Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xantılar Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsinin yerli əhalisidir. Onlar özlərini xante ("adam") adlandırırlar. XX əsrin əvvəllər

Xantılar

  • Ana Səhifə
  • Vikipediya
  • Xantılar

Xantılar - Ural xalqlarının fin-uqor qrupunun uqor qoluna mənsub olan xalq.

Xantılar
Mansi people
Ümumi sayı
12,500
Yaşadığı ərazilər
Rusiya Rusiya 30,943
Dili

Xantı dili,Rus dili

Dini

Şamanizm,Pravoslav

Qohum xalqlar

Mansilər

Haqqında

Xantılar Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsinin yerli əhalisidir. Onlar özlərini xante ("adam") adlandırırlar. XX əsrin əvvəllərinə qədər ostyak adlandırılmışlar. Ural dilləri fin-uqor qrupunun uqor qoluna mənsub olan xantı dilində danışırlar. Antropoloji cəhətdən ağ (Avropa) irqi ilə sarı (monqoloid) irqi arasında keçid irqi sayılan Ural tipinə aiddirlər. Xantılar Sibirin Rusiya tərəfindən işğalından sonra zorla pravoslavlaşdırılmalarına baxmayaraq, özlərinin qədim dini görüşlərinin və şamançılığı hələ də saxlamaqdadırlar. Ayını müqəddəs sayırlar. 1989-cu il məlumatına görə xantıların sayı 23 min nəfərdir. Əsasən Rusiya Federasiyasının Tümen vilayətinin Xantı-Mansi muxtar dairəsində, Yamal-Nen muxtar dairəsində, habelə Tomsk vilayətinin Aleksandrovsk və Karqasov rayonlarında yaşayırlar.

Xantıların soykökündə qədim paleoasiya tayfaları ilə yanaşı, I minilliyin ortalarında Şimali Qazaxıstan və Qərbi Sibirdən Ob çayı hövzəsinə gəlmiş altay-uqor tayfaları da iştirak etmişlər. XI əsrin sonlarında Rus salnamələrində xantılar onlara qohum olan mansilərlə birlikdə yuqr, XIV əsrdən isə ostyak adlandırılmışlar. XVI əsrin sonlarında (1598) Sibir xanlığının Rusiya tərəfindən işğalından sonra xantıların vətəni də Rusiyaya qatıldı. Xantıların assimilyasiyası sürətləndirildi. 10 dekabr 1930-cu ildə xantıların və onlara qohum olan mansilərin yaşadıqları ərazidə RSFSR-in Tümen vilayəti tərkibində Ostyak-Voqul milli dairəsi yaradıldı. Bu quruma 1940-cı ildə Xantı-Mansi milli dairəsi, 1977-ci ildə isə Xantı-Mansi muxtar dairəsi adı verildi.

Xantıların əsas məşğuliyyətləri balıqçılıq və ovçuluq şimalda isə maralçılıqdır. Geyim hazırlanarkən xammal kimi gicitkan, balıq və maral dərisindən və çətənədən istifadə olunur. Yarımköçəri həyat keçirən xantılar yayda yurtalarda (alaçıqlarda), qışda isə qazma evlərdə yaşayırlar. Kişilər başlıqlı üst geyimi, köynək və şalvar, qadınlar don, xələt və kürk geyinirlər. Ən çox xoşladıqları yeməklər ət və balıqdan hazırlanır.

Zəngin folkloru olan xantılar qəhrəmanlıq nağılları, mərasim və lirik nəğmələr yaratmışlar.

Xantı-Mansi muxtar dairəsinin ərazisi meşələr, neft və qaz yataqlarıilə zəngindir. Xantıların əksəriyyəti meşə materialı tədarükü, neft və qazçıxarma sahələrində çalışırlar. İnzibati mərkəzi Xantı-Mansiysk şəhəridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xantılar haqqında məlumat. Xantılar nədir? Xantılar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Picea

  • Mart 01, 2026

    Couto Pereira

  • Fevral 27, 2026

    Beufort qasırğası

  • Fevral 27, 2026

    Mill.

  • Fevral 27, 2026

    Övliya

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst