Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Yırğançay kəndi Qaraxaç silsiləsinin şərq ətəklərində, dəniz səviyyəsindən 1630–1680 m. yüksəklikdə, Ermənistanla sərhəddə yerləşir. Yüksək dağlıq və az əlveriş

Yırğançay

  • Ana Səhifə
  • Vikipediya
  • Yırğançay

Yırğançay — Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun tabeçiliyində kənd.

Yırğançay
ირგანჩაი
41°12′22″ şm. e. 44°08′28″ ş. u.HGYO
Ölkə
  •  Gürcüstan
Tarixi və coğrafiyası
İlk məlumat 1870
Mərkəzin hündürlüyü 1.660 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 2.014 nəf. (2014)
Rəqəmsal identifikatorlar
Telefon kodu +995 (360)
Poçt indeksi 1707
Xəritəni göstər/gizlə
Yırğançay xəritədə
Yırğançay
Yırğançay

Mündəricat

Coğrafi mövqeyi

Yırğançay kəndi Qaraxaç silsiləsinin şərq ətəklərində, dəniz səviyyəsindən 1630–1680 m. yüksəklikdə, Ermənistanla sərhəddə yerləşir. Yüksək dağlıq və az əlverişli fiziki-coğrafi mövqeyə malikdir. Qışı sərt, yayı sərin keçir. Rayon mərkəzindən 24 km., paytaxt Tiflisdən 95 km. cənub-qərbdədir. Ağ çay və Qaranlıq dərə adlı dağ çayları kəndin içərisindən keçir.

Əhalisi

2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Yırğançay kəndində 3000 nəfər sakin (rayon əhalisinin 9,6%-i) yaşayır. Əhalinin 50,3%-i kişilər, 49,7%-i qadınlardır. Əhalisinin sayına və ərazi bütövlüyünə görə Yırğançay bağlı olduğu rayondan və digər kəndlərdən böyükdür. Rəsmi statistikaya əsasən əhalinin 100%-i azərbaycanlılardan ibarətdir.

Təsərrüfatı

Yüksək dağlıq zonada yerləşən Yırğançayda əhalinin əsas məşğuliyyət sferası südlük-ətlik heyvandarlıq, xüsusilə maldarlıqdır. Torpaq örtüyünün zəif inkişafı və iqlimin əlverişsizliyi ilə əlaqədar olaraq kartofçuluq istisna olunmaqla, əkinçilik çox zəif inkişafı ilə səciyyələnir. Ermənistanla sərhəd xəttinin cəmisi 1 km. olması və Dmanisi rayonunun ən yaxın kəndinin buradan 13 km. məsafədə yerləşməsi, habelə infrastrukturun "yox" səviyyəsində olması təsərrüfat əlaqələrinin inkişafına ciddi maneəçilik törədir.

Mədəniyyəti

Yırğançayda hal-hazırda azərbaycandilli bir orta məktəb, bir ambulator tipli xəstəxana,, bir xalçaçılıq sexi fəaliyyət göstərir.Kənddə Gürcüstan sərhəd qoşunlarının hərbi hissəsi yerləşir. Marneuli və Dmanisi şəhərləri ilə gündəlik, Tiflis və Bakı şəhərləri ilə qeyri-müntəzəm avtobus marşrutları işləyir.

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Yırğançay haqqında məlumat. Yırğançay nədir? Yırğançay nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tarım şəhristanı

  • Fevral 27, 2026

    Sərbəst qızıl

  • Fevral 24, 2026

    Aprel döyüşləri

  • Fevral 27, 2026

    Lepus

  • Fevral 27, 2026

    Mezoamerika

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst