Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Vitruvius insanı (ya da Vitruvian insanı) — məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir. 1492-ci ildə çəkm

Vitruvius insanı

  • Ana Səhifə
  • Vikipediya
  • Vitruvius insanı

Vitruvius insanı (ya da Vitruvian insanı) — məşhur rəssam Leonardo da Vinçinin gündəliklərindən birində, qeydlərinin yanında çəkdiyi eskizdir. 1492-ci ildə çəkmişdir. Məşhur Roma memarı və yazıçısı Marcus Vitruvius Pollionun (e.ə. 80-15) “De Architectura” əsərində izah etdiyi nisbətlərdən ilhamlanaraq hazırlandığı üçün “Vitruvius insanı” adlanır.

Leonardo da Vinçinin Vitruvius insanı

Şəkildə, iç-içə bir dairənin və bir kvadratın ortasında çəkilmiş, açıq və qapalı vəziyyətdə əzalarını üst-üstə qoyan çılpaq bir adam təsvir edilmişdir. Bu rəsm və yanında olan qeydlər çox vaxt “nisbətlər qanunu” və ya daha az “insanın nisbətləri” adlanır. Venesiyadakı Gallerie dell'Accademia sərgisində nümayiş etdirilir.

Leonardo da Vinçinin Vitruvian insanı İntibah dövründə çəkilmiş elm və sənət nümunəsidir. Bu Leonardonun nisbətlərə qarşı hiss etdiyi marağın bir sübutudur. Bundan əlavə, rəsm Leonardonun insanla təbiəti bir-biri ilə əlaqələndirmə-birləşdirmə işi üçün də bir dönüş nöqtəsidir. “Britannica” ensiklopediyasına görə, Leonardo “insan bədənini kainatın fəaliyyətinin bir analogiyası (bənzətməsi)” olduğunu düşünürdü. Bununla birlikdə, Leonardonun maddi varlığı kvadrat, mənəvi varlığı bir dairə olaraq simvollaşdırdığı və insanın iki cəhətini bu şəkildə ifadə etdiyinə inanılır.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vitruvius insanı haqqında məlumat. Vitruvius insanı nədir? Vitruvius insanı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Haydelberq

  • Fevral 27, 2026

    Türkmən

  • Fevral 27, 2026

    Ruben Stepanyan

  • Fevral 27, 2026

    Kərbəla döyüşü

  • Fevral 27, 2026

    Sənaye robotu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst