Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Xanlıq Şükür

  • Ana Səhifə
  • Vikipediya
  • Xanlıq Şükür

Xanlıq Şükür (1872, Şuşa – 1927, Şuşa) — XIX–XX əsr Azərbaycan xanəndəsi, Qarabağ muğam məktəbinin nümayəndəsi.

Xanlıq Şükür
Ümumi məlumatlar
Doğum tarixi 1872(1872)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1927(1927) (54–55 yaşında)
Vəfat yeri
  • Şuşa, Azərbaycan SSR, ZSFSR, SSRİ
Dəfn yeri
  • Şuşa
Musiqiçi məlumatları
Fəaliyyəti xanəndə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Xanlıq Şükür 1872-ci ildə Şuşada yoxsul kəndli ailəsində anadan olmuşdur. Çox gənc yaşlarında valideynləri vəfat etmiş, babası Rövşənin himayəsində böyümüşdür. İbtidai təhsil ala bilmiş, erkən çağlardan oxumağa həvəs göstərmişdir.

Şükürün xanəndə kimi inkişafında Xurşidbanu Natəvanın böyük rolu olmuşdur. Belə ki, o, Şükürün ifasını bəyənmiş və onun saraya gətirilməsini əmr etmişdir. Xanlıq Şükür Natəvanın yaratdığı və rəhbərlik etdiyi "Məclisi-üns" ədəbi məclislərində iştirak etmiş, şairlərin oxuduğu şeirləri dinləmiş və Hacı Hüsü, Məşədi İsi, Həsənçə, Sadıqcan kimi musiqiçilərdən muğamın incəliklərini öyrənmişdir. Xanlıq Şükürün ilk müəllimi Hacı Hüsü olmuşdur. Hacı Hüsü Xanlıq Şükürə Şərq muğamlarını, Azərbaycan xalq mahnı və təsniflərini öyrətmiş, onun xanəndə kimi formalaşmasında mühüm rol oynamışdır.

Gənc yaşlarından xan sarayında yaşadığı üçün Şuşa əhalisi Şükürə "Xanlıq Şükür" deyə müraciət etmişdir. O, xan sarayında, əsasən, "Zəminxarə", "Segah", "Hicaz", "Şüştər" muğamlarını ifa etmişdir.

1897-ci ildə Xurşidbanu Natəvanın vəfatından sonra Şükür İrəvan şəhərinə köçmüş və orada uzun illər xanəndəlik etmişdir. Burada o, erməni xalq mahnılarını və Sayat Novanın bəstələrini özünəməxsus formada ifa etmişdir.

Xanlıq Şükür o, 1910-cu il may ayının 14-də Bakı şəhərində və 1913-cü il avqust ayının 7-də Şuşada Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasında İbn Səlam rolunu oynamışdır. Başqa klassik xanəndələr kimi Xanlıq Şükür də el şənliklərində mütəmadi olaraq çıxış etmişdir. Onun ifasında "Şur" muğamı xüsusilə bəyənilmişdir.

Xanlıq Şükür 1927-ci ildə Şuşada vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, xanlıq şükür sözünün mənası, xanlıq şükür haqqında məlumat. xanlıq şükür nədir? xanlıq şükür nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Vettern gölü

  • Fevral 28, 2026

    1937-ci il

  • Mart 03, 2026

    Cebe noyon

  • Mart 03, 2026

    Rodez

  • Fevral 27, 2026

    Çiçəkli (Sabirabad)

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst