Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xoakin Peyro Lukas (isp. Joaquín Peiró Lucas; 29 yanvar 1936, Madrid – 18 mart 2020[…], Madrid) ― hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş İspaniya o

Xoakin Peyro

  • Ana Səhifə
  • Vikipediya
  • Xoakin Peyro

Xoakin Peyro Lukas (isp. Joaquín Peiró Lucas; 29 yanvar 1936, Madrid – 18 mart 2020[…], Madrid) ― hücumameyilli yarımmüdafiəçi mövqeyində çıxış etmiş İspaniya oyunçusu və məşqçisi. Peşəkar karyerasının başladığı və sona çatdığı "Atletiko Madrid" klubunda çıxış edərkən o, səkkiz La Liqa mövsümü ərzində 166 oyuna 95 qol vurmağı bacarmışdır. Daha sonra o, İtaliyaya köçdü və 10 il ərzində 3 müxtəlif klubun şərəfini qorudu. O, İspaniya millisini iki Dünya Kubokunda təmsil etmişdir.

Xoakin Peyro
Ümumi məlumatlar
Doğum tarixi 29 yanvar 1936(1936-01-29)
Doğum yeri
  • Madrid, Madrid vilayəti[d], İspaniya
Vəfat tarixi 18 mart 2020(2020-03-18)[…] (84 yaşında)
Vəfat yeri
  • Madrid, Madrid muxtar birliyi, İspaniya
Vətəndaşlığı
  •  İspaniya
Boyu 1,78 m
Mövqeyi hücumçu
Karyerası
Gənclik karyerası
Atletiko Madrid
→Kovadonqa (icarə)
→Tolosa (icarə)
→Xusa (icarə)
→Ferroviariya (icarə)
Klub karyerası
1955—1962 Atletiko Madrid 166 (93)
1962—1964 Torino 46 (10)
1964—1966 İnter Milan 25 (8)
1966—1970 Roma 103 (21)
Milli yığma
1959 İspaniya U-21 1 (0)
1956–1959 İspaniya B 1 (0)
1956–1966 İspaniya 1 (0)
Məşqçisi olduğu klublar
1978—1985 Atletiko Madrid B
1985—1988 Qranada
1988—1989 Figeras
1990 Atletiko Madrid
1992—1993 Real Mursiya
1997—1998 Badaxos
1998—2003 Malaqa
2003—2004 Real Mursiya

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1978-ci ildən başlayaraq 30 ilə yaxın Peyro məşqçi kimi işləməyə başladı.

Mündəricat

Oyunçu karyerası

Klub

Madrid şəhərində anadan olan Peyron "Atletiko Madrid"ə məxsus olsa da, icarə əsasında "Real Mursiya"da çıxış edirdi və məhz bu klubda peşəkar oyunçu debütunu etmişdir. Doğma şəhərinin klubunda isə o, 1955–66 mövsümündə 16 tam La Liqa matçı keçirərək nəticədə turnirdə beşinci yeri tutdu və beləcə klubun əsas oyunçusuna çevrildi. O, hücum xəttinin önəmli oyunçusu idi və UEFA Kuboklar Kuboku 1961/1962 mövsümünün "Fiorentina" qarşı keçirilən hər iki final oyununda (1–1 birinci oyunda, 3–0 cavab oyunda) qol vurmuşdur.

Paytaxt klubunda keçirdiyi son mövsümdə (1962–63) 3 oyuna 6 qol vurdu və mövsümü bitirmədən "Torino"ya transfer olundu və beləliklə Luis Suarezdən sonra Seria A-da oynamış ikinci ispaniyalı oldu, daha sonra o, "İnter" klubuna keçərək "Grande Inter" adlanan heyətin bir üzvü oldu və Elenio Erreranın başçılıq etdiyi dönəmdə 1965 Çempionlar Kubokunun qalibi oldu. Müvəfəqiyyətli kampaniya zamanı o, "Liverpul"a qarşı keçirilən yarımfinal mərhələsinin cavab oyununda qol müəllifi olmuşdur (Enfild stadionunda keçirilən ilk oyunda hesab 1–3 ingilis klubunun xeyrinə bitmişdir, bu oyun isə 3–0).

İtaliyada Peyro ən çox il "Roma"da keçirtdi və klubla İtaliya Kubokunu qazandı, burada o, hətta kapitan elan olunmuşdur.

Milli komanda

10 il ərzində çıxış etdiyi millinin heyətində o, 12 oyuna 5 qol vurmuşdur. İlk oyunu 3 iyun 1956-cı ildə cəmi 20 yaşında 1–3 hesablı məğlubiyyətlə bitən Portuqaliyaya qarşı yoldaşlıq oyununda keçirtdi və ispaniyalıların yeganə qolunun müəllifi oldu. O, Çilidə keçirilən 1962 FİFA Dünya Kubokunda iştirak edərək yalnız Meksika komandasının qapısına yol tapmışdır, bundan başqa o, İngiltərədə keçirilən 1966 FİFA Dünya Kubokunda iştirak etmişdir. Hər iki turnirdə komanda qrup mərhələsini aşa bilmədi.

Milli komanda qolları

# Tarix Məkan Rəqib Hesab Nəticə Yarış
1. 3 iyun 1956 Xamor, Lissabon, Portuqaliya  Portuqaliya 2–1 3–1 Yoldaşlıq oyunu
2. 15 may 1960 Santiaqo Bernabeu, Madrid, İspaniya  İngiltərə 1–0 3–0 Yoldaşlıq oyunu
3. 17 iyul 1960 Milli stadion, Santyaqo, Çili  Çili 0–4 1–4 Yoldaşlıq oyunu
4. 18 may 1961 Santiaqo Bernabeu, Madrid, İspaniya  Uels 1–0 1–1 1962 FİFA Dünya Kuboku seçmə mərhələsi
5. 3 iyun 1962 Sausalito, Vinya-del-Mar, Çili  Meksika 1–0 1–0 1962 FİFA Dünya Kuboku

Məşqçi karyerası

Peyro məşqçiliyə 1978-ci ildə "Atletiko"nun rezerv komandasıyla başladı və iki il sonra onlarla ikinci futbol divizionuna yüksəldi. Daha sonra, bir müddət ikinci və üçüncü səviyyə divizyonlarda "Qranada"ya rəhbərlik etdi və bu klubu əsas liqaya çıxarda bildi.

1989–90 mövsümündə o, "Atletiko Madrid"in mövsüm ərzində təyin etdiyi 3 məşqçidən biri idi, klub sonda liqada 4-cü yeri tuta bildi. Karyerasında bir ara fasilə verdikdən sonra ikinci divizionda işləməyə davam etdi.

Peyronun məşqçi kimi ən böyük müvəffəqiyyəti 1999-cu ildə 63 yaşında "Malaqa" klubu ilə ikinci divizyonun çempionu qismində yüksək çempionata çıxması oldu. Daha sonra, əndəlüslülər 2002 UEFA İntertoto Kubokunu qazandı və sonrakı UEFA Kubokunun dörddəbir finalına çıxdı.

Peyronun məşqçi kimi çalışdığı son iş yeri "Real Mursiya" oldu ki, mövsüm bitməmiş o, istefaya göndərildi, klub isə sonda aşağı divizyona düşdü.

Ölümü

Sağlamlıq problemləri ilə illərlə mübarizə aparan Peyro, 84 yaşında Madriddə vəfat etdi.

Nailiyyətləri

Oyunçu kimi

Mursiya

  • Sequnda divizyonu: 1954–55

Atletiko Madrid

  • Kopa del Generalísimo: 1959–60, 1960–61
  • UEFA Kuboklar Kuboku: 1961–62

İnter

  • Seria A: 1964–65, 1965–66
  • Çempionlar Kuboku: 1964–65
  • Qitələrarası kubok: 1964, 1965

Roma

  • İtaliya Kuboku: 1968–69

Məşqçi kimi

Malaqa

  • Sequnda divizyonu: 1998–99
  • UEFA İntertoto Kuboku: 2002

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xoakin peyro sözünün mənası, xoakin peyro haqqında məlumat. xoakin peyro nədir? xoakin peyro nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Okayama

  • Fevral 27, 2026

    Tanqeranq

  • Fevral 27, 2026

    Malakka boğazı

  • Fevral 27, 2026

    E.ə. 87

  • Mart 06, 2026

    Karlo Allioni

Trend Mahnılar
  • Mart 07, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Mart 07, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Mart 07, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Mart 07, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Mart 07, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst