Xanyurdu (əvvəlki adı: Xanazax) — Azərbaycan Respublikasının Xocalı rayonunun Ballıca kənd inzibati ərazi dairəsində kənd.
| Xanyurdu | |
|---|---|
![]() Xocalı rayonunun Xanyurdu kəndi, 2025-ci ilin iyul ayı | |
| 39°50′57″ şm. e. 46°44′32″ ş. u.HGYO | |
| Ölkə | |
| Rayon | Xocalı rayonu |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 822 m |
| Saat qurşağı |
|
![]() Xanyurdu | |
Coğrafiyası
Kənd dağətəyi ərazidə yerləşir.
Tarixi
Bu kənd XIX əsrdə Zəngəzur qəzasından köçmüş erməni ailələri tərəfindən Xanyurdu adlanan yerdə Xanadzax adı ilə salınmışdı.
Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocalı rayonunun Xanazax kəndi salındığı yerin adı ilə Xanyurdu kəndi adlandırılmışdı.
1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Xanyurdu kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmiş, 2023 cü il sentyabrın 19–20-i keçirilmiş lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.
18 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xanyurdu kəndinə səfəri zamanı, Təzəbinə və Xanyurdu kəndlərinə köçən sakinlərlə görüşüb, onlarla söhbət etmişdi.
Əhalisi
İşğalçı separatçı rejim tərəfindən 2005-ci ildə Dağlıq Qarabağda keçirilmiş əhalinin siyahıyaalmasına əsasən, Xanyurdu kəndinin əhalisinin faktiki sayı 578 nəfər, qeydiyyatdakı əhalinin sayı 592 nəfər təşkil edirdi.
2025-ci il iyulun 14-də 122 nəfərdən ibarət 33 ailə yaşamaq üçün kəndə köçmüşdü.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xanyurdu (xocalı) sözünün mənası, xanyurdu (xocalı) haqqında məlumat. xanyurdu (xocalı) nədir? xanyurdu (xocalı) nə deməkdir?

