Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəyal Rza — şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komiss

Xəyal Rza

  • Ana Səhifə
  • Vikipediya
  • Xəyal Rza

Xəyal Rza — şair, jurnalist Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Mikayıl Müşfiq Komissiyasının sədri, AYB.az saytının baş redaktorudur.

Xəyal Rza
Xəyal Məhəmməd oğlu Rzazadə
Doğum tarixi 17 aprel 1980(1980-04-17) (45 yaş)
Doğum yeri
  • Kəbirli, Beyləqan rayonu, Azərbaycan SSR, SSRİ
Anası Tamaşa Xəyali
Üzvlüyü
  • Azərbaycan Yazıçılar Birliyi
Mükafatları "Tərəqqi" medalı

Mündəricat

Həyat və fəaliyyəti

Xəyal Rza 17 aprel 1980-ci ildə Beyləqan rayonunda anadan olub. 1997-ci ildən mətbuatdadır. Müxtəlif qəzetlərdə müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildən Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Redaktorlar Birliyinin üzvü olmuşdur.

Qəzetdə şöbə müdiri, redaktor, baş redaktor vəzifələrində çalışmışdır. Elə ilk kitabı da 2001-ci ildə "O dünyaya məktublar" (məqalələr) adlanır. Şair olaraq şeirə klipi ilk dəfə Xəyal Rza çəkdirmişdir.

Beynəlxalq Türkdilli Jurnalistlər Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin və Avrasiya Yazarlar Birliyinin üzvüdür. 7 kitab, 3 şeirlər audio kitabının müəllifidir. "Aşk olsun" adlı şeirlər kitabı 2017-ci ildə Türkiyədə çap edilib. Şeirləri dünyanın müxtəlif dillərinə tərcümə edilərək, ayrı-ayrı ölkələrdə qəzet, jurnal və almanaxlarda çap edilib. 2015-ci ildən İLESAM-ın (Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi) üzvü və Azərbaycan Təmsilçisidir.

2010-cu ildən hər il 5 iyun tarixində keçirilən Şairlər Günü layihəsinin ideya müəllifi və təşkilatçısıdır.

Türkiyədə və Azərbaycanda önəmli mükafatlara layiq görülmüşdür. Azərbaycan və Türkiyə müğənnilərinin ifalarında səslənən onlarla mahnıların söz müəllifidir.

Beynəlxalq Mahmud Kaşqari Fondunun sədr müavindir.

2019-cu ilədən Türkiye İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliğinin (İLESAM) Beynəlxalq Əlaqələr bölməsinin rəhbəridir.

Mükafatları

  • 2011-ci ildə İstanbulda Avropa Qazeteciler Dernegi tərəfindən "Yılın en iyi şairi";
  • 2011-ci ildə Bakıda Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən "İlin yeni nəsil şairi";
  • 2014-cü ildə Türkdilli Beynəlxalq Jurnalitslər Birliyi tərəfindən Türkiyənin Bartin şəhərində "İsmayıl Qaspıralı – Qəzetəçilik Məslək Ödülü" mükafatlarına layiq görülüb.
  • 2019-cu ildə Türkiye İlm ve Edebiyyat Eseri Sahibleri Meslek Birliği (İLESAM) tərəfindən Ankarakada təşkil edilmiş III Milli Birlik Simpoziumunda "Türk Dünyası Onur Medalına" layiq görülüb.
  • 27.05.2022-ci ildə "Aşıq Ələsgər – 200" yubiley medalı ilə təltif olunmuşdur.

Kitabları

  • "O dünyaya məktublar" (məqalələr) 2001-ci il
  • "O dünyada görüşərik" (şeirlər) 2001-ci il
  • "Ötən ilin uğurları" (məqalələr) 2005-ci il
  • "Söz dünyası" (şeirlər) 2007-ci il
  • "Uğurun olum" (şeirlər) 2011-ci il
  • "Aşk olsun" (Türkiyə) (şeirlər) 2017-ci il
  • "The World Smells Love" (şeirlər ingilis dilində) 2021-ci il

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xəyal rza sözünün mənası, xəyal rza haqqında məlumat. xəyal rza nədir? xəyal rza nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Similan adası

  • Fevral 27, 2026

    Qax rayonu

  • Mart 01, 2026

    Achariaceae

  • Mart 01, 2026

    Midlsbro FK

  • Fevral 27, 2026

    Fuad Quliyev

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst