Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edil

Xarıbülbül (simvol)

  • Ana Səhifə
  • Vikipediya
  • Xarıbülbül (simvol)

Xarıbülbül — xarıbülbül gülünün formasında olan rəmzi nişan. Azərbaycanda İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi olaraq qəbul edilir. Həmçinin Azərbaycan ordusunun zəfər simvolu kimi də tanınır.

Xarıbülbül

Ölkə Azərbaycan Azərbaycan
Tip İkinci Qarabağ müharibəsində Şəhid olan əsgərlərin xatirəsinin rəmzi
Status qeyri rəsmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

“Anım günü”ndə İkinci Qarabağ müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş yürüş. Hər bir mərhumun fotoşəkilində “Xarıbülbül” simvolu əks olunub.

Azərbaycanda qədimdən xarıbülbül adlanan bitki latınca ophrys caucasica və ya ophrys mammosa adlanır. Ehtimal ki, ofris bitkisinin bütün növləri xalq arasında Azərbaycanda bu adla adlanır. Şuşa və ətraf ərazilərdə geniş yayıldığından daha çox Qarabağ ilə ifadə olunur.

Qarabağ münaqişəsi başlayandan xarıbülbül xalqımızın mübarizəsinin rəmzinə çevrilmişdir. Qarabağ ərazisi işğal olunduqdan sonra isə xarıbülbül bəlkə də bir çoxları üçün nisgil, kədər, ağrı, həsrət simvolu olmuşdur. Mədəniyyətdə, incəsənətdə və ədəbiyyatda xarıbülbül ifadəsi işləndikdə həmişə söhbətin Qarabağdan getdiyi aydın olurdu.

Xarıbülbülə qədim türk əsatirlərində də geniş yer verilmişdir. Belə ki, o xar olmuş, qəmli bülbül qədim türk əsatirlərində döyüşdə ağır yaralanmış bir əsgərin son ümidi olaraq bilinirdi. Qədim türk əfsanəsində deyildiyi kimi, Oğuz xanın alpaqutlarından (şəhid olan döyüşçü) birinin son nəfəsdə sinəsində gəzdirdiyi bülbülün ayağına qanlı köynəyindən cırıb sevgilisi Aybükə xanıma göndərdiyi namə ilə simgələşən bir üzüntülü nakam sevgi hekayəsidir.

Qırğız yazıçısı Erlan Jurabekovun "Jarxı Bulbul" hekayəsində də qədim türk əsatirinə geniş yer verilir. Bir çoxlarına görə, Xarı bülbül əhliləşdirilmiş ev quşu olub. Bəzi araşdırmaçılar isə hesab edir ki, bu növ bülbüldən yalnız döyüşçülər, sərkərdələr istifadə ediblər.

Qarabağ xanının qızı, Şuşalı Ağabəyim ağa 1801-ci ildən 1832-ci ilədək — ömrünün sonuna kimi Qacar şahlarının Tehrandakı sarayında yaşayır. Vətən həsrəti çəkən Ağabəyim ağaya istinadlar verilən bir bayatı da vardır :

"Vətən bağı" al-əlvandır, Yox üstündə xarıbülbül. Nədən hər yerin əlvandır, Köksün altı sarı, bülbül.

Simvola çevrilməsi

2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsi dövründə həyatını itirən şəhidlərin xatirəsinin anılmasında xarıbülbül nişanəsi sosial şəbəkələrdə geniş yayılmağa başladı. Xarıbülbülün əzəməti, məğrurluğu, haqsızlığa qarşı əyilməz duruşu onu əfsanədən qələbə simvoluna çevirməyə başladı. Tədricən isə nişan müharibənin simvoluna çevrildi. O, şəhidlərin xatirəsinin və Azərbaycan ordusunun zəfər simvolu kimi məşhurlaşmağa başlamışdır.

Həmçinin bax

  • İkinci Qarabağ müharibəsi
  • Anım Günü (Azərbaycan)
  • Zəfər Günü (Azərbaycan)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xarıbülbül (simvol) sözünün mənası, xarıbülbül (simvol) haqqında məlumat. xarıbülbül (simvol) nədir? xarıbülbül (simvol) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Qum (ada)

  • Fevral 27, 2026

    Eponim

  • Mart 06, 2026

    Radioverici qurğu

  • Fevral 27, 2026

    ETSN

  • Mart 01, 2026

    Martin Haydegger

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst