Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mezoamerika (qədim yunana μέσος "orta") — təxminən Meksikanın mərkəzindən Honduras və Nikaraquaya qədər uzanan tarixi-mədəni bölgədir (Mərkəzi Amerika ilə qarış

Mezoamerika

  • Ana Səhifə
  • Vikipediya
  • Mezoamerika

Mezoamerika (qədim yunana μέσος "orta") — təxminən Meksikanın mərkəzindən Honduras və Nikaraquaya qədər uzanan tarixi-mədəni bölgədir (Mərkəzi Amerika ilə qarışdırılmamalıdır). Bu termin 1943-cü ildə alman filosofu və antropoloqu Paul Kirxhoff tərəfindən irəli sürülüb.

Mezoamerikanın xəritəsi

"Mezoamerika" termini yunan dilindən hərfi mənada Mərkəzi Amerika kimi tərcümə olunur. Konkret halda tərif ortaq dini və mədəni xüsusiyyətlərə malik yüksək inkişaf etmiş mədəniyyətlərin və sivilizasiyaların mövcud olduğu Mərkəzi Amerika ərazisinə aiddir. Mezoamerikanın sərhədləri həmişə dəyişib və bəzi Mezoamerikan dövlətlərinin ekspansionist siyasətindən asılı olub. İlk dəfə bu anlayışdan Kolumbaqədərki mədəniyyətləri tədqiq edən alman antropoloqu Paul Kirxhoff istifadə etdi və mədəniyyətlərin Meksikanın cənubunda, Qvatemalada, Belizdə, Salvadorda, Honduras qərbində, Nikaraqua Sakit okean ovalığında və Kosta Rikanın şimal-qərbində yerləşdiyini qeyd etdi. Onlar bir sıra ümumi xüsusiyyətlərə malik idi. Toplanmış məlumatlar əsasında antropoloq belə qənaətə gəldi ki, bu sivilizasiyalar minilliklər boyu qonşuluq və qarşılıqlı mədəni-ticarət təsiri nəticəsində ümumi mədəni klaster təşkil edib. Bu termin hələ də elmi ictimaiyyətdə rəsmi olaraq qəbul edilir, baxmayaraq ki, ümumiyyətlə Mezoamerikanın bir hissəsi sayılmayan Aridoamerika və Oazisamerika mədəni qruplarına aid sivilizasiyaları ayırmaq adətdir.

Kolumbaqədərki dövrdə Mezoamerikanın əhalisi aşağıdakı xüsusiyyətlərə görə fərqlənirdi:

  • mürəkkəb hökumət strukturlarına malik əkinçilik və qarğıdalı cəmiyyətləri;
  • geniş mərasim mərkəzləri və ya hətta böyük daş strukturları olan şəhərlər (piramidalar, saraylar, müqəddəs top oyunu üçün arenalar);
  • sənətkarlığın yüksək inkişaf səviyyəsi: daş, keramika, ağac, toxuculuq, metal, rəsm (rəssamlığa qədər);
  • astronomik biliklər, qeyri-adi dəqiq təqvim, özünəməxsus yazı sistemlərinin inkişafı.
  • iki təqvimin, bir dini 260 günlük təqvimin və günəş ilinə əsaslanan 365 günlük təqvimin istifadəsi.
  • vigesimal say sistemindən istifadə
  • yazı, piktoqrafik və heroqlifin olması və ritual məqsədlər üçün amatl kağızından istifadə
  • qan kultu, ölüm, insan da daxil olmaqla geniş yayılmış qurbanlar

şamanizm əlamətlərini özündə birləşdirən dini panteonlar, təbiət tanrılarına sitayiş, simvollar.

  • dinlərə, mədəniyyətə, siyasətə və gündəlik həyata nüfuz edən dualizm inancı. Hindlilər inanırdılar ki, hər hansı canlı varlıq, əşya və ya hadisə onun əks hipostazına malikdir.
  • Mezoamerika xalqlarının dillərində ümumi sintaktik, leksik və fonoloji xüsusiyyətlərin olması

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Mezoamerika haqqında məlumat. Mezoamerika nədir? Mezoamerika nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Şalon-an-Şampan

  • Fevral 27, 2026

    Angellore

  • Fevral 27, 2026

    Termodinamikanın başlanğıcı

  • Fevral 27, 2026

    Luis Enrike

  • Fevral 27, 2026

    Cracker Island

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst