Xürəl — Azərbaycan Respublikasının Qusar rayonunun Avaran kənd inzibati ərazi dairəsində kənd.
| Xürəl | |
|---|---|
| |
| 41°25′56″ şm. e. 48°21′06″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Qusar rayonu |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəqəmsal identifikatorlar | |
| Poçt indeksi | AZ3823 |
![]() Xürəl | |
Tarixi
Çar imperiyası ilə mübarizə
XIX əsrdə Xürəl kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər. .
Sovet hakimiyyəti ilə mübarizə
1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Yasab kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.
Etimologiyası
Toponim ləzgi dilindəki xur/xür (kənd) və əl/el (üst) sözlərindən düzəlib, "kəndin üstü" mənasındadır. Kəndə bu ad başqa kəndin üst tərəfində yerləşdiyinə görə verilmişdir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1152 nəfər əhali yaşayır.
Sixillər
Kəndəki sixillər (klanlar, soylar):
- Başaratar
- Tunpalar
- Tuxular
- Manqular
- Şatar
- Kistiyar
- Datar
Tanınmış şəxsiyyətləri
- Zeynəddin Xasmətov — Azərbaycan Respublikasının Milli Məclisinin I çağırış deputatı.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xürəl haqqında məlumat. Xürəl nədir? Xürəl nə deməkdir?

