Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xromosom — Dezoksiribonuklein turşusu və zülallardan əmələ gəlmiş hüceyrəvi struktur. Hüceyrə nüvəsinin daimi və mütləq vahidi sayılır. Yunan dilindən tərcümədə

Xromosom

  • Ana Səhifə
  • Vikipediya
  • Xromosom

Xromosom — Dezoksiribonuklein turşusu və zülallardan əmələ gəlmiş hüceyrəvi struktur. Hüceyrə nüvəsinin daimi və mütləq vahidi sayılır. Yunan dilindən tərcümədə boyanan cisimciklər deməkdir. Hüceyrənin daxili quruluşunu öyrənmək məqsədilə işlənilən əsas boyalarla rənglənir.

Xromosomum sxematik quruluşu

Hüceyrə bütün canlı formalarının ən kiçik vahididir. Eukariot hüceyrələr sitoplazma və nüvədən meydana gəlmişdir.

Hüceyrənin bölünməsi dövründə xromosom ikiləşir və bala hüceyrələrə bərabər miqdarda paylanır (mitoz bölünmə).

Xromosomların kəşfi, tədqiqi və sitogenetik öyrənilmə üsulları

Xromosom termini ilk dəfə 1888-ci ildə V. Valdeyer təklif etmişdir. Xromosomlar mitotik bölünmə prosesində əsas boyalarla intensiv boyanma qabiliyyətinə malikdir. İlk dəfə 1848-ci ildə alman botaniki V. Qofmeyster tradeskansiya tozcuqlarının ana hüceyrələrini tədqiq edərkən xromosomları müşahidə etmişdir.

Xromosomların daha müfəssəl öyrənilməsi və təsviri mitoz bölünmənin kəşfi ilə əlaqədardır.

İnsan xromosomlarının tədqiqi F. Flemminqin (1882) elmi tədqiqatlarından başlamışdır. Belə ki, o gözün buynuz qişasında mitozu öyrənərkən xromatid cisimciklərini aşkara çıxarmışdır. Sonralar, insan xromosomlarının sayı, ölçüsü və morfoloji xüsusiyyətləri Vinivarter, T.Paynter, A.Q.Andres, M. S. Navaşin və b. tərəfindən öyrənilmişdir.

Həm klassik, həm də müasir tədqiqat üsullarının (elektron mikroskopu, sitofotometriya, radioavtoqrafiya və s.) tətbiqi sayəsində xromosomların morfologiyasının və hüceyrənin bölünməsi zamanı davranışının dərindən öyrənilməsi göstərdi ki, onlar genetik cəhətdən mürəkkəb, universal irsi vahidlər olub viruslarda, bitkilərdə və heyvanlarda təsadüf edilir.

Bitki və heyvan hüceyrəsi xromosomlarını öyrənmək üçün hüceyrələri intensiv bölünən toxumalardan hazırlanmış daimi və müvəqqəti preparatlardan istifadə edilir. Xromosomların öyrənilməsi üçün mitoz və meyoz bölünmələrin metafaza və ya anafaza mərhələləri daha əlverişlidir. Xromosomları aşkara çıxarmaq üçün müxtəlif toxuma kulturası üsullarından istifadə olunur. Burada məqsəd, mitozun, yaxud meyozun metafaza mərhələsində daha çox hüceyrə toplamaqdır.

Məsələn, hüceyrə bölünməsinin metafaza mərhələsində ləngitmək üçün toxuma kulturasının axromatin iy tellərini qıran və ya hərəkətini zəiflədən müxtəlif maddələr-kolxisin, vinblastin, vinkristin, yaxud kolsemid məhlulu əlavə edirlər.

Metafaza mərhələsində olan mitotik hüceyrələri toplamağın digər üsulu Stabbfild üsuludur. Həmin üsulun mahiyyəti ondan ibarətdir ki, metafaza mərhələsində olan qabın divarlarına, digər bölünmə mərhələlərindəki hüceyrələrə nisbətən zəif yapışır. Toxuma kulturasına hüceyrələrin şüşə ilə təmasını azaldan maddələr, məsələn, soyuq tripsin, yaxud versen qatılıqda metafaza hüceyrələrinin çıxımı 80%-dək artır.

Hüceyrədən xromosomlar ayırmağın növbəti mərhələsi hüceyrə qılafının dağıdılması, xromosomların sitoplazmada bərabər paylanması və sonrakı təmizlənməsidir. Hüceyrələri hipotonik məhlula saldıqda onların qılafı dağılır.

Xromosom mutasiyaları

Mutasiyalar nukleotidlər üzərində ola bildiyi kimi, xromosomlarda da meydana gələ bilir. Bir az da bunlara nümunələr verək:

  • Xromosom böyütmələri (amplifications): Bəzi hallarda DNT kopyalanır, lakin hüceyrə bölünməsi reallaşmır. Bütov genomda meydana gəlirsə çoxxromosomluluq (polyploidy) olaraq adlandırılan bu vəziyyətdə, hüceyrə içərisindəki gen miqdarı qatlanmış və bu səbəbdən çıxarılan hər kimyəvi maddənin miqdarı artmış olur. Çox vaxt bu vəziyyətlər hüceyrənin funksiyasının pozulmasına səbəb olsa da, nəticələri əvvəldən təxmin edilə bilinmir.
  • Xromosom silinmələri: Bu vəziyyətdə, xromosom üzərindəki nəhəng bölgələr xromosomdan qoparaq silinirlər. Bu da çox vaxt hüceyrənin funksiyasını pozarkən, bəzən də ölümcül olmadığı üçün müxtəlifliyə səbəb ola bilər.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xromosom haqqında məlumat. Xromosom nədir? Xromosom nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Km

  • Fevral 24, 2026

    Orhus Universiteti

  • Fevral 25, 2026

    Mayya xalqı

  • Fevral 23, 2026

    4 fevral

  • Fevral 24, 2026

    Abbas Zəryab

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst