Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xəndan Sultan (təq. 1570 – 9 noyabr 1605, İstanbul) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan.

Xəndan Sultan

  • Ana Səhifə
  • Vikipediya
  • Xəndan Sultan

Xəndan Sultan (təq. 1570 – 9 noyabr 1605, İstanbul) — 13. Osmanlı sultanı III Mehmedin xanımı və I Əhmədin anası, Validə sultan.

Xəndan Sultan
Validə sultan
ƏvvəlkiSəfiyyə Sultan
SonrakıHəlimə Sultan
Şəxsi məlumatlar
Doğum tarixi təq. 1570(1570)
Vəfat tarixi 9 noyabr 1605(1605-11-09) (34–35 yaşında)
Vəfat yeri İstanbul, Osmanlı imperiyası
Dəfn yeri Sultan Mehmed türbəsi, İstanbul
Fəaliyyəti Validə Sultan, qul[d]
Həyat yoldaşı III Mehmed
Uşaqları Şahzadə Səlim
I Əhməd
Şahzadə Osman
Humaşah Sultan
Aişə Sultan
Ümmügülsüm Sultan
Dini Xristian, İslam

Mündəricat

Saraya daxil olmağı

Xəndan Sultan , son araşdırılan Balyos Raporları'na görə Boşnak əsilli və Cərrah Mehmed Paşanın cariyələrindən olan bir qız idi. Gözəlliyindən görə o dövrdə Manisa bayraq bəyi olan III Mehmedə hədiyyə edilmiştir. Yəni qısaca Xəndan Sultan 1583-cü ilin ikinci yarısında hareme girmişdir. Harama addım atmasından sonra Səfiyyə Sultanın ilk gəlini Halime Sultanın anlaşılmazlıqları nəticəsində III . Mehmed'e şəxsən Səfiyyə Sultan tərəfindən təqdim edildiyi aydın olur. 1589-cu ilin ətrafında III Mehmedin yoldaşı olduğu düşünülməkdədir. Daha sonra özünə ''gülər'' ya da ''şən'' mənasına gələn ''Xəndan'' adı verilmişdir . Təmiz əxlaqı ilə özünü hər kəsə sevdirən Xəndan Sultan yaşadığı müddət boyunca oğlu Şahzadə Əhmədin tərbiyəsi ilə maraqlandı.

Validə Sultanlıq dövrü

Xəndan Sultan oğlunun 13 yaşda taxta çıxması səbəbi ilə dövlət idarəsində güclü rol oynadı. Leslie Piercə görə, Xəndan Sultan ilk illərdə oğlunun adına dövləti şəxsən idarə etsə də, yalnızca 1000 axca, nənəsi Səfiyyə Sultan isə 3000 axca illik maaş alırdı. Xəndan Sultanın oğlu taxta çıxanda nənəsi Səfiyyə Sultan hələ də sarayda idi. Xəndan Sultan özü üçün təhdid meydana gətirən Səfiyyə Sultanın 9 yanvar 1604'te Köhnə Evə göndərilməsində təsirli oldu.

Xəndan Sultan Validə Sultanlığı boyunca Şahzadə Mustafanın həyatını qorumağa çalışmışdır. Vəfatından sonra şahzadənin öldürülmə fikri yenidən canlansa da Kösəm Sultanın hərəmə girişiylə uşaq yaşındakı padşah I Əhməd tamamilə bu fikirdən imtina etmişdir. Təbii ki, bu səbəblərin arasında Şahzadə Mustafanın ağıl sağlamlığının yerində olmaması da çox əhəmiyyətli bir amildi.

Xəndan Sultanın özü birbaşa olaraq siyasətə dolaşıq sevən biri deyildi və geri planda dayanıb xeyir işləri ilə yaxşılıq etməyi sevən bir Validə Sultandı. Bunda Səfiyyə Sultanın çox çox yüksəldikdən sonra yaşadığı sərt enişin və Xəndan Sultanın iqtidar ehtirasından çox xeyir işlərinə yönəlməsinin bir səbəb ola biləcəyi açıqdır.

Şəxsiyyəti

Xəndan Sultanın doğum ili və milliyyəti dəqiq bilinmir. Yunan əsilli və əsl adının Helen olduğu bəzi təsdiqlənməyən tarixi mənbələrdə qeyd olunur. 1603 tarixində oğlu I. Əhməd 13 yaşında taxta çıxdıqda Validə Sultan elan edildi. İki il ərzində oğlunun adından şəxsən Osmanlı dövlətini idarə etmişdir. Dövlət sənədlərində "Dövlətli, ismətlu Xəndan Validə Sultan Aliyyətüş-Şan Həzrətləri" olaraq anılmışdır.

Ölümü

Xəndan Sultan oğlunun halkimiyyət illərində çox yaşamadı. Ölüm səbəbi bilinməsə də, bəzi qaynaqlarda ölüm səbəbi olaraq mədə xərçəngi göstərilir. Cənazəsi ərinin yanına, Sultan Mehmed türbəsinə dəfn edilmişdir.

Vəfatından sonra

Validə Sultanın cənazəsi Ayasofya Məscidində bütün dövlət ərkanı iştirakı qılınan namazının ardından III. Mehmedin türbəsinə dəfn edildi.

Xəndan Sultanın ölümü I Əhmədə çox təsir etmişdir. Sultan Əhməd xan validəsinin vəfatından sarayda dayana bilməz hala gəldi və yeddi gün sonra olduqca soyuq bir çağda fırtınaya baxmayaraq üç parça qadırğa ilə Bursaya getmişdir. Sədrəzəm baş məmuru olaraq Dərviş Paşa İstanbulda buraxıldı.

Vəfatından sonra salalar verildi və xalqa sədəqələr paylandı.

Əhməd xan anasının ölümünə görə çox kədərlənmişdir. Günlərlə gözyaşı tökən padşah validəsinin ölümündən sonra daha şiddətli bir hökmdar olmuşdur. Quyuçu Murad Paşanın sərt siyasətinə dəstək verməsindən də bu vəziyyət rahatca aydın ola bilər.

Övladları

  • Şahzadə Səlim (1585–1597)
  • Sultan I Əhməd (1590–1617)
  • Şahzadə Osman (1597–1601)
  • Aişə Sultan
  • Humaşah Sultan
  • Ümmügülsüm Sultan

Həmçinin bax

  • I Əhməd
  • III Mehmed
  • Validə sultanlar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xəndan Sultan haqqında məlumat. Xəndan Sultan nədir? Xəndan Sultan nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Culfa şəhristanı

  • Fevral 25, 2026

    Mayya xalqı

  • Fevral 27, 2026

    Skelet (insan)

  • Fevral 27, 2026

    Persepolis

  • Fevral 27, 2026

    Podpolkovnik

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst