Malakka boğazı (ind. Malakka Madura, malay Selat Melaka) — Malay yarımadasını Sumatra adasından ayıran boğaz. Hind okeanına daxil olan Andaman dənizini Sakit okeana daxil olan Cənubi Çin dənizi ilə birləşdirir. Boğazın uzunluğu 930 km, eni isə ən dar yerdə 38 km təşkil edir. Boğazın ən dayaz yerində dərinlik 25 m-dir. Strateji əhəmiyyət baxımından Süveyş kanalı və Panama kanalı ilə müqayisə oluna biləcək əhəmiyyətə malikdir. Bu yol Hind okeanı və Sakit okean arasında əsas dəniz yoludur.
| Malakka boğazı | |
|---|---|
| ind. Selat Melaka,malay Selat Melaka | |
| |
| Ümumi məlumatlar | |
| Eni | minimum 38 km |
| Uzunluğu | 930 km |
| Ən böyük dərinliyi | 113 m |
| Yerləşməsi | |
| 1°26′00″ şm. e. 102°53′00″ ş. u.HGYO | |
| Ölkələr | |
| Akvatoriyası |
|
| Ayırır | Malay yarımadasını Sumatra adasından |
![]() Malakka boğazı | |
İl ərzində boğazdan 50 min gəmi keçir ki, bu da dünya üzrə gəmi yükdaşımalarının 1/4-ni təşkil edir. Şərqi Asiya istiqamətində gedən neft daşımaları bu boğaz vasitəsilə həyata keçirilir. Bu istiqamətindəki daşımaların böyük qismi Yaponiya, Çin və Cənubi Koreyanın payına düşür. İl ərzində boğazdan tankerlər vasitəsilə 11 milyon barel xam neft daşınır.
Boğazda, həmçinin terror və piratlıq təhlükəsi yüksəkdir. 2003-cü ildə dünya üzə pirat hücumlarının 3/4 hissəsi boğazın üzərinə düşüb. Digər bir təhlükə isə Sumatra adasında mütəmadi baş verən yanğınlar zamanı boğazda görüş məsafəsinin 200 m-ə qədər azalmasıdır.
Alternativ layihə
Tailand hökuməti boğazı əvəzləyəcək və onun yükünü azaldacaq bir layihə hazırlayıb. Layihəyə görə Kra bərzəxində kanal tikintisi planlaşdırılır. Bu kanal iki okean arasında məsafəni 1000 km azaldacaq. Bununla belə, bu layihə həm ölkəni faktiki ikiyə bölə və ekoloji fəsadlar yarada bilər.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Malakka boğazı haqqında məlumat. Malakka boğazı nədir? Malakka boğazı nə deməkdir?

