Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvans

Xan karvansarayı

  • Ana Səhifə
  • Vikipediya
  • Xan karvansarayı

Xan karvansarası və ya Kiçik karvansara — İçərişəhər ərazisində yerləşir, bir fasadı Həqiqət Rzayeva, digər fasadı isə Asəf Zeynallı küçəsinə baxır. Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi.

Xan karvansarası
Karvansaranın A. Zeynallı küçəsinə baxan fasadı
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, H.Rzayeva küçəsi, 1
Aidiyyəti İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XVI əsrin sonu -XVII əsrin əvvəli
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti bərpa olunub, "Art Garden" kimi fəaliyyət göstərir.
UNESCO Ümumdünya İrsi
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.80
Kateqoriyakarvansara
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
40°21′54″ şm. e. 49°50′08″ ş. u.HGYO
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizə keçid yolunu oynayırdı.

Mündəricat

Tarixi

Xan karvansarası, Şirvanşahlar sarayı və Bakı xan sarayı ilə birlikdə İçərişəhərin ən böyük memarlıq komplekslərindən biri olan Bakı orta əsr ticarət kompleksinə daxil olan ən böyük tikilidir. Kompleksə xan karvansarası ilə yanaşı daha üç kiçik ölçülü karvansara, ticarət sıraları və Seyid Yəhya Murtuza məscidi daxil idi.

S. Q. Qmelin Bakıya səfərindən bəhs edərkən Xan karvansarasını da xatırlayaraq yazır: "Karvansara həqiqətən də, haqqında bəhs edilməyə layiqdir; o, düz dənizin kənarında yerləşir və buna görə də gəmilərdən malların onun vasitəsiylə şəhərə keçirilməsi rahatdır."

Bakı qala divarlarının dənizə baxan hissəsinin mərkəzində yerləşən Ticarət kompleksi dənizdən baxarkən çox yaxşı görünürdü. Dəniz yolu ilə gətirilən mallar kompleksin qarşısında boşaldılır və daha sonra müvafiq kavansaralara aparılırdı. Şəhər tərəfdən isə kompleks, şəhərin baş planına əsas mmühüm əhəmiyyət daşımaqla, onun iş və ticaarət mərkəzinin əsasını təşkil edirdi. Kompleksin düz qarşısında isə böyük Cümə məscidi yerləşir.

Kompleksə daxil olan bütün tikililərin inşaat tarixi haqqında məlumat dövrümüzə çatmamışdır. Kompleksin aid olduğu tarixi dövrün müəyyənləşdirilməsi üçün, ona daxil olan tikililərdən ən böyüyü olan Xan karvansarası baza rolunu oynayır. Müvafiq otaq-eyvanlı karvansara tipi XVI əsrin sonu – XVII əsrin əvvəlləri üçün xarakterikdir. Ə. Salamzadənin fikrincə, kompleksə daxil olan digər karvansaraları da XVII əsrin I yarısına aid etmək mümkündür. Buna baxmayaraq, ehtimal ki, kompleks tikililəri XVII əsrin II yarısı və XVIII əsr ərzində də bərpa edilmiş və genişləndirilmişdir.

İncəsənət Bağı

İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən İçəri Şəhərin turizm infrastruktrunun zənginləşdirilməsi və xalq sənətkarlığının dəstəklənməsi məqsədilə İçərişəhər ərazisindəki "Kiçik Karvansara" abidəsində yerləşən Azərbaycan təsviri və dekorativ-tətbiqi incəsənət mərkəzi – İncəsənət Bağı fəaliyyət göstərir.

"Kiçik Karvansara" və ya "Xan Karvansarası" adlanan, uzun illər baxımsızlıqdan qəza vəziyyətinə düşən ölkə əhəmiyyətli abidədə İçərişəhərin Konservasiyası üzrə Master Plan çərçivəsində əsaslı şəkildə bərpa-konservasiya işləri aparılmış, karvansara öz əvvəlki şəklinə qaytarılmışdır. Burada yaradılmış mərkəzdə yerli incəsənət ustalarının fəaliyyəti təşkil edilir, xalçaçılıq, ağacoyma, dulusçuluq, zərgərlik, milli geyimlər, dekorativ yaşıllaşdırma və digər tətbiqi sənət işləri nümayiş etdirilir.

İşin əsas məğzini yaradıcılıq prosesinin teatrlaşmasıdır. İncəsənət Bağına gələcək hər bir qonaq milli tətbiqi sənət nümunələrinin hazırlanması prosesində bilavasitə iştirak etmək imkanını əldə edir.

Mərkəzi hücrədə isə yerli və xarici incəsənət ustalarının əsərlərinin və əl işlərinin nümayişi keçirilir.

Memarlıq xüsusiyyətləri

Xan karvansarasının Həqiqət Rzayeva küçəsinə baxan fasadı

Xan karvansarası Azərbaycan ərazisində dövrümüzə çatmış karvansaraların ümumi xüsusiyyətlərini özündə cəmləşdirir. Karvansara planda kvadrat formaya malikdir. Karvansaranın iki qapısından biri dəniz sahilinə, digəri isə şəhərin əsas ticarət küçəsinə açılır. Buna görə də karvansaranın daxili həyəti bir növ, şəhərdən dənizəə keçid yolunu oynayırdı.

Karvansarayın inaşası zamanı memar, şəhər bazarı və dəniz sahilini əlaqələndirməklə, tikilinin şəhər orqanizmindəki rolunu artırmağa müvəffəq olmuşdur. Xan karvansarasının dənizə açılan qapıları Bakı qalasına dənizdən girişi təşkil edən beş qapıdan biri olmuşdur.

Karvansaranın həyəti və otaqlarının yerləşməsi o düvrün oxşar tikililəri üçün xarakterik olan sxemi təkrarlayır. Xan karvansarasının əsas fərqli cəhəti, binanın künclərinin özünəməxsus şəkildə həll edilməsidir. Belə ki, künc otaqlarının düzgün olmayan beşbucaqlı və trapesiodal formalarını daşdan olan tavan örtüyü üçün məqsədyönlü hesab etmək olmaz, həmçinin memarlıq xüsusiyyətləri baxımından da bu cür yanaşma arzuedilən deyildir. Karvansaranın ümumilikdə yaxşı işlənilmiş memarlıq-planlaşdırma xüsusiyyətləri fonunda, künc hissələri axıra qədər işlənilməmiş element təəssüratını yaradır. Həmçinin künc divarlarının qalınlığının xaricdən iki dəfə artırılmasının da nəyə əsaslanması məlum deyildir.

Karvansaranın birinci mərtəbəsində anbarlar yerləşdirilmişdi. Şəhər bazarı tərəfdən binanın fasadında kiçik otaq formalı yerlər göstərilmişdir ki, onlar da mağaza (dükan) xarakteri daşımaqla, binanın daxili həyəti ilə əlaqələndirilməmişdir. Bu cür memarlıq həlli, Xan karvansarasından sağda yerləşən və məscidə kimi uzanan bütün kompleks tikililərinin fasadında təkrarlanmışdır.

Ədəbiyyat

  • Саламзаде, А. В. Архитектура Азербайдана XVI-XIX вв. Баку: Издательство Академии наук Азербайджанской ССР. 1964.

Həmçinin bax

  • Bakı orta əsr ticarət kompleksi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xan karvansarayı haqqında məlumat. Xan karvansarayı nədir? Xan karvansarayı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Hekatonxeyrlər

  • Fevral 24, 2026

    Rostroconchia

  • Fevral 27, 2026

    Şahzadə Mahmud

  • Fevral 27, 2026

    Mərsin ili

  • Fevral 24, 2026

    Vaxtanq Qorqasali

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst