təşkilat.

BMT Uşaq Fondu
UNICEF, UNICEF
Loqonun şəkli
Yaranma tarixi 11 dekabr 1946
Mərkəzi
  • Nyu-York
Qurucusu
  • Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası
Mükafatları "Nobel" sülh mükafatı — 1965
unicef.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Haqqında

Poçt markası (1996).

BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu (UNİCEF — United Nations International Children’s Emergency Fund) adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə "Uşaq hüquqları" bəyannaməsi qəbul edildi.

Uşaq Fondunun yardımları aşağıdakı üç formada həyata keçirilir. Proseslər bunlardır:

-Uşaqlara yardım proqram və planlarının hazırlanmasının dəstəklənməsi;
-bu proqramların həyata keçirilməsi üçün material və avadanlıqların verilməsi;
-İnkişaf etməkdə olan ölkələrin özündə Fond heyətinin hazırlanması üçün lazımi vəsait və kadrların ayrılması.

1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.

BMT Baş Məclisi 1989-cu ilin dekabrında "Ümumdünya Uşaq hüquqları haqqında" Konvensiyanı qəbul və təsdiq etdi. Bu məqsədlə 1990-cı ildə Ümumdünyagörüşü çağırıldı.

UNİCEF "Uşaq Hüquqları haqqında" Konvensiyanı həyata keçirmək üçün bütün dövlət və qeyri-dövlət təşkilatları ilə əməkdaşlıq edir, cari və perspektiv BMT proqramlarına uyğun olaraq fəaliyyət göstərir.

Fonda rəhbərliyi İcraiyyə Şurası həyata keçirir. Şura 36 üzvdən ibarətdir. UNİCEF-in 113 ölkədə və 242 məntəqədə 6200 əməkdaşı çalışır. Bunların 84% bilavasitə yerlərdə fəaliyyət göstərir. Uşaq Fondunun mənzil qərargahları Nyu-York, Kopenhagen və Florensiyada, regional şöbəsi isə Cenevrədə fəaliyyət göstərir.

UNİCEF tamamilə könüllü yardımlar hesabına fəaliyyət göstərir. Bütün yardımların 30%-dən çoxu uşaq sağlamlığının qorunmasına (vaksinlər, uşaq qidası, və s. alınmasına) sərf olunur.

Fondun başlıca mətbu orqanları "Dünyada uşaqların vəziyyəti" və "Millətin inkişafı" jurnallarıdır.

Azərbaycanda

2025-ci ilin yayında UNICEF Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacağını açıqlayıb.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, YUNİSEF haqqında məlumat. YUNİSEF nədir? YUNİSEF nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    I Eduard

  • Fevral 23, 2026

    Heyvanlar

  • Fevral 27, 2026

    Nəcis

  • Fevral 27, 2026

    Ekstremal hava

  • Fevral 27, 2026

    Sultanum Bəyim

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst